İnternet: uşaqların cinsi istismarı görüntülərində büyük artım

klavye üzerindeki eller Fotonun müəllifi Getty Images

İnternetə Nəzarət Fondu (IWF) internetdə cinsi istismara məruz qalan uşaqları göstərən şəkillərin sayında böyük artım müşahidə edildiyini bildirib.

İllik hesabatını dərc edən təşkilat 2016-ci ildə 57 min saytda bu cür təsvirlərin dərc edildiyi halda keçən il belə saytların 78 minə çatdığını bildirib.

Daim olaraq belə təsvirlərə qarşı mübarizə aparan, onları axtarıb tapan IWF 80 minədək belə hadisəni sənədləşdirib.

Hesabata əsasən, internetdə yer alan belə fotoların üçdə biri selfie-lərdən hazırlanıb.

2017-ci ildə porno saytlara qadınlar "daha çox girib"

Sosial şəbəkələr gənclər arasında “narahatlıq yaradır”

Porno zərərlidirmi? Dəlillər, miflər və bilinməyənlər

IWF xüsusilə 11-15 yaşında olanlar arasında selfie paylaşımı hallarının kəskin artdəğını qeyd edib.

Təşkilat bu tendensiyanı gənclərin pərəstiş etdikləri ulduzların internetdə çılpaq təsvirlərini yayması ilə, gənclərin isə onları təqlid etməyə çalışdıqları ilə əlaqələndirir.

"Bu məşhurlar gənclərin böyüyəndə olmaq istədikləri adamlardır. Onlara "qəhramanlarınızın" davrandığı kimi davranmayın demək çox çətindir", - IWF vitse-prezidenti Fred Langford deyib.

Təşkilat zahirən normal görünən, lakin oxucuya uşaq pornosu saytlarına keçid təklif edən saytların da sayında artımın olduğunu qeyd edib.

Ümumilikdə, belə saytların sayı ötən müddət ərzində 572-dən 2909-a qalxıb.

IWF bildirib ki, təkbaşına qeyd edilən saytların öhdəsindən gəlmək gücündə deyil və bu problemlə mübarizə hərtərəfli və kompleks tədbirlərin görülməsi yolu ilə aparılmalıdır.

Bu barədə daha geniş