Malyariyanın yenidən qayıtması ilə bağlı narahatlıq

mosquito Fotonun müəllifi Science Photo Library

Son 10 il ərzində ilk dəfədir ki, malyariya hallarının sayı artıq aşağı düşmür. Bu, bir çox hallarda ölümlə nəticələnən xəstəliyin yenidən qayıda biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Mütəxəssislər və xeyriyyəçi Bill Gates Londonda keçirilən Britaniya Birliyi sammiti ərəfəsində dövlət liderlərini malyariya ilə mübarizəyə daha çox vəsait ayırmağa səsləyiblər.

2016-cı ildə dünya əhalisinin az qala yarısı malyariya riski ilə üzləşib, 91 ölkədə 216 milyon insan isə bu xəstəliyə düçar olub.

2016-ci ildə əvvəlki illə müqayisədə xəstəlik hallarının sayı 5 milyonadək artıb.

Mütəxəssislər hesab edir ki, malyariyaya qarşı daha çox resurs və önləyici addımlar tələb olunur.

Əks halda onun yayılması nəticəsində ölümlərin sayı arta bilər.

Malyariya hallarının sayı Cənubi və Şərqi Asiya, Sakit Okean regionu, Amerikanın müxtəlif bölgələri və Afrikada artmaqdadır.

Bu arada bir çox başqa regionlarda malyariyanın yayılması ilə bağlı vəziyyət ya sabit qalır yada ki, xəstəlik hallarının sayı aşağı düşməkdədir.

Bu barədə daha geniş