ABŞ: Nashville şəhərində çılpaq kişi restoranda 4 nəfəri tüfəngi ilə güllələyib

Shattered windows at the Waffle House in Nashville, 22 April Fotonun müəllifi Reuters
Image caption Polis hadisə baş vermiş yerə baxış keçirir.

ABŞ polisinin bildirdiyinə görə, Tennessee ştatının Nashville şəhərində çılpaq kişi Waffle House adlı restorana silahlı basqın edərək 4 nəfəri tüfəngdən güllələyib.

Basqınçı şəhər ətrafında Antioch adlı ərazidə yerləşən restorana yerli vaxtla gecə saat 03:25-də (12:25 Bakı vaxtı ilə) hücum çəkərək yarımavtomatik tüfəngdən atəş açıb.

Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Yaralananlardan biri atəş açanın əlindən tüfəngini vurub yerə sala bilib, bundan sonra həmin basqıncı hadisə yerindən qaçıb.

Polis Illinois ştatından olan Travis Reinking adlı 29 yaşlı şübhəlinin axtarışına başlayıb.

Basqınçının əlindən tüfəngini vurub yerə salan James Shaw Jr adlı yerli sakin mətbuata bildirib ki, özünü qəhrəman saymır, sadəcə, həmin anda anlayıb ki, başqa çıxış yolu yoxdur və yaranmış vəziyyətdə fürsətdən istifadə edib.

Qatil hadisə yerinə pikap avtomobilində gəlib və restoranın içərisində atəş açana qədər binan qarşısında iki nəfəri öldürüb, Nashville polisinin sözçüsü Don Aaron deyib.

Fotonun müəllifi Nashville Police Department
Image caption Atışma Nashville şəhərində bazar gününə keçən gecə yerli vaxtla saat 03:25-də baş verib.

Polisin bildirdiyinə görə, qatil çılpaq olub, əyində yaşılrəngli pencəkdən savayı başqa paltar olmayıb.

Hadisə yerindən qaçanda isə, o, həmin pencəyi də əynindən çıxarıb atıb.

Bu barədə daha geniş