Gözəllik standartları: Misirdə buruq saçlar dəbi geri qayıdır

Eman El-Deeb Fotonun müəllifi EMAN EL-DEEB
Image caption Eman El-Deeb-ə demək olar ki, hər gün saçlarını düzləşdirmək deyilirdi

Misirli gənc qadın Eman El-Deeb 2016-cı ildə ölkəni tərk etmək qərarına gəlib. Bu nə təhsil, nə iş, nə də sevgili üçün idi. Səbəb onun buruq saçları idi.

26 yaşlı xanımın iri buruq saçları var.

O, hazırda İspaniyada yaşayır və onun buruq saçları burada çox bəyənilir.

Ancaq bir çox qadınların Avropa gözəllik ideallarını təqlid etməyə çalışdığı Misirdə saçlarını lənət kimi hiss edirdi.

"Ölkəni tərk etmək qərarı mənim üçün çox kədərli idi. Mən heç vaxt köçəcəyimi təsəvvür etməmişdim", - Eman deyir.

"Ancaq mən yorulmuşdum... Elə bir nöqtəyə gəmişdim ki, mənim görkəmimin heç kəsi narahat etmədiyi yerdə yaşamaq istəyirdim."

Fotonun müəllifi MONA GHANDER
Image caption Misir qadınlarının çoxunun təbii buruq saçları var

Eman deyir ki, Misirdə o, tanışlar və yad adamlar tərəfindən də lağa qoyulurdu.

"Misir bankında işlədiyim ilk aylarda demək olar ki, hər gün insan resursları şöbəsindən kimsə gəlib saçlarımı düzləşdirməyi istəyirdi."

Emanın köçmək qərarı çoxlarına mənasız gəlsə də, ehtimal ki, onun hekayəsi Misirdəki bir çox qadında əks-səda effekti yaradacaq.

Misirli qadınların çoxunun saçları buruqdur.

Onların çoxu hələ uşaqlıqdan cəmiyyətin gözəllik standartlarına uyğun gəlmək üçün saçlarını düzləşdirməyə məcbur edilir.

"Saçlarıma görə lağa qoyulurdum"

2016-cı ildə burada qadınların saçlarına təbii qulluq etmələri üçün Facebook qrupu açılanda qoşulanlar çox olmuşdu.

Bu gün qrupun yaradılmasından iki il sonra "Hair Addict" qrupunun 105 mindən artıq qadın üzvü var və bunların 95%-dən çoxu aktiv müzakirələr aparır.

Fotonun müəllifi DOAA GAWISH
Image caption Doaa Gawish qızı ilə birgə Hair Addict Facebook qrupunu yaradıb

Qrupu 38 yaşlı Doaa Gawish saçlarına görə əziyyət çəkəndən sonra yaradıb.

"Uşaq olanda saçlarıma görə ələ salınırdım... Həmişə saçlarımı düzləşdirirdim", - o deyib.

O indi saçlarını düzləşdirməkdən əl çəkib.

Fotonun müəllifi NORAN AMR
Image caption Noran Amr: "İnsanlar indi daha çox maariflənir"

Artan maarifləndirmə

32 yaşlı Noran Amr artıq bir ildir ki, saçlarını düzləşdirmir. O, ilk dəfə keçən ay təbii buruq saçları ilə toyda iştirak edib.

"Toyda insanların reaksiyaları çox müsbət idi. Hər kəs saçlarımın necə gözəl olduğunu deyirdi."

"İndi insanlar daha çox maariflənirlər. İndi Misirdə buruq saç mədəniyyəti var."

"İlk müsbət şərh"

Tələbətlar çoxaldıqca bu il ilk buruq saç salonu açılıb.

Salonda həftədə 30 nəfərdən çox müştəri olur və onların çoxu gənclər olur.

Fotonun müəllifi THE HAIR ADDICT
Image caption Hair Addict tərəfindən Misir salonları və stilistləri üçün təşkil olunan təlim sessiyası

Studiyanın 33 yaşlı sahibi Sara Safwat buruq saçın trendə çevrildiyini deyir.

"2017-ci ildə Misirə gələndə taksi sürücüsü saçımın çox gözəl olduğunu dedi. İlk öncə onun kinayə işlətdiyini düşündüm. Sonra isə onun səmimi olduğunu anladım."

"Bu, mənim Misirdə saçlarım haqqında eşitdiyim ilk müsbət şərh idi."

Bu barədə daha geniş