İran İsrailin işğalı altında olan Qolan yüksəkliklərinə "raket atıb"

Israeli soldiers walk next to tanks near the Israeli side of the border with Syria in the Israeli-occupied Golan Heights, Israel May 9, 2018 Fotonun müəllifi Reuters
Image caption İsrail qüvvələri cənub-qərbi Suriyada yerləşən işğal olunmuş Qolan yüksəkliklərində

İsrail hərbiyəsi deyir ki, İran qüvvələri onların işğal olunmuş Qolan yüksəkliklərindəki mövqelərinə 20 raket atıb.

Onlar bildirir ki, cümə axşamı günü İranın İnqilab Keşikçiləri tərəfindən yüksəkliklərə təxminən 20 raket atılıb və raketlərin bəziləri vurulub.

İsrail hərbiyyəsi xəsarət alanların olmadığını da qeyd edib.

İsrail həftənin əvvəlində bölgədə İran qüvvələri tərəfindən "qeyri-qanuni fəaliyyətin" olduğunu bildirmişdi.

İsrail Qolan yüksəkliklərində yerləşən qoşunlarını döyüşə hazırlığa çağırıb və vətəndaşları sığınacaq tapmağa tövsiyə verib.

İsrail Müdafiə Qüvvələri daha sonra bildirib ki, hücuma cavab olaraq onlarla İran obyektini hədəfə alıb.

Suriyanın dövlət xəbər agentliyi Sana-nın məlumatına görə, İsrail raketləri Homsun cənubunda vurulub, lakin məlumatda o da deyilir ki, bir silah deposu və bir radar qurğusu zərər görüb.

Son qarşıdurma İsrailin çərşənbə axşamı Suriyanın paytaxtı Dəməşqin cənubundakı bir hərbi obyektə raket hücumundan sonra baş verib.

Sana agentliyi Kiswah bölgəsinə iki raketin vurulduğunu və nəticədə iki vətəndaşın öldüyünü bildirib.

Ancaq İngiltərədə mənzillənmiş İnsan Hüquqları Suriya Rəsədxanası, raketlərin İran silah deposunu vurduğunu və nəticədə 15 hökumət döyüşçüsünün həlak olduğunu söyləyib.

Təşkilat deyib ki, ölənlər arasında İranın İnqilab Keşikçilərinin 8 üzvü və bir neçə Suriyalı olmayan vətəndaş olub..

İsrail bu iddialar barədə şərh verməyib.

İran Suriyanın müttəfiqdir və ölkəyə yüzlərlə qoşun göndərib.

İran Suriya ordusunun tərəfində döyüşən Hizbullah hərəkatından, həmçinin İraq, Əfqanıstan və Yəməndən olan minlərlə insani silahlandırıb və maliyyələşdirib.

Bu barədə daha geniş