Paşinyandan Putinə daxili böhran zamanı "tarazlaşdırılmış mövqeyə" görə təşəkkür

Paşinyan Fotonun müəllifi SERGEI GAPON/AFP/GETTY IMAGES
Image caption Nikol Paşinyan Rusiya parlamenti üzvləri ilə görüşdə Rusiya ilə əlaqələri dərinləşdirməyə söz vermişdi

Ermənistanın yeni Baş naziri Nikol Paşinyan prezident Putinə Rusiyanın "Ermənistanda daxili böhran zamanı tarazlaşdırılmış mövqeyinin Ermənistan ictimaiyyəti tərəfindən yüksək" qiymətləndirildiyini deyib.

"Bu, çox konstruktiv mövqe idi, və tək bizim hökumət tərəfindən deyil, ümumiyyətlə, erməni ictimaiyyətində yüksək qiymətləndirilir", - o deyib.

Cənab Paşinyan bəyan edib ki, Rusiya ilə strateji münasibətlər məsələsi ilə bağlı "konsensus mövcuddur və heç kəs bu münasibətlərin strateji əhəmiyyətini heç vaxt şübhə altına qoymayıb və qoymayacaq".

Ermənistan baş naziri vəzifəsinə ötən həftə seçilmiş Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında ilk görüş Soçidə mayın 14-də Avrasiya Ali İqtisadi Şurasının sammiti çərçivəsində baş tutub. Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqına (AİƏİ) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildirlər.

Ermənistan - regionda ən yaxın müttəfiq

Daha əvvəl Nikol Paşinyanı Ermənistan Hökumət başçısı seçilməsi münasibətilə teleqram və telefon vasitəsilə təbrik edən Rusiya prezidenti onu bir daha təbrik edib və Ermənistanı Rusiyanın "ən yaxın müttəfiqi" olduğunu vurğulayıb.

"Biz Ermənistanı və bu, hamıya yaxşı məlumdur ki, regionda ən yaxın tərəfdaş və müttəfiqimiz kimi nəzərdən keçiririk. Bu, həm iqtisadi siyasətə, həm təhlükəsizlik məsələlərinə aiddir. Siz bilirsiniz ki, Rusiya Ermənistanın aparıcı iqtisadi-ticarət partnyoru qalmaqda davam edir", - Vladimir Putin deyib.

Rusiya prezidenti bu əlaqələrin sürətlə inkişaf etdiyini və ötən ay 25 faiz artım qeyd olunduğu, Ermənistan kənd təsərrüfatı mallarının Rusiyaya ixracatı həcminin artması 38 faiz təşkil etdiyini də bildirib.

"Bu, yaxşı dinamikadır və mən ümid etmək istərdim ki, biz bunu qoruyub artırmağa müvəffəq ola bilərik", - deyə, Vladimir Putin Nikol Paşinyana Hökumət rəhbəri vəzifəsində uğurlar arzulayıb: "Ümid edirəm ki, münasibətlərimiz bu günədək olduğu kimi inkişaf edəcək".

Putinin sözlərinə görə, həmçinin beynəlxalq təşkilatlarda "Ermənistanla Rusiyanın bir-birini dəstəklədikləri BMT-dən tutmuş regional təşkilatlar və təhlükəsizlik və iqtisadi inkişaf sahələrinədək" fəal əməkdaşlıq davam etdiriləcək.

"Müzakirə ediləsi məsələlər mövcuddur"

Nikol Paşinyan vəzifəyə təyin olunduğundan cəmi bir neçə gün keçmiş Rusiya prezidenti ilə görüşmək imkanından məmnun olduğunu bildirib və təbrik üçün təşəkkür edib.

"Çünki, düşünürəm ki, müzakirə ediləsi məsələlər mövcuddur. Bəzi məsələlərin isə - Ermənistanla Rusiya arasında müttəfiqlik və strateji əlaqələrə dair - müzakirəyə ehtiyac yoxdur", - Paşinyan bəyan edib.

O, bu məsələ üzrə Ermənistanda konsensus olduğunu qeyd edib.

"Və heç kəs Ermənistan-Rusiya əlaqələrinin strateji vacibliyini heç vaxt şübhə altına qoymayıb, və düşünürəm ki, qoymayacaq. Biz daha böyük əzmlə həm siyasi, həm iqtisadi-ticarət mənasında bü münasibətlərə yeni impuls vermək istərdik", - deyə, Paşinyan həmçinin "hərbi-texniki və başqa sahələrdə" münasibətlərin inkişafına ümid etdiyini bildirib.

Bu barədə daha geniş