"Sevgili gənclər, sıxıldınız, bilirəm..." - Erdoğanın sözləri yenə Twitterdə kampaniyaya çevrildi

Erdoğan Fotonun müəllifi Getty Images

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Ankarada AKP-nin gənclər konqresində nitq söyləyərkən gənclərə dediyi söz Twitterdə trendə çevrilib.

Cənab Erdoğan çıxışı zamanı "Sevgili gənclər, sıxıldınız, bilirəm..." deyib və sonra "S I K I L D I K" həşteqi Türkiyədə Twitter istifadəçiləri arasında ən çox danışılan mövzu (TT) olub.

Buna cavab olaraq Erdoğan tərəfdarları "gençsenyaparsın" həşteqi ilə tvitlər paylaşmağa başlayıb. Bir qədər sonra bu söz "GençsenYaparsın" kimi ikinci trend mövzu olub.

Həmçinin oxuyun:

Fotonun müəllifi Twitter

İki gün əvvəl də cənab Erdoğanın "Əgər bir gün millətimiz "tamam" desə ancaq o zaman biz kənara çəkiləcəyik" sözlərindən qısa müddət sonra sosial mediada #TAMAM həştəqi dünya trendlərinin ən üst sıralarına çıxıb.

Twitterdə "TAMAM" mesajları bir neçə saat ərzində 1 milyondan çox insan tərəfindən paylaşılıb.

Bu barədə daha geniş