Roma parklarını qoyunlar və keçilər təmizləyəcək

Romada bir park Fotonun müəllifi Getty Images
Image caption Romada bir park

Roma bələdiyyəsi işçi və təchizat çatışmazlığı səbəbilə qulluq edilməyən park və bağçaların təmizlənməsi üçün qoyun və keçilərdən istifadə planını açıqlayıb. Müxalifətdən ironiyalı tənqidlər alan bu plana kənd təsərrüfatı təşkilatlarından dəstək gəlib.

Roma bələdiyyəsinin ətraf mühit məsələlərindən məsul parlament üzvü Pinuccia Montanari çərşənbə günü Facebook-da yaydığı açıqlamada qoyunlu-keçili ot biçmək planını açıqlayıb.

Montanari ideyanın bələdiyyə başçısı Virginia Raggi-dən gəldiyini deyib və "Bu, sadə, faydalı və qəribə üsuldur. Berlin kimi böyük şəhərlərdə də tətbiq olunur" söyləyib.

Bu açıqlamadan sonra sosial mediada, mətbuatda və siyasət dünyasında "dörd ayaqlı ot biçən maşınların" müzakirələrinə başlanıb.

Demokratik Partiyanın Lazio bölgəsinin sədr köməkçisi Enzo Foschi Romadakı zibil problemi və buna görə də şəhər mərkəzində qağayıların sayının artmasına istinadən "Bələdiyyə qağayıları zibil toplayan kimi istifadə edəndən sonra indi də növbə qoyunlara gəlib. Yayda evləri basan ağcaqanadlara qarşı nə edəcəklər? Hər adama bir kərtənkələ verəcəklər?" deyib.

Fotonun müəllifi Getty Images
Image caption İtaliyanın Romadan sonra ikinci böyük şəhəri olan Milanın mərkəzindən film çəkilişi üçün qoyun sürüsü keçmişdi

Çılğınlıq

Florensiya şəhərinin bələdiyyə sədri Dario Nardella da zarafatyana şərh edib:

"Roma bələdiyyəsi bu planı həyata keçirmək üçün çoban da tapmalı olacaq. Bizim şəhərimizdə qoyunlu sistem keçmişdə qalıb, artıq bağbanlardan istifadə edirik. Qoyunlardansa bağbanlara üstünlük veririk".

Əlaqəli mövzular

Bu barədə daha geniş