İslam Əməkdaşlıq Təşkilatı - Çavuşoğlu: İsrail hesabat verməlidir

İƏT Fotonun müəllifi AFP

Türkiyənin dövri sədrliyini etdiyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu gün İstanbulda Qəzzanın müzakirə mövzusu olduğu iclas keçirib.

İclasın əsas müzakirə obyekti bazar ertəsi günü ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsinə Qəzzada etiraz edən 60 etirazçının İsrailli əsgərlər tərəfindən öldürülməsi və müsəlman ölkələrin hadisələrə verəcəyi reaksiya olub.

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "ABŞ-ın addımı Yaxın Şərq sülh prosesini məhv edib. ABŞ hakimiyyəti səfirliyini Qüdsə köçürərək böyük provokasiyaya imza atıb. BMT başda olmaqla beynəlxalq quruluşların bu mövzuda lazımi addım atması lazımdır. Birlik olmalı və bəzi ölkələrin ABŞ nümunəsini təkrar etməsinin qarşısını almalıyıq" deyib.

Mevlüt Çavuşoğlu "İsrailin insanlıq cinayətlərinə ən sərt reaksiya verməliyik. Fələstin məsələsinin həlli üçün məsuliyyət almalıyıq" deyib.

"İsrailin işğalını, şiddətini və təzyiq siyasətini sonlandırmağın vaxtı gəlib. İsrailli əsgərlər hesabat verməlidirlər. Son nəticədə, Qüdsün tarixi statusunun dəyişdirilməsinə icazə verməyəcəyimizi hayqıracağıq" - cənab Çavuşoğlu deyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan da Səudiyyə Ərəbistanı kralı Salman və Küveyt əmiri Es Sabah daxil olmaqla bir çox müsəlman ölkəsinin liderləri ilə görüşdüyünü açıqlayıb.

İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra ən böyük hökümətlərarası təşkilatdır və 4 qitədə olmaqla 57 üzvü var.

Əlaqəli mövzular

Bu barədə daha geniş