Hesabat: islamçı ekstremistlərin xristianlara "təqibləri güclənib"

Nigeriya Fotonun müəllifi Getty
Image caption Hesabata əsasən xristianlara ən çox ölümcül hücumlar Nigeriyada baş verib.

Xristianlara qarşı qeyri-mehriban sayılan 50 ölkədən 40-da əsas mənfi amil islamçı ekstremizmdir, xristianların dünya boyu təqiblərinə həsr edilən illik hesabatda deyilir.

Open Doors adlı Britaniya-İrlandiya təşkilatının məlumatına əsasən 2014-cü ildə Yaxın Şərqdə İslam Dövlətinin peyda olunmasından sonra bölgədən xristian əhalisinin axını artıb.

Nigeriyada dini mənsubiyyətinə görə 2 500 xristian öldürülüb. Başqa ölkələrlə müqayisədə bu, ən yüksək rəqəmdir, Open Doors bildirir.

Xristianlar üçün ən təhlükəli 12 ölkədən doqquzu Afrika qitəsində yerləşir.

Hərçənd ki, hesabata əsasən xristianlar üçün ən təhlükəli ölkə Şimali Koreyadır.