Buzlu havalar Yaxın Şərqdə qaçqınların vəziyyətini ağırlaşdırır

Fotonun müəllifi AP

Yaxın Şərqdə fırtınaya görə ərazidə hava şaxtalıdır və burada yerləşən milyonlarla qaçqının vəziyyəti barədə narahatlıqlar artır.

Livandakı Bekaa Dərəsi ətrafındakı dağlara qar yağıb. Burada isə yüzminlərlə qaçqın düşmüş suriyalı yaşayır.

Ərazidə əsən şaxtalı küləklərə görə çadırları yerə möhkəmləndirmək və daşqınlara hazırlaşmaq üçün işlər gedir.

BMT həmçinin İordaniyadakı vəziyyətə görə "xüsusilə narahat" olduğunu bildirib və bu ölkədə əlavə yorğanlar paylayır.

Suriyada 2011-ci ildə başlayan üsyandan sonra 7,6 milyon adam qaçqın düşüb. Onlardan 3,3 milyonu xaricə gedib.