AirAsia QZ8501 təyyarəsi "həddən artıq sürətlə qalxırdı"

Fotonun müəllifi AFP

Java dənizində qəzaya uğrayaraq 162 adamın ölümünə səbəb olan AirAsia təyyarəsi həddən artıq sürətlə qalxandan sonra dayanmışdı, İndoneziyanın nəqliyyat naziri deyib.

Ignasius Jonan Jakartada keçirilən parlament iclasında deyib ki, QZ8501 reysli təyyarə dəqiqədə 1828 metr sürətlə qalxırdı.

Heç bir sərnişin və ya döyüş təyyarəsi bu sürətlə qalxmağa cəhd etmir, o deyib.

Dekabrın 28-də Surabayadan Sinqapura yollanarkən qəzaya uğrayan təyyarədən sağ çıxan olmayıb.

Deyilənə görə, Airbus A320-200 təyyarəsi yaxınlaşan fırtınaya görə çətinliklərlə üzləşib.

Cəsədlərin təxminən üçdə bir hissəsi dənizdən çıxarılıb.

Bu barədə daha geniş