Şahzadə Andrew seks qalmaqalını təkzib edir

Fotonun müəllifi Reuters

York şahzadəsi Andrew ABŞ vətəndaşı olan qadınla görüşdüyünü təkzib edib və işə fokuslanmaq istədiyini deyib.

O, ilk ictimai çıxışında söyləyib ki, Buckingham Sarayı tərəfindən bildirilən təkzibləri "təkrarlamaq" istəyir.

Şahzadə Andrew bu sözləri Davosda keçirilən Dünya İqtisadi Forumunda onun sədrliyi və biznes nümayəndələrinin iştirakı ilə keçirilən iclasdan sonra bildirib.

Virginia Robertsin vəkili isə Florida məhkəməsinə təqdim etdiyi sənədləri yenidən işləyib.

Virginia Roberts 17 yaşında olarkən mühasib işləmiş bir qadın ortaq vasitəsilə şahzadə Andrew ilə görüşdüyünü və onunla cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edir.

"Mənim fokusun işədir və bu axşamkı ziyafət mənə imkan verir ki, sözlərimi deyim", şahzadə deyib.

Britaniya taxt-tacına növbədə 5-ci olan 54 yaşlı şahzadə Andrew 2011-ci ilin iyulunda Epsteinlə ziddiyyətli tanışlığına görə ölkəni xaricdə təmsil edən ticarət elçisi vəzifəsindən istefa verib.

Bu barədə daha geniş