Kiyev, Paris və Berlin Ukraynada atəşkəsə səsləyir

Fotonun müəllifi AFP

Fransa prezidenti Francues Hollande, Alman kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqində təcili atəşkəsə səsləyib.

Bazar günü telefonda danışan liderlər şənbə günü Minsk görüşünün baş tutmamasına üzüldüklərini bildirib, Yelisey sarayının mətbuat xidməti bildirib.

"Petro Poroşenko, Angela Merkel və Franceus Hollande atəşin sözsüz və təcili şəkildə dayandırmasında israrlıdır, çünki münaqişənin pisləşməsi və vətəndaşlar arasında ölənlərin sayı çoxalır", Ukrayna prezidentinin saytında deyilir.

Həmsöhbətlər Minsk müqaviləsinin maddələrinə əməl etməyə çağırıb, çünki "təkcə onlar Donbasda vəziyyətə nəzarət üçün əsasdır", Poroşenkonun mətbuat xidməti bildirib.

Şənbə günü Minskdə Ukrayna böhranı ətrafında keçirilən üçtərəfli görüş nəticəsiz bitib.

ATƏT bənayatında danışıqların alınmamasına görə, Donetsk və Luhansk "xalq respublikalarını" günahlandırıb.

"Onlar atəşkəsin kəsilməsi və ağır texnikanın geri çəkilməsinə barədə danışmağa heç hazır deyillər. Bunun yerinə onlar protokolu və memorandumu gözdən keçirməyi təklif edib. Görüş yarıda saxlanılıb", ATƏT-in press-relizində deyilir.

"Biz daha sözlərə inanmadığımız üçün atəşin dayandırılması Ukrayna prezidenti Poroşenkonun fərmanı ilə dayandırılmalıdır. Və bu fərman prezidentin rəsmi saytında çap edilməlidir", DXR və LHR liderləri bəyanat verib.

Ukrayna prezidentinin saytında isə deyilir ki, "üçtərəfli görüş üçün hər hansı şərtlər qoyula bilməz".

Bu barədə daha geniş