BMT-nin Qəzza üzrə komissarı istefa verib

Fotonun müəllifi BBC World Service
Image caption Qəzzada uzun müddətli münaqişə hələ də davam edir

BMT-nin Qəzza sektorunda uzun müddətli münaqişəni araşdıran komissiya rəhbəri istefaya gedib.

Onun istefası, İsrailin onu qərəzlilikdə təqsirləndirməsindən sonra baş verib.

İsrail höküməti deyib ki, kanadalı professor William Schabas təhqiqat aparmaqda qərəzlidir.

Cənab Schabas bildirib ki, Fələstinin azad edilməsi üzrə təşkilata məsləhətlər verib, amma o, təhqiqatı qərəzli aparmayıb.

Professor qeyd edib ki, Komissiyanı tərk edərkən İsrailin təhqiqatın nəticələrinə dair hesabatın yekun versiyasına dəyişiklik etməsini istəmir.

Bu barədə daha geniş