Harvard Universiteti: Müəllim və tələbə sevgili ola bilməz

Fotonun müəllifi Getty

Harvard Universiteti professorlar və tələbələr arasında şəxsi münasibətləri qadağan edib.

Universitet bildirir ki, bu qadağanı “nüfuz dinamikasının” seksual qısnamaya səbəb ola biləcəyini nəzərə aldıqdan sonra qəbul edib.

Harvard Universitetinin bundan əvvəlki eşq münasibətləri qadağası yalnız eyni qrupda olan cütlərə aid edilirdi.

Davranış qaydalarını hazırlayan komitə belə bir nəticəyə gəlib ki, Universitet “qeyri-bərabər statuslu münasibətlərə” dair qadağanın dilini kəskinləşdirməlidir.

Harvard Universiteti ABŞ-da belə bir qadağanı tətbiq edən yeganə ali təhsil müəssisəsi deyil.

Onun rəqibi olan Yale Universiteti qadağanı 2010-cu ildə, Konnektikut Universiteti isə 2013-cü ildə qəbul edib.

Kembric əyalətindəki Boston yaxınlığında yerləşən Harvard Universitetinin 2400 müəllim-professor heyəti və 6700 tələbəsi var.

Ötən may ayında ABŞ hökuməti bu universiteti seksual qısnama halları barədə tədbir görmədiyi iddia edilən 55 müəssisənin siyahısına daxil edib.

Davranış qaydalarının redaktə edilməsinə yardım göstərmiş komitəyə başçılıq edən tarix professoru Alison Johnson Associated Press xəbər agentliyinə göndərdiyi emaildə yazıb: “Biz bir daha vurğulamaq istəmişik ki, Universitetimizdə professor və tələbə arasında hər hansı münasibət yalnız pedaqoji ola bilər”.