Fransa: Feminist qrup Paris küçələrinin "adını dəyişir"

Fotonun müəllifi OSEZ LE FEMINIZME FEMICITE
Image caption Qrup Notre Dame (yəni Bizim Xanım) kilsəsi ətrafı ərazini seçib, çünki onun adında “kifayət qədər qadına məxsusluq” var.

Feminist qrup Parisin mərkəzi küçələrinin adları yazılan lövhələri dəyişərək şəhərin ictimai yerlərində az sayda obyektlərin qadın adı ilə adlandırıldığına diqqəti çəkməyə çalışıb.

“Osez le feminisme” qrupundan olan fəal, 25 Avqust tarixində, axşam radələrində, Notre Dame kilsəsi yerləşən ərazidəki küçə adları nişanlarının üzərini qadın adı olan digər nişanlarla örtüb, Le Figaro xəbər verir. Qrup bildirir ki, küçələrin adlarını dəyişdirməkdə məqsəd şəhərin tarixinə diqqəti çəkməkdir və qadınlar da kişilər qədər yaxşı tanınmalıdırlar.

“Pərisdə yalnız 2.6 % küçə adları qadın adı ilə adlandırılıb, ” qrupun sözçüsü Marie Allibert deyir.

Küçəyə verilən yeni adlar sırasında məşhurlardan, ömrünün son illərini Fransada keçirmiş Amerika müğənnisi Nina Simone-ni də görmək olar. Lakin qrup öz nailiyyətlərinə baxmayaraq daha az məşhurluq qazanmış qadınların da adlarını seçib. “Məsələn, biz, 17-ci əsrdə patriarxatın kifayət qədər dominant olduğu dövrdə, kralın zadəgan saraylarında ifa etmiş bəstəkar və dahi musiqiçi Elisabeth Jacquet de la Guerre-nin də adını seçmişdik,” sözçü vurğulayır.

Fotonun müəllifi OSEZ LE FEMINISME FEMICITE
Image caption 1943-cü ildə qətlə yetirilmiş alman tələbə, anti-nasist fəal, Sophie Scholl-un şərəfinə adlandırılması istənilən küçə adı nişanı.

Qrup, şəxs adları ilə adlandırılmış küçələrin yarısına qadın adlarının verilməsini görmək istəyir. Əgər bu məsələ kartoqraflara baş ağrısı olarsa, fəallar alternativ ideyaya baş vuracaqlar. Belə ki, onlar məşhur qadın adlarını böyük məkanların adlarının sonluğuna əlavə etmək ideyası ilə çıxış ediblər.

“Biz Place de la Nation meydanının adının sonuna Simone de Beauvoir adını əlavə edə bilərik,” Allibert təklif edir. “Biz böyük meydanların və məşhur məkanların adlarının dahi qadınlara verilməsini istəyirik.”