Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

Xülasə

  1. Bu gün səhər saat 8:00-dan Azərbaycan Konstitusiyasında dəyişikliklər üzrə ümumxalq səsverməsi, referendum keçirilib
  2. Saat 17:00-a olan məlumata görə referendumda seçicilərin 63,6 faizi iştirak edib, MSK məlumat verir
  3. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək, MSK sədri Məzahir Pənahov deyib
  4. 19:00 radələrində məntəqələr seçicilər üçün bağlı elan edilib və qutular açılıb
  5. BBC Azərbaycanca müxbiri "gözünün qarşısında" topa bülleten atıldığını bildirib

Canlı reportaj

time_stated_uk

Töhfənizi verin

Ən aktiv və passiv seçki dairələri

MSK referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlayıb.

MSK referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlayıb.

Ən aktiv: 75 saylı Lənkəran-Masallı Seçki Dairəsi -  78,89%

Ən passiv: 26 Saylı Sabunçu I Seçki Dairəsi -  55,70% 

Məntəqə sədri: “Nöqsansız iş yoxdur”
BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova Səbail Rayonunda məntəqə sədrləri ilə referendumun gedişi ilə bağlı söhbət edib.

Exit-poll: ən populyar dəyişikliklər?

Rəy Monitorinq Mərkəzinin nəticələri

Rəy Monitorinq Mərkəzinin keçirdiyi “Exit-Poll”un nəticələrinə əsasən seçicilər ən çox 21-ci sualı - prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılması məsələsini dəstəkləyib.

Exit-poll nəticəsinə əsasən bu maddənin dəyişdirilməsini seçicilərin 92,5%-i dəstəkləyib.

Bundan sonra ən "populyar" dəyişiklik, prezident olmaq üçün 35 yaşlıq məhdudiyyətin ləğv olunması olub. Bu dəyişikliyi 91,1% dəstəkləyib, "Rəy" monitorinq mərkəzinin nəticələri göstərir.

Exit-poll: "seçicilər dəyişiklikləri dəstəkləyib"

ABŞ exit-poll şirkətinə əsasən referendumda təklif olunan dəyişiklikləri 88,3% seçici dəstəkləyib

ABŞ-ın “Artur J. Finkelstein & Associates” şirkətinin Azərbaycandakı referendumda “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb, bu barədə APA məlumat verir.

  • Ümumilikdə 32 400 insan arasında müsahibə aparılıb
  • 88,9% seçici dəyişikliklərə müsbət cavab verib
  • İcra hakimiyyətində struktur dəyişikliklərinə 87,3% tərəfdar olub
  • Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı maddələrə 89,7% seçici dəstəkləyib
  • İnsan hüquqları ilə bağlı dəyişikliyi 88,3% seçici dəstəkləyib
  • Sosial təminatla əlaqədar maddələrə 86,5% seçici dəstəkləyib

MSK-nın 19:00 hesabatı

Seçki fəallığı 69,7 faiz olub.

MSK bildirib ki, saat 19:00-a qədər 3 milyon 671  min 7 nəfər səs verib və bu 69,7 faiz seçici fəallığı deməkdir.

Ümumi seçicilərin sayı 5 milyon 267 min 111 nəfərdir.

Exit-poll nəticələri açıqlanıb

İlkin exit-poll nəticələri açıqlanıb

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi birgə referendum səsverməsi ilə bağlı exit-poll nəticələrini açıqlayıb.

İlkin nəticələrə görə seçici fəallığı 66,8% olub.

Exit-poll-u 17 qrup rəhbəri və 304 müşahidəçi aparıb, APA yazır.

“ELS” - Müstəqil Araşdırmalar Mərkəzi isə bildirib ki, seçici fəallığı 65,1 faiz təşkil edib.   

Mətbuat Şurasının monitorinqi

Mətbuat Şurasının gün ərzində keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Mətbuat Şurası bildirib ki, jurnalistlərin peşə vəzifəsini yerinə yetirməsiylə bağlı apardıqları monitorinqdə "hər hansı nöqsan qeydə alınmayıb".

Şura həmçinin bildirib ki, jurnalistlər tərəfindən “qaynar xətt”ə müraciət daxil olmayıb.

Seçicilər məntəqələrdə nə qədər vaxt keçirir?

29 suallıq referendum vərəqəsini oxumaq üçün bəzi seçicilər 50 saniyə vaxt ayırır

BBC Azərbaycanca müxbirinin müşahidələrinə görə bəzi seçicilər seçki kabinələrində 50 saniyə, bəzilərisə 4 dəqiqə keçirirdi.

"Amma tez çıxanlar lap çox oldu", gün ərzində Bakının müxtəlif seçki məntəqələrində olan Günel Səfər xəbər verir.

Təcili xəbərQutular açılır

BBC Azərbaycanca müxbiri səsvermənin bitdiyini və artıq qutuların açıldığını deyir.

Hazırda Binəqədi 9 saylı dairənin 14 saylı məntəqəsində olan BBC Azərbaycanca müxbiri deyir ki, səsvermə artıq bitib və qutular açılır.

Müxbirimiz "gözünün qarşısında" topa bülleten atıldığını qeyd edir.

"Tələb etdim qeyd aparsınlar amma kommissiya sədri mənə dedi ki, maneçilik törətməyin".

Seçki qutuları açılır
BBC

Seçki bülletenində nələr var?

Seçki bülletenində nələr var?- izahedici video

Elnarə Məmmədova

BBC Azərbaycanca müxbiri

BBC Azərbaycanca müxbiri Elnarə Məmmədova seçki bülletenini izah edir.

Seçki bülletenində nələr var?- izahedici video

Seçki fəallığı

MSK saat 17:00-a olan seçici fəallığı barədə məlumatı açıqlayıb.

MSK açıqlayıb ki, ölkə üzrə saat 17:00-a olan seçici fəallığı 63,6 faiz təşkil edir.

Ən yüksək seçici fəallığı: 14 saylı Xəzər seçki dairəsi - 74,14%.

Ən aşağı seçici fəallığı: 17 saylı Yasamal III Seçki Dairəsi - 48,11%.

Bakı sakinləri referendumdan əvvəl

BBC Azərbaycancaya danışan Bakı sakinləri referendum barədə fikirlərini bölüşür.

Referenduma üç gün qalmış BBC Azərbaycanca paytaxtda sorğu keçirib.

"26 sentyabr tarixində hansı hadisə baş verəcək?" və "referenduma çıxarılan əlavə və dəyişiliklərdən məlumatlıdırlarmı?" suallarına əksər müsahiblər xəbərsiz olduqlarını deyib.

Müsahiblər bunu referenduma maraqlarının olmaması ilə əlaqələndirib.

Referendum: "Monarxiya yaradırıq, gedib səs verəcəyik"

Seçki lüğəti

Seçkilər haqqında bu sözləri bilməlisiniz.

View more on youtube

Bu videonu 2015-ci il parlament seçkiləri üçün hazırlamışdıq, amma bəzi terminlər referendum üçün də aktualdır.

Azərbaycanda referendum: 900-dən çox seçicini "üzdən tanıyan" komissiya sədri
BBC Azərbaycanca müxbiri Günel Səfər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı məntəqəsində məntəqə müdirilə danışıb.

Müxbirimizin müşahidələri

Müxbirimiz Günel Səfər Abşeron rayonunda seçki dairələrini gəzib.

Günel Səfər

BBC Azərbaycanca müxbiri

Təxminən saat 11 radələrində Abşeron rayonu Məhəmmədi kəndində isə məntəqə sədrinin dediyinə görə, artıq 400-nəfərə yaxın seçici səs verib.

Məntəqəyə daxil olarkən məkanın qarşısında yanında uşaqlar olan bir neçə xanım gözə dəyir. Mən içəridə çəkiliş apararkən o xanımlardan biri məntəqəyə daxil olmaq istəyir, bu zaman komissiya üzvü ondan getməsini istəyir.

Komissiya üzvlərindən biri dolu olan bülleten qutularını göstərərək seçicilərin aktiv olduğunu danışır.

45 saylı Xırdalan seçki dairəsi üzrə 26 saylı seçki məntəqəsində də seçici azlığı müşahidə olunur, amma bülleten qutuları yarıya qədər doludur. Məntəqəyə bildiriş vərəqi ilə şəxsiyyət vəsiqələri olmadan yaxınlaşan iki xanım geri göndərilir. Bundan başqa 18 yaşı tamam olmayan bir gənc də səs vermək istəsə də, yaşı çatmadığı üçün bu arzusu həyata keçmir.

45 saylı Abşeron seçki dairəsinin 31 saylı seçki məntəqəsi isə bu saatadək rastlaşdığım ən çox seçici gördüyüm məntəqədir. Seçici sayı o qədər çoxdur ki, kabinlərin qarşısında növbə belə yaranır.

Bundan başqa məntəqəyə seçicilər qrup şəklində gəlirlər.

Eyni məktəbdə yerləşən 124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsinin 38 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı seçki məntəqələrində demək olar ki seçici yoxdur. Məntəqələrdə müşahidəçilərin sayı belə azdır. Bununla belə hər iki kommissiya sədri seçici aktivliyindən razılıq edir.

"Gözlənilməz" referendum?

AŞPA müşahidəçisinin sözləri

AŞPA müşahidəçisi Stefan Schennach seçki məntəqələrinin açılmasından əvvəl tvitləyib:

"Mən Bakıda və ətraf [ərazilərdə] müşahidə aparacağam - görünür ki, bu referendum vətəndaşların 90%-i üçün gözlənilməz olub"

Daha əvvəl cənab Schennach demişdi ki, AŞPA Prezident İlham Əliyev, MSK, Parlamentin spikeri, QHT-lər, media nümayəndələri və müxalifət ilə danışıb.

#pace #azerbaijan #referendum-day, i will observe in baku and sorrounding - it seems, this referendum was a big surprise for 90 % of citizen

Referendumda seçici fəallığı 53.8 faiz təşkil edib

Seçicilərin 53.8 faizi referendumda iştirak edib, MSK məlumat verir.

Saat 15:00-a olan məlumata görə referendumda seçicilərin 53.8 faizi iştirak edib. Həmin vaxtadək 2,833,064 seçici səs verib, MSK məlumat verir.

Ən yüksək seçici fəallığı 14 saylı Xəzər Seçki Dairəsində, 67.2 faiz qeydə alınıb. 

Ən aşağı seçici fəallığı isə 17 saylı Yasamal III Seçki Dairəsində qeydə alınıb- 36,04 faiz.

Səsvermə barədə tweetlər

Sosial şəbəkələr referendum barədə nə deyir?

Bəzi istifadəçilər səs verdiklərini qeyd etmək üçün, bəzilərisə şikayət və ya zarafat etmək üçün mikrobloq saytına üz tutub.

Ailəlikcə gedirik səs verməyə. Ən azından vicdanımız təmiz olsun.

maşınım olsaydı durub gedərdim səs verməyə belə axot yoxdu evdən çıxmağ

Referendumda iştirak etdik...Vətənimiz, Dövlətimiz, Xalqımız üçün uğurlu olsun...

Çox şanslıyığe əslində torpağ altında olarkən belə səsimiz rol oynuyacağ. Axı bizdə ölülər də səs verə bilir.

Çox insanın xaişi ilə gedib səs verdim. Hamısına yox ilk 3 bənddəndən başqa 󾌴✌ GaGo

Girib səs verəsən, çıxanda da deyəsən ki, mənim havamı çalın "karusel, karusel lalala lalala"

Seçki məntəqəsinə səs verməyə gəlmişəm. Görürəmki kimsə adımın qarşısından imza atıb

Mən öz okeyimi zaks stoluna saxlayıram, onsuzda referendumda səs verdim ya vermədim fərqi yoxdur.

Müxbirimizin müşahidələri

Müxbirimiz Günel Səfərova seçki dairələrindən müşahidələrini paylaşır.

Günel Səfər

BBC Azərbaycanca müxbiri

Referenduma start veriləndə 18 saylı Nərimanov- Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində idim. Məntəqədə komissiya üzvləri yerindədir, müşahidəçi sayı isə 3-4 nəfərdir. Komissiya sədri boş qutuları müşahidəçilərə göstərir və bir müddət sonra səsvermə başlayır. Seçici sayı azdır. Səs verməyə gələn bir xanım və bir bəy yanaşı kabinlərə daxil olurlar.

Bəyin “Gözlərim görmür, eynəyimi unutmuşam, oxuya bilmirəm. Nə yazacağıq?” sözləri eşidilir.

Xanım belə cavab verir: “Hamısına hə yazacağıq.”

Eyni binada yerləşən 4 saylı seçki məntəqəsində də seçici sayı azdır.

Balaxanı ərazisində yerləşən 27 saylı Sabunçu 2-ci seçki dairəsinin 13 və 34 saylı seçki məntəqələri eyni məktəbdədir. Məntəqəyə seçkilərin başlanmasından 50 dəqiqə sonra daxil olmağıma baxmayaraq bülleten qutuları demək olar ki yarıya qədər dolduğunu müşahidə edirəm.

Məntəqələrin sədrləri səhər tezdən işə gedən insanların səs verdiyini deyirlər.

Növbəti dayanacağımız Nardaran qəsəbəsində yerləşən 28 saylı Sabunçu 3-cü seçki dairəsinin 14 və 27-ci seçki məntəqələri olur.

“Məntəqədə çox seçici gözə dəymir. İmişlidən olan bir nəfər səsvermə üçün yaxınlaşır, onun adını seçici siyahisinda olmur. “İmişlidənəm amma özüm burda yaşayıram” deyən vətəndaşın adını əlavə seçki siyahısına salırlar.

Səs verənlərin çoxu ya 2-2 ya da 3-3 məntəqəyə gəlir. Bəzi vətəndaşlar səs verərkən bir-biri ilə məsləhətləşir. Müşahidəçi və komissiya üzvlərinə kömək üçün müraciət edənlər də var.”

Qəsəbədə rastlaşdığım xanımlardan "referendumda səs verəcəksinizmi?" sualına yox cavabı alıram. Qadınlardan biri səbəbi belə izah edir ki, referendum barədə məlumatlı deyil, kimə və nəyə səs verəcəyini bilmir.

Məzahir Pənahov: “Saat 9-da qutularda bülleten olması normaldır”

BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova səsvermə barədə suallar verib.
Referendumun keçirilməsi barədə kim razıdır, kim narazı?
BBC Azərbaycana müxbiri Günel Səfər sakinlərlə söhbət edərkən onların referendum barədə nə düşündüklərini öyrənib.

Prezidentin ailəsi səs verib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib

AzərTac agentliyinə əsasən prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib.

İlham Əliyev səs verərkən
Azertag
İlham Əliyev və Mehriban Əliyeva
Azertag
Prezident Əliyev səs verməyə həyat yoldaşı Mehriban Əliyeva, qızı Arzu Əliyeva və oğlu Heydər Əliyev ilə birlikdə gəlib.
Heydər Əliyev
Azertag
Mehriban Əliyeva səs verir
Azertag
Arzu Əliyeva səs verir
AzerTag

"Əlavə siyahı" nədir?

Referendum üzrə səsvermə: "Əlavə siyahı" nədir?

BBC Azərbaycanca müxbiri Günel Səfərova seçki məntəqələrinin sədrlərindən "əlavə siyahı"nın nəyə görə tutulduğunu soruşub.

Referendum üzrə səsvermə: "Əlavə siyahı" nədir?

Referendum selfiləri

Instagram şəbəkəsində bəzi istifadəçilər referendumda iştirak edərkən öz fotolarını paylaşıb.

İlqar İbrahimoğlu adlı istifadəçinin BBC Azərbaycancaya bildirdiyinə görə, "yüksək aktivlik müşahidə olunur. Onun paylaşdığı foto "seçki saatından öncə çəkilib".

View more on instagram
View more on instagram

Referendum barədə bunları bilməlisiniz

Azərbaycanda 26 sentyabrda keçiriləcək referendum barədə sual-cavab

Sentyabrın 26-da Azərbaycanda referendum keçirilir. BBC Azərbaycanca bu səsvermə barədə əsas suallarınızı cavablandırmağa çalışır.

İlham Əliyev
PIERRE VERDY / GETTY

MSK-ya "şikayət xarakterli heç bir müraciət daxil olmayıb"

MSK sözçüsü Şahin Əsədli komissiyaya heç bir şikayətin daxil olmadığını bildirib.

MSK-nın sözçüsü Şahin Əsədlinin bildirdiyinə görə, saat 12-dək komissiyaya şikayət xarakterli heç bir müraciət daxil olmayıb.

"Yalnız 1-2 sorğu xarakterli müraciətlər olub və heç bir şikayət olmayıb," MSK sözçüsü bildirib.

Məntəqə sədri: "Qanunumuzdakı dəyişikliyi alqışlayırıq"

BBC Azərbaycanca müxbiri Günel Səfər seçki məntəqələrinin sədrlərindən səsvermənin gedişi barədə soruşub.

  BBC Azərbaycanca müxbiri Günel Səfərova Sabunçu Rayonundakı 13 və 33 saylı seçki məntəqələrinin sədrlərindən səsvermənin gedişi barədə soruşub.  

Məntəqə sədri: "Qanunumuzdakı dəyişikliyi alqışlayırıq"

Seçici fəallığı "30 faizdən artıqdır"

Ən fəal və ən qeyri-fəal məntəqələr hansılardır?

Referendum başlayandan saat 12:00-dək seçici fəallığı 30,6% faiz təşkil edib, Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsi məlumat verir.

İndiyə qədər qeydə alınan ən fəal seçki dairəsi 14 SAYLI XƏZƏR SEÇKİ DAİRƏSİ kimi göstərilir Məlumata görə, burada artıq seçicilərin 43,15 faizi səs verib.

Ən aşağı seçki fəallığı isə 19 SAYLI NƏRİMANOV BİRİNCİ SEÇKİ DAİRƏSİndədir - burada indiyə qədər seçicilərin 15.92 faizi səs verib.