Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

Xülasə

  1. Canlı səhifəmizdə saatlar GMT ilə göstərilir
  2. Trump 278 xal toplayıb, qələbə üçün onun 270 səsə ehtiyacı var idi
  3. O həlledici ştatlarda - Ohio, Şimali Carolina, Pennsylvania və Floridada qaib gəlib
  4. Clinton Donald Trump-a zəng edib, onun qələbəsini qəbul etdiyini deyib
  5. Republikaçılar Senatda və Nümayəndələr Palatasında nəzarəti qoruyub saxlaya biliblər
  6. BBC seçkilərin nəticələrini ABC News kanalının proqnozlarına əsasən verib.

Canlı reportaj

time_stated_uk

ABŞ seçkiləri 2016: Donald Trump-ın qələbəsinin 5 səbəbi

Donald Trump bir ildən artıqdır ki, davam edən seçki kampaniyasının əvvəlindən bütün gözləntiləri dəf edərək qələbə qazandı. O, buna necə nail oldu?  Oxuyun

Trump
Reuters

Əfqan Taliban qruplaşması ABŞ-dakı seçki nəticələrinə münasibət bildirib

"Bizim ona (Donald Trump) mesajımız budur ki, Amerikanın siyasətini elə inkişaf etdirsin ki, digər millətlərin azadlıqlarını əlindən almasın və milli maraqlarını digər ölkələrin məhvində axtarmasın", mesajda deyilir.

"Ən vacibi isə onlar öz qoşunlarını Əfqanıstandan keri çəkməlidirlər", əlavə olunur.

Trump
BBC

Donald Trump ABŞ-ın 45-ci prezidenti olacaq

Donald Trump ABŞ-ın 45-ci prezidenti olacaq - siyasi vəzifə tutmamış və ya hərbi xidmət keçməmiş ilk prezidenti.

Trump
BBC

Obama Trump-ı təbrik edib və onu Ağ Evə dəvət edib

Prezident Obama Donald Trump-a zəng edərək təbrik edib və hakimiyyətin təhvil verilməsinə dair müzakirələr üçün onu Ağ Evə dəvət edib.

Obama həmçinin Hillary Clinton-a zəng edib və həyata keçirdiyi kampaniyaya görə onu təbrik edib.

Prezident çərşənbə günü "seçkilərin nəticələri və bu çətin keçən seçki prosesindən sonra ölkənin bir yerə gəlməsi üçün hansı addımların atılmalı olduğu barədə müzakirələrə dair" bəyanatla çıxış edəcək, Ağ Ev mətbuat katibi bildirib.

Namizədlərin qərargahlarında sevgi və kədər emosiyaları

Hillary Clinton və Donald Trump-ın qərargahlarına daxil olan xəbərlər müxtəlif emosiyalar doğurub.  

Namizədlərin qərargahları: sevgi və kədər emosiyaları

İlham Əliyev ABŞ prezidenti seçilməsi münasibətilə Trump-ı təbrik edib

Azərabycan prezidenti İlham Əliyev ABŞ-ın prezidenti seçilməsi münasibəti ilə Donald Trump-ı təbrik edib.

"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir", təbrik məktubunda deyilir.

Cənab Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Ermənistan prezidenti Trump-ı təbrik edib

Ermənistan prezidenti Serj Sarkisyan Donald Trump-ı ABŞ-ın prezidenti seçilməsi münasibətilə təbrik edib və Ermənistana dəstəyə görə ABŞ hökumətinə minnətdarlığını bildirib, Armenpress xəbər agentliyi bildirir.

İran rəhbəri: Trump-ın nüvə razılaşmasını ləğv etməsi "mümkün deyil"

İran prezidenti Həsən Ruhani bildirib ki, Donald Trump-ın Obama-nın prezidentliyi dövründə ABŞ-la İran arasında əldə edilmiş nüvə razılaşmasını ləğv etməsi "mümkün deyil".

Cənab Trump seçki kampaniyası ərzində razılaşmanı tənqid edib və onu ləğv edəcəyi ilə hədələyib.

İran
AFP

Obama ofisi tərk etmədən öncə Clinton-u bağışlaya bilərmi?

ABŞ boyunca Trump-ın qələbəsini qeyd edən insanlar "Onu həbs edin!" çağırışı edirlər. Trump kampniyası ərzində Hillary Clinton-la bağlı təhqiqatı həata keçirmək üçün xüsusi prokuror təyin edəcəyinə söz verib və onun dəmir barmaqlıqlar arxasında olmasını təklif edib.

Məsələnin indi həyata keçirilməsi üçün hansısa siyasi qərarın olacağı ağlabatan görünməsə də, bəzi insanların Obama-nın ofisi tərk etməzdən öncə Clinton-u əfv edəcəyinə dair gözləntiləri var.

Does Trump actually jail Hillary Clinton? Does Obama have to pardon her for imaginary crimes, just to be safe? We seriously have no idea.

Trump-ı dəstəkləyənlər şənlik edir

şənlik
EPA
şənlik
reuter
şənlik
Reuters
şənlik
Reuters

Theresa May Donald Trump-ı təbrik edib

Böyük Britaniyanın baş naziri Theresa May Donald Trump-ı ABŞ seçkilərində qalibiyyətilə əlaqədar təbrik edib.

O söyləyib ki, Britaniya və ABŞ "davam edən və xüsusi əlaqələrə" malikdir və ticarət, təhlükəsizlik və müdafiə üzrə yaxın tərəfdaş olaraq qalacaqdır.

Theresa May
Getty Images

Təcili xəbər4 ştata dair proqnozlar veriləcək

ABC News bildirir ki, seçkilərə dair proqnozları dayandırır.

Bundan sonra New Hampshire, Arizona, Michigan və Minnesotada səslər hesablanmalıdır.

Aİ Trump-ı "səmimi təbrik" edir

Avropa İttifaqı rəhbərləri Donald Tusk və Jean-Claude Juncker Donald Trump-a təbrik göndərib. Məktubda Aİ/ABŞ münasibətlərinin əhəmiyyətindən də bəhs olunub.

Onlar cənab Trump-ı "ən tez zamanda" Avropaya səyahət etməyə dəvət edib.

məktub
EU

Türkiyə Trump-ı təbrik edib və Fethullah Gülenin ekstradisiyasını istəyib

Türkiyənin baş naziri Binali Yildirim ABŞ-da məskunlaşmış din xadimi Fethullah Gülenin ekstradisiyasını istəyib. Cənab Gülen iyul ayında baş vermiş çevrilişə cəhddə ittiham olunur, Türkiyədəki müxbirimiz Mark Lowen tvit edib: 

#Turkey PM Binali #Yildirim congratulates #Trump, urges extradition of Fethullah #Gulen so "we may open a new page in our relations"

Fransanın ABŞ-dakı səfiri tvitini silib

Fransanın ABŞ-dakı səfiri yazdığı "Dünya gözümüzün önündə dağılır" tvitini daha sonra silib.

Tvit
Twitter

French ambassador to US: "After Brexit and this election, from now on everything is possible. A world is falling ap… twitter.com/i/web/status/7…

Putin Trump-ı təbrik edib

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti seçilməsi münasibətilə Donald Trump-ı təbrik edib.

Ku Klux Klan lideri Trump-ı təbrik edib

İrqçi millətçi Ku Klux Klan qrupunun lideri David Duke Trump-ı və ona səs verən "öz adamlarını" təbrik edib.

This is one of the most exciting nights of my life -> make no mistake about it, our people have played a HUGE role… twitter.com/i/web/status/7…

Trump nəyi demədi?

Trump nitqində Meksika ilə sərhəd divarından, Hillary Clinton-a həbs ittihamlarından və ya müsəlmanların ABŞ-a miqrasiyasının qarşısının alınmasından danışmadı.

Trump
Getty Images

Filippin lideri Trump-ı təbrik edib

Filippin prezidenti Rodrigo Duterte ABŞ prezidenti seçildiyi üçün Donald Trump-ı "ürəkdən təbrik edib", Filippin naziri deyib.

Alaska Trump-a dəstək verib

ABC News ehtimal edib ki, Alaska Trump-a dəstək verib.

Alaska cəmi bir dəfə, 50 il əvvəl demokratlara səs verib.

Alaska projected by ABC News for @realDonaldTrump. Full results: bbc.in/2dZjGEe #election2016

Alaska projected by ABC News for @realDonaldTrump. Full results: bbc.in/2dZjGEe #election2016

Trump: "Mən hər bir amerikalının prezidenti olacam"

"Mən bütün vətəndaşlara söz verirəm ki, hər bir amerikalının prezidenti olacam. Bu, mənim üçün çox vacibdir", cənab Trump deyir.

"Keçmişdə mənə dəstək verməyənlərə deyirəm ki, sizin məsləhət və köməyinizə ehtiyacım var. Birgə çalışıb qüdrətli millətimizi birləşdirək".

Wisconsin ştatı Trump-a səs verib

Wisconsin ştatı Trump-a səs verib, ABC News kanalı bildirib.

Bununla da, Trump ona lazım olan 270 xalı ötüb.

Wisconsin projected by ABC News for @realDonaldTrump. Full results: bbc.in/2dZjGEe #election2016

Wisconsin projected by ABC News for @realDonaldTrump. Full results: bbc.in/2dZjGEe #election2016

Qərargahlarda sevgi və kədər

Bir neçə saat öncə Hillary Clinton və Donald Trump-ın qərargahlarında vəziyyət belə idi.

Video şərhsizdir.

Namizədlərin qərargahları: sevgi və kədər emosiyaları

Trump Pennsylvania-da qalib gəlir

ABC News proqnozuna görə, Donald Trump Pennsylvania ştatında 20 xal toplayıb.

Pennsylvania projected by ABC News for @realDonaldTrump. Full results: bbc.in/2dZjGEe #election2016

Pennsylvania projected by ABC News for @realDonaldTrump. Full results: bbc.in/2dZjGEe #election2016

Trump nitq söyləyir

"Hamıya çox təşəkkür edirəm. Sizi gözlətdiyimə görə üzr istəyirəm. Bu çətin məsələlərdir", o deyib.

"Hillary çox çalışdı və uzun müddət çox çalışdı və biz bu ölkəyə xidmətə görə ona təşəkkür borcumuz var. İndi amerikalıların yaralarını sarmaq vaxtıdır"

Trump
AFP

Trump səhnəyə gəlir

Manhattan-da Trump ailəsi ilə birgə səhnəyə gəlir

Trump dəstəkçiləri sevinir

CNN və Fox kanalları Donald Trump-ın seçkilərdə qalib gəldiyini proqnozlaşdıran kimi kütlə Hilton otelində sevincdən məst olublar.

Trump here. Victory speech seems imminent...

Çin: əhalinin fikri "bölünüb"

BBC-nin Çin redaktoru Carrie Gracie Pekinin küçələrindən xəbər verir ki, burda əhalinin fikri “bölünüb”.

Bəziləri deyir ki, Donald Trump uğurlu biznesmendir və uğurlu prezident olacaq. Digərləri isə bildirir ki, o, elitar siyasi sistemində bir zəngin kişidir. Trumpun qadınlar və miqrantlar barəsindəki fikirlərində narahat olduğunu deyənlər onun Asiyada xaos yaradacağından qorxduqlarını ifadə ediblər.

Təcili xəbərClinton Trump-ın qələbəsini qəbul etdiyini deyir

CNN və NBC yazır ki, Clinton Donald Trump-a zəng edib, onun qələbəsini qəbul etdiyini deyib.

Təcili xəbərDonald Trump ABŞ prezidenti seçilib - AP yazır

Associated Press agentliyi yazır ki, Donald Trump ABŞ-ın 45-ci prezidenti seçilib.

Donald Trump elected 45th president of the US - AP reports bbc.in/2fQPUCS #ElectionNight

Təcili xəbərTrump qərargaha gəlib

CNN xəbər verir ki, Donald Trump Midtown Hilton otelinə gəlib. Burada onu dəstəkləyənlər gözləyir.

Clinton-un qərargahı “sabah məlumat verəcək”

Hillary Clinton-un seçki qərargahının rəhbəri John Podesta deyib ki, onun bu axşama deyəcək sözü yoxdur.

"Biz səslərin hesablanmasını davam etdiririk və hər bir səsin əhəmiyyəti var...   bu axşam bundan başqa deyəcək sözümüz yoxdur”. 

“Evə gedib bir az yatın, biz sabah daha çox məlumat verəcəyik”. 

Senior Clinton advisor John Podesta tells crowd at Clinton HQ to go home. Clinton "isn't done yet."

Senior Clinton advisor John Podesta tells crowd at Clinton HQ to go home. Clinton "isn't done yet."

Təcili xəbərMaine-də xallar ayrılır

ABC News proqnoz verir ki, Maine-də 4 seçki dairəsinin 3-ü Clintona, biri isə Trump-a səs verib.

Vaxtilə bu ştat yalnız demokratlara səs verərdi.

Maine projected by ABC News for @HillaryClinton but vote split. Full results: bbc.in/2dZjGEe #election2016

Maine projected by ABC News for @HillaryClinton but vote split. Full results: bbc.in/2dZjGEe #election2016

Clinton oteldədir

Clinton-un qərargahına ezam olunmuş müxbirlər deyirlər ki, xanım Clinton özü oteldə qalıb, lakin onun kampaniyasının meneceri Javits Mərkəzinə demokratların dəstəkçiləri ilə görüşə gedib.

Clintonun dəstəkləyənlər də həmin mərkəzə axışır.

A large section at Hillary Clinton's NYC watch party is slowly emptying. Some still here are seated and looking qui… twitter.com/i/web/status/7…

Respublikaçılar Senatda nəzarəti qoruyub saxlayır

senat
AP

Respublikaçılar Senatda nəzarəti qoruyub saxlaya bilib, hərçənd ki bəzi yerlərdə hələ qərarlar açıqlanmayıb.

Pennsylvania-da senator Pat Toomey-in demokratların namizədi Katie McGinty-ni kiçik fərqlə keçməsi partiya üçün həlledici olub.

Bu o deməkdir ki, respublikaçılar Konqresin hər iki palatasına nəzarət edəcək.

Əgər Donald Trump qalib gələrsə, partiyanın qarşısı açıq olacaq, qanunvericilik qəbul etməkdə həlledici rolları olacaq.

45-ci prezident necə Ağ Evə köçəcək?

Seçki günü baş verənləri izləmək üçün bunları gözləmək lazımdır:

Seçilmiş prezident əslində 20 yanvar 2017-ci ildə keçiriləcək andiçmə mərasiminədək ABŞ-ın 45-ci prezidenti olmayacaq. Seçilmiş prezident günorta vaxtı əlini müqəddəs İncilin üzərinə qoyaraq prezident səlahiyyəti andını içəcəkdir. Bu andan sonra hökümət onun əlindədir.

Adətən hazırkı başçı və onun yoldaşı yeni Birinci cütlüyə çay içməyə dəvət edir. Təxminən altı saat sonra, yeni Birinci Ailə Ağ Evə köçür.

2016-cı il ABŞ seçkiləri: Nəticələr nə vaxt bilinəcək?