Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

Xülasə

  1. Tehranda İran parlamenti və Xomeyni türbəsinə silahlı hücumlar olub
  2. Azı 12 nəfər ölüb və onlarca yaralı var, iranlı rəsmilər deyirlər
  3. Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hücumlara görə məsuliyyəti üzərinə götürüb

Canlı reportaj

time_stated_uk

Canlı reportajı izlədiyiniz üçün təşəkkür!

Bizi izlədiyiniz üçün təşəkkür edirik,

İran Parlamenti və Xomeyni məqbərəsinə hücum barədə saytımızda başqa yazılar və videolar olacaq.

Onları da izləyin.

Hələlik!

İranda nə baş verdi?

Çərşənbə günü səhəri İran parlamentinin binasında atışma baş verdiyi və azı bir gözətçinin yaralandığı bildirildi.

Dəqiqələr sonra məlum oldu ki, eyni vaxtda hücum - intiharçı bomba - çağdaş İranın banisi Xomeyninin məqbərəsinə hücum edilib.

Parlamentdə atışma bir neçə saat davam etdi. Həmin vaxt deputatlar sessiyanı davam etdiriblər.

Sosial mediada girovların götürüldüyü deyilsə də, bu məlumatlar rəsmiləri tərəfindən təkzib edilib.

Xüsusi qüvvələr parlamentinin binasında bütün məlum dörd hücumçunu öldürüb.

Məqbərədə isə üç şübhəli həbs edilib, bir qadın intiharçı isə özünü partladıb.

Hücumlar nəticədə azı 12 nəfər ölüb və çoxlu sayda yaralı var.

"Parlament binasında" intihar jileti

İran KİV-nin paylaşdığı bu fotoda hücumdan sonra parlamentin binası daxilində qalan intihar jilet göstərilir.

Bəzi məlumatlar deyirlər ki, bu, hadisə yerinə xüsusi təyinatlılar tərəfindən uğurla zərərsizləşdirilib.

Security forces defused an explosive vest inside parliament building in #Tehran.
#Iran #TehranAttacks

Security forces defused an explosive vest inside parliament building in #Tehran. #Iran #TehranAttacks

Təhlükəsizlik qüvvələri Xomeyni məqbərəsində

Təhlükəsizlik qüvvələri Xomeyni məqbərəsində
Courtesy

Təhlil - BBC Monitorinq

Özünü İslam Dövləti adalandıran qruplaşma (İD) ilin əvvəlindən bəri İranın daxilində hücumlara təhrik edən bir sıra təbliğat materiallarını yayıb.

Mart ayında sənədli film üslubunda çəkilmiş təbliğat videolarının birində İraqda yerləşən İD qüvvələri sıralarındakı silahlılar iranlı döyüşçülər kimi təqdim olunur.

Fars dilində danışan silahlılar İran hökuməti, ruhani lider - Aətullah Əli Xəmeneyi də daxil olmaqla ölkənin dini qurumlarını pisləyiblər.

Hücumu həyata keçirməklə İD, ənənəvi düşməninə qarşı uğurlu gedişi öz ayağına yaza bilər.

Bu arada İD-nin rəqibi - əl-Qaidə də daxil olmaqla, başqa sünni cihadçı qruplar İranı hədəfləməyə müvəffəq ola bilməyiblər.

Məqbərə hücumunda "üç qadın və bir kişi iştirak edib"

İranın ingilisdilli Press TV kanalının məlumatına görə, üç qadın və bir kişi Ayətullah Xomeyni məqbərəsinə hücuma cəlb olunub.

TV bundan əvvəl bildirib ki, məqbərədə qalan üç şübhəli şəxs həbs olunub - dördüncünün intiharçı hücumçu olduğu hesab olunur.

Dövlət televiziyası İRNA isə təsdiqləyib ki, "bir qadın intiharçı hücumçü" özünü məqbərənin qarşısında partladıb.

Lakin sonradan parlamentdəki hücumçuların qadın paltarları geyinməsi iddiası ilə bu intiharçının qadın olub-olmadığı sual doğurub.

İranda belə bir hadisənin yaşanması Azərbaycanda narahatlıq yaradırmı?

Burada xarici amillər nəzərə alınsda da, İŞİD və digər terrorçu qrupların adı hallansa da həqiqətdə nə baş verdiyini biz bilmirik. Bu xarici təzyiqlərlə üzləşən İranın daxili siyasi həyatında mühafizəkarların mövqeyinin gücləndirmək cəhdi ola bilər. Bu proseslər istər-istəməz islahatçıların deyil, mühafizəkarların mövqeyini gücləndirəcək. Qlobal baxdıqda isə bu, Yaxın Şərqdəki proseslər zəncirinin bir halqasıdır. Bu gün istər Qətərdə, istər Suriyada baş verənlər Türkiyəyə transfer edilib və regionun iki əsas dövləti xaosdan kənarda qalıb. Onlar Səudiyyə Ərəbistanı və İran idi. Güman edirəm ki, yaxın vaxtlarda proseslərin Səudiyyə və İran daxilinə transfer edəcəyi istisna deyil. Ancaq tez-tələsik qiymət verməyin tərəfdarı deyiləm.

Azər Rəşidoğlu:Siyasi təhlilçi

Parlamentdə xilasetmə tədbirlərindən fotolar

foto
Reuters
foto
Reuters
foto
Reuters

Təcili xəbərAzı 12 nəfər ölüb və onlarca insan yaralanıb

İran rəsmiləri bildirirlər ki, çərşənbə günü hücumlarında azı 12 nəfər ölüb və onlarca insan yaralanıb, müxtəlif media mənbələri yazır.

Qonşu ölkədə belə bir hadisənin yaşanması Azərbaycanda narahatlıq yaradırmı?

Aydın Mirzəzadə
Meydan TV

Qonşu ölkədə baş verənləri təəssüf hissi ilə müşahidə edirik. İranla Azərbaycan arasında xoş münasibətlər var. Orada baş verən hadisələr, əlbəttə ki, İran və onun dostları üçün narahatedici məsələlərdir. Görünür müəyyən qüvvələr İran daxilində bu cür hadisələr törətməklə İrana hansısa gizli mesaj ötürməyə çalışırlar. Belə hadisələrin Azərbaycanda təkrarı qeyri mümkündür. Azərbaycanda güclü dövlət, güclü dövlət təhlükəsizlik sistemi və vətəndaşların təlükəsizliyini təmin edən və öz işinə məsuliyyətlə yanaşan dövlət orqanları var. Əlbəttə ki, bu, arxayınçılıq üçün əsas vermir. Hər qonşu ölkədə baş verən hadisələr eyni zamanda bizlərə də öz fəaliyyətimizə daha böyük məsuliyyətlə yanaşmağa məcbur edir. İD bizə onsuz da yaxındır, hava xətti ilə İraqa Suriyaya çox məsafə yoxdur. Bununla belə, hər bir dövlətin apardığı siyasət onun təhlükəsizliyini və imicini qoruyur. Azərbaycanın həmişə müstəqil daxili, xarici siyasət yürütməsi vətəndaşların təhlükəsizliyini qorumağa yönəlib.

Aydın MirzəzadəHakim partiya üzvü, millət vəkili

Təhlil, Jenny Norton, BBC Farsca

Hadisələr sadə iranlıya necə təsir göstərir?

Bu, 1979-cu il İslam İnqilabından sonra Tehranda ilk ciddi terror hücumudur.

Hadisə, sadə iranlılar üçün şok olacaq. Çünki onlar bir çox qonşu ölkələrdən daha sabit və təhlükəsiz olan bir ölkədə yaşayırlar.

İranın həm İraqda, həm də Suriyada özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizədə fəal iştirakına baxmayaraq, bu sünni qruplaşma indiyədə qədər İran daxilində heç bir hücum həyata keçirməmişdi. Belə görünür ki, əsasən Şiə ölkəsi olan İranda ona dəstək verənlərin sayı çox azdır.

Halbuki, son aylarda qrup farsca təbliğatını artırıb və İranın sünni azlığını öz məqsədlərinə cəlb etmək üçün hədəfə alıb. İranın kəşfiyyat agentlikləri İslam Dövlətinə bağlı olan bir çox hücum planının üstünü açdığını iddia ediblər.

Təhlükəsizlik nazirinin müavini deyib ki, hücum edənlər parlamentə qadın paltarında daxil olublar.

Məqbərədə vəziyyət "sakitdir"

IRIB-in müxbiri bildirib ki, hazırda Xomeyni məqbərəsində vəziyyət sakitdir.

İranda fövqəladə vəziyyət elan edilib

İranda çərşənbə günü hücumlara cavab olaraq fövqəladə vəziyyət elan edilib, IRTV1 təhlükəsizlik nazirinin müavinindən sitat gətirib.

Xomeyni məqbərəsində baş verənlər

Üç silahlı şəxs Tehranın cənubundakı Xomeyni məqbərəsinə hücum edib, Fars agentliyi bildirib.

Xomeyni məqbərəsində bir neçə insanın yaralandığı bildirilir.

Hücum edənlərdən biri bombalı intiharçı və qalanları isə iki və ya üç silahlı olub.

"Silahlıların ikisinin ziyarətçilərə hücum etdiyi, üçüncüsünün isə özünü intiharçı hücumda partlatdığı deyilir", yarı-rəsmi xəbər agentliyi bildirib.

Məqbərədə bir hücumçu polis tərəfindən öldürülüb, daha bir hücumçu isə həbs edilib, İran xəbər saytları yazır.

"Hüquq-mühafizə qüvvələri hücum edənlərdən birini öldürüb və yaralanan qadın həbs edilib," iribnwes.ir saytı İmam Xomeynin ziyarətgahında olan mənbədən sitat gətirib.

"Dörd zəvvar yaralanıb və xidməti heyət üzvü həlak olub".

Parlamentdə 7-8 nəfər dörd hücumçu tərəfindən yaralanıb

İranın İRİNN xəbər kanalı parlamentdə 7-8 nəfərin dörd hücumçu tərəfindən yaralandığını qeyd edib.

Dövlət informasiya agentliyi İRNA bildirir ki, parlament binasında hücum edən dörd şəxsdən biri həbs olunub.

Agentliyin məlumatına görə, dörd nəfər AK-47 avtomat və Kolt tapançasından atəş açaraq üç mühafizəçini yaralayıb.

Günorta Reuters informasiya agentliyi dövlət yayımçısı İRİB-ə istinadən məlumat verir ki, İran parlamentinin binasında intiharçı bomba partladıb.

Yerli informasiya agentlikləri məlumatı təsdiq edir və əlavə edir ki, hücumçu həmin zaman dördüncü mərtəbədə olub.

Parlamentdə nə baş verir?

Çərşənbə günü səhəri Parlament binasının içində bir silahlının mühafizə xidmətinin əməkdaşını öldürdüyü bildirilib.

Parlament palatasına aid audio yazıda güclü atəş səsləri eşidilib.

Parlament binasında gərginliyin davam etməsinə dair məlumatların yayılmasına baxmayaraq, İRNA dövlət informasiya agentliyi parlamentin ictimai sessiyasının davam etdiyini bildirib.

Daha sonra deputatların binadan çıxarıldığı deyilir.

Parlamentin sözçüsü Mahdi Kiaie deyib ki, təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu vəziyyətə nəzarət edir.

Parlamentin yaxınlığında snayperlər mövqe qurub, İran mətbuatı məlumat verir.

Hadisələrin baş verdiyi yerlərin xəritəsi

xəritə
BBC

Hadisəni kim törədib?

İD hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma İranda parlament və İmam Xomeyni məqbərəsinə silahlı hücumlara görə məsuliyyəti şifrəli mesaj xidmətləri mobil tətbiqində üzərinə götürüb.

İD vebsaytı İran parlamentinə hücumun başa çatmadığını iddia edib.

Lakin təşkilat öz iddiasını dəstəkləmək üçün heç bir sübut göstərməyib.

Hara hücum edilib?

Silahlı şəxslər İran parlamentinin binasında və paytaxt Tehranda yerləşən Xomeyni məqbərəsində atəş açıblar.

Çərşənbə günü səhəri silahlı şəxslər İran parlamentinin binasında və paytaxt Tehranda yerləşən Xomeyni məqbərəsində atəş açıblar, İran mediası xəbər verir.

Atışma nəticəsində yaralıların və həlak olanların olduğu deyilir, amma rəqəmlər fərqlidir.

İran Parlamentindən tüstü "çıxır"

Fotolarda İran parlamentindən tüstü çıxdığı görünür.

Daha əvvəl dövlət kütləvi informasiya vasitələri məlumat verib ki, hücumçu binada intihar jiletini partladıb.

İran parlamenti
Reuters