Nəsli kəsilməkdə olan heyvanların fotolarını çəkən şəxs

Image caption Florida Bəbiri (Puma Concolor coryi) Lowry Park Zooparkı, Florida © Joel Sartore/National Geographic Photo Ark

Amerikalı vəhşi təbiət fotoqrafı Joel Sartore, nəsli kəsilməkdə olan heyvanları bizə sevdirərək onları xilas etmək uğrunda mübarizə aparır.

Joel Sartore 15 ildir ki, National Geographic-in vəhşi təbiət fotoqrafıdır. O, arvadı Kathy-ə döş xərçəngi diaqnozu təyin olunduqdan sonra bu işlə məşğul olmağa başlayıb. Üç uşaq atası Joel, arvadına radioterapiya və kimyaterapiya boyunca qulluq etmək üçün bir il işləmir.

Dünyanı səyahət edərək şəkillər çəkən Joel-in həyatındakı bu fasilə, onun öz işinin təsirini görməsi üçün bir şans olur.

Image caption Coquerel-s sifaka (Propithecus coquerel) Houston Zooparkı, Houston Texas © Joel Sartore/National Geographic Photo Ark

"Jurnal xəbərlərinin ömrü az olur," o deyir.

"Nəsli kəsilməkdə olan heyvanların vəziyyəti isə heç bir vəchlə yaxşılaşmırdı və mən nə edə biləcəyimi fikirləşirdim."

Bu fikir ona, yaşadığı Lincoln, Nebraskada uşaq zooparkında vəhşi köstəbək siçovullarının şəkilini çəkərkən gəlir.

O, zooparkın mətbəxində tapdıği ağ rəngli doğrama taxtasının fonunda balaca məməlinin fotosunu çəkmək qərarına gəlir. Nəticədə studiya səviyyəli professional şəkil yaranır.

Image caption Damaraland köstəbək siçovulları (Fukomys damarensis) Houston Zooparkı, Houston Texas © Joel Sartore/National Geographic Photo Ark

"Fikirləşdim ki, əgər göz əlaqəsi yarada bilsək, bir siçanı fil qədər böyük və əzəmətli göstərərək heyvanların şəkilini heç bir diqqət yayındırıcı şey olmadan çəkə bilsək, bəlkə o zaman nəsli tükənmək üzrə olan heyvanlara ictimai diqqət yarada bilərik," Sartore deyir.

Sartore-un arvadı sağaldıqca o, daha çox portret çəkə bilmək üçün ərazidəki digər zooparklara baş çəkirdi.

İşçilər fotoqrafa səhnəni qurmaqda kömək edir, ona ağ və ya qara boyalı və yeməyi saxlaya biləcəyi otaqları göstərirdilər.

"Adətən heyvanlar günorta yeməyinə gəldiklərini düşünürlər. Əslində elədir, lakin həm də onların şəkli çəkilir," Sartore söyləyir.

Image caption Zülf kəkilli araçari (Pteroglossus beauharnaesii) Dallas Dünya Akvariumu, Texas © Joel Sartore/National Geograpic Photo Ark

Layihə genişləndikcə National Geographic redaktorlarının diqqətini çəkir və onlar Sartore-dan, amfibiya və ya Amerikanın nəsli tükənmək üzrə olan heyvanlarının fotolarının bir neçə seriyasını istəyirlər.

Fotoqraf müxtəlif ölçülü çadırlarla dünyanı gəzməyə başlayır. O, bunlarda quşlar və kərtənkələlər kimi kiçik heyvanların şəklini çəkirdi. Böyük heyvanlar üçün isə, o, heyvanxanaların daha təhlükəsiz şəraitinə üstünlük verirdi.

Image caption "Bu heyvan çox şirin idi. O, çəkiliş ərzində müxtəlif bədən dili və üz ifadələri ilə, bizimlə ünsiyyət qururdu. Xatirimdədir ki, vaxtın böyük hissəsini o, yeməklə məşğul idi. Utancaq görünə bilər, amma bu an o, çox xoşbəxt idi." Houston Texas © Joel Sartore/National Geographic Photo Ark

"Mənim lentə aldığım heyvanların əksəriyyəti, əsarət altında doğulub böyüdükləri üçün, baxıcıları bu canlıların əhvalını çox yaxşı bilirlər," o söyləyir.

"Mən nadir hallarda, çox acıqlı və əsəbi heyvanla üz-üzə gəlirəm, lakin çəkilişlərin böyük əksəriyyəti yağ kimi gedir."

O, indiyədək dünyanın 40 ölkəsində 6000 növdən çox heyvan şəkli çəkib. Layihə, The National Geographic Photo Ark adı altında həyata keçirilir və onun çəkdiyi portretlər, National Geographic Photo Ark jurnalının üz qabıqlarında və New York-da yerləşən BM Binası və Empire State Building üzərində eləcə də, Romada yerləşən Vatikanda əks olunub.

Image caption Toughie" fotosu Müqəddəs Pyotr Bazilikasının üzərində Foto © Joel Sartore/National Geographic Photo Ark

Photo Ark tərəfindən lentə alınan bəzi növlər, demək olar ki, yox olmaq üzrədirlər.

Bu il Sartore-un fotosunu çəkdiyi "Toughie", dünyaya məlum son saçaq əzalı Rabbs" ağac qurbağası olub.

Toughie-nin şəkili 2005-ci ildə Panamda, mümkün qədər çox amfibiyaları sitrid göbələyi adlı və qurbağalar üçün 100% ölümcül xəstəlikdən xilas etməyə çalışan, təbiət mühafizəçilərinin diqqətini çəkib.

O, Georgia-da yerləşən Atlanta Botanik Bağlarına gətirilib və tapılan dişi qurbağalarla cütləşdirilib. Lakin, onun çömçəquyruqlarından heç biri sağ qalmayib və dişi qurbağalar da ölüb. Sartore, bu ilin sentyabrında ölən Toughie-nin fotosunu ölümündən bir az əvvəl lentə alıb.

Image caption Ağ Qarınlı Afrika Ağac Pangolini (Phataginus tricuspis) Pangolin Konservasiyası, St. Augustine, Florida © Joel Sartore/National Geographic Photo Ark

"Mən onun haqqında hər ictimai təqdimatda, mümkün qədər çox danışmağa çalışıram. Çünki, bu yolla mən, onun nəslinin kəsilməsinə görə məyus olmaqdansa, hekayəsinin digərlərində qayğı hissi yaradacağına inanıram," Sartore deyir.

Sartore həmçinin, Çex Respublikasında yerləşən heyvanxanalardan birində, son şimal ağ kərgədanının şəklini çəkib.

"Biz ona tam vaxtında yetişmişdik," adı Nabire olan bu heyvan haqqında söyləyir.

"Biz onun çox yaxşı portretini çəkdik və sonra o uzandı və yuxuya getdi. Ömrünün sonlarına yaxın o, çox yatırmış."

Nabire, təxminən bir həftə sonra ölür.

Image caption İlan boğazlı Reimann tısbağası (Chelodina reimanni) Atlanta Zooparkı, Atlanta © Joel Sartore/National Geographic Photo Ark

Onun və San Dieqoda yerləşən başqa şimal ağ kərgədanının ölümündən az sonra, növdən cəmi 3 ədəd qalıb. Hamısı, Kenyada silahlı gözətçilər tərəfindən qorunur. Onlar, çoxala bilmək üçün çox yaşlıdırlar. Amma bir konservasiya layihəsi, IVF əməliyyatı ilə rüşeym yaradıb, oxşar kərgədan növlərinin bətninə yerləşdirməyə cəhd edir.

"Biz yalnız, kiçik heyvanların məhvinə göz yummuruq," Sartore deyir.

"Təəssüf ki, böyüklər də buraya daxildir."

Image caption Üç aylıq bala şimpanze (Pan Troglodytes) Lowry Park Zooparkı, Tampa, Florida © Joel Sartore/National Geographic Photo Ark

Sartore, layihəsində 12000 növ heyvanı lentə alacağına və bunun gələcək nəsillər üçün mənbəyə çevriləcəyinə ümid edir. O, həm də, heyvanların Toughie və Nola ilə eyni taleyi yaşamayacağına da ümidlidir.

"Fotosunu çəkdiyim növlərdən ən az 75-80% xilas etmək mümkündür, amma, insanlar onların varlıqlarından xəbərdar olmalıdırlar ki, onları sevə və kömək etməyin yollarını öyrənə bilsinlər," Sartore deyir.

Qütb ayıları və pələnglər kimi böyük heyvanların təhlükədə olması haqqında bir çoxu məlumatlı olduğu halda, Sartore deyir ki, redent, quruqurbağası və yarasa kimi kiçik heyvanlar haqqında məlumat çox azdır.

Image caption Fennec Tülküsü (Vulpes zerda) St. Louis Zooparkı, Missuri © Joel Sartore/National Geographic Photo Ark

"Phot Ark-ın məqsədi, böyük və kiçik bütün canlıları məşhurlaşdırmaq və insanlara, bu növlər kimi bizim də yer üzündən silinə biləcəyimizi xatırlatmaqdır," Sartore deyir.

"İnsanlıq bütün canlıları tərk etməməlidir - onları saxlamağa çalışmalıdır ki, sağlam planetə sahib ola bilək."

Yazının orijinalını ingilis dilində-da oxuyun.

Dərgidəki digər məqalələri burda.