Yeni il üçün qoyulan hədəflər niyə uğursuz olur?

yeni yıl kararları Fotonun müəllifi Thinkstock

2017 üçün veriləcək ən yaxşı qərarlar hələ verməmiş olduqlarımızdır. Bəs niyə hər yeni ildə qərar verib yerinə yetirmirik?

Hər dəfə yanvarın 1-dən etibarən, yerinə yetirmək üçün yeni il qərarları veririk. Amma, bunları unudub bir qırağa atmaq elə də uzun çəkmir.

Çoxumuz çətin hədəflər seçirik. Bunlar çox vaxt, qısa müddətdə gerçəkləşməyəcək iş nailiyyətləri, uzun müddət davam etməyəcək məşq proqramı, şəxsi və ya ümumi münasibətlərimizə dair hədəflər olur.

Bir müddət sonra isə bu mövzulardan nə qədər məsafə qət etdiyimizi ölçmək də çətinləşir.

Araşdırmalar yeni il qərarları verən insanların sadəcə 8%-in məqsədinə çatdığını göstərir.

Kanadadakı Carlton Universitetinin psixologiya dosenti Timothy Pychyle-ə görə, "Əvvəlindən bu qərarlar uğursuzluq və gecikmə daşıyır".

Bacara bilməmək hissi

Başqaları ilə bölüşüldüyü və beləcə yerinə yetirmə məcburiyyəti yaratdığı üçün, ilin bu vaxtı özümüzlə bağlı yeni qərarlar vermənin üstünlükləri ola bilər. Lakin, əslində, bu qərarları yerinə yetirmək çox çətindir.

Psixoterapevt Rachel Weinstein-ə əsasən, bunun bir səbəbi, "yeni bir insan olacağam" kimi həqiqətə uyğun olmayan hədəflər seçməkdir. "Halbuki dəyişmə, zaman ərzində kiçik addımlar şəklində həyata keçir", Weinstein deyir.

Fotonun müəllifi Thinkstock
Image caption Böyük hədəflər əvəzinə, dərhal hərəkətə keçəcək kiçik hədəflər müəyyənləşdirilməlidir

Çoxumuz verdiyimiz qərarların geriyə getdiyinin fərqinə belə vara bilmirik bəzən. Qərarları tətbiq etmək üçün edilən bir neçə uğursuz cəhddən sonra, uğursuzluq hissi ilə yanaşı, həyatımızı özümüz müəyyənləşdirmirik duyğusuna qapılırıq.

Yeni il ərəfəsində yaşanan bayram abu-havasında verilən qərarlar, daha sonra çətin gələ bilər. Beləcə də ilin qarşıdakı dönəmində, yeni hədəflər seçmək də çətinləşir.

Uğurun sirri

Yeni il hədəflərinə çatmaq üçün, 1 yanvarı gözləmədən dərhal addım atmaq gərəkdir. Gecikmə, təxirə salmaya səbəb olur. Soruşan biri olsa, hədəflərimizi əvvəlcədən izah edirik, amma yeni ildə bunları yerinə yetirməyə çətinlik çəkirik.

Marafonda qaçmaq kimi böyük bir hədəfi müəyyənləşdirmək əvəzinə, dərhal idman ayaqqabısı alıb qısa qaçmalara başlamaq lazımdır.

Fotonun müəllifi Getty

Uğura imza atmadan əvvəl, yaxınlarımıza hədəflərimizdən söz açarkən, diqqətli olmaq lazımdır. Qarşımıza qoyduğumuz hədəflərdən biri doğrulduqda, heç bir addım atmamış bu hədəfləri ətrafdakılara bildirərkən belə, uğur qazandığımız hissinə qapılırıq.

Mütəxəssislər məqsədlərimizi hamıya elan etmənin çox pis şey olduğunu söyləyirlər. Belə edərək, heç nə etməmişdən öncə, özümüzü mükafatlandırmış və uğursuzluğa yol açmış oluruq.

Sadə məqsədlər müəyyənləşdirmək

Gəldiyimiz qərarları yerinə yetirmək üçün ilk gündən dərhal addım ata biləcəyiniz şəkildə məqsədlərinizi müəyyənləşdirin.

Misal üçün, əgər həftədə iki dəfə məşq edirsinizsə, üçüncü bir günü də əlavə edə bilərsiniz. Bu halda uğur qazanmaq daha asandır və beləcə, özünəinam və özünəhörmət müşahidə olunur.

Yeni il hədəflərinizdən biri asan gələrsə, digər addımda daha uzaq bir hədəf müəyyənləşdirə bilərsiniz.

Fotonun müəllifi Thinkstock
Image caption "Siqareti at", "arıqla", "borclarını qaytar", "ailənlə daha çox vaxt keçir", "pul topla", "başqalarına kömək et" ....

Vaxtı düzgün bölmək vacibdir

Bu şəkildə insanın daxili intizamı inkişaf edəcək, uğur qazandıqca özünü daha fərqli və hədəflərinə çatacaq qədər güclü hiss edəcəkdir.

Washington Universitetinin davranış üzrə elm dosenti Hengchen Dai-yə görə, bir mərhələli hədəfləri yeni il, doğum günü, həftənin ilk günü kimi müəyyən zamanda qərarlaşdırmaq, ona çatmaq şansını artırdığı kimi, yeni bir başlanğıc etmək hissini də gücləndirir.

Bu barədə daha geniş