‘Bir zamanlar qulluq etdiyim ölkədən utanıram’

Öz sözləri ilə: BBC Capital oxucuları, Amerikanı tərk etmələrinin səbəblərini bölüşüblər.

Keçən il noyabrın 8-i Donald Trump prezident seçildikdə, ona səs verən amerikalılar sevinirdilər. Qalan bəziləri çaşdıqları halda, bəziləri həyəcan keçirdilər.

Amma bəzi adamlar o qədər narahat oldular ki, ABŞ-ı bir dəfəlik tərk etmək haqqında düşünməyə başladılar.

Ən yeni tarixin ən separatçı ABŞ prezident seçkisi və Britaniya üçün bənzəri Brexit seçkisinin ardınca, biz insanlar arasında qərarsızlıq və siyasi mühitə görə ölkələrini tərk edib-etməmək haqqında sorğu apardıq.

Suallarımıza yüzlərlə cazibədar, bir az kəskin və daha çox narahat cavablar gəldi. Burada, oxucularımızın bizə söylədiyi hekayələr və ölkəni tərk etmək üçün gətirdikləri səbəbləri təqdim edirik.

Fotonun müəllifi RINGO CHIU/ Getty
Image caption Bəzi ABŞ vətəndaşları, yeni Trump administrasiyasından narahatdırlar və xaricə köçmək haqqında fikirləşirlər

Təcili köçənlər

Bəzi insanlar üçün ABŞ-ı tərk etmək digərlərinə nisbətən, daha asandır. İkili vətəndaşlıq haqqında düşünən və ya soyunu axtararaq işini yüngülləşdirməyə çalışanlar da var.

"Noyabrın 9-u mən vəkilim ilə görüşdüm və İspaniyaya yerləşmək üçün müraciət prosesinə başladım. Arvadım Aİ vətəndaşıdır və ailəmizin ABŞ-a qayıdacağını güman etmirəm," Jonathan Allen yazıb. "Bu, məni incitsə də belə."

Marie-Denise Jolie-nin daha dəqiq və təcili planları var. "Kanadaya 2016-cı il fevralın 8-i köçdüm. Mən ABŞ-da doğulub və böyümüşəm, hətta, ABŞ ordusunda xidmət etmişəm, amma, valideynlərimdən biri kanadalı olduğu üçün ikili vətəndaşlığa sahibəm.

Heç vaxt Kanadaya köçməyi düşünmürdüm, lakin, burada qala bilmərəm və qısa səyahətlərdən başqa da buraya qayıdacağıma şübhə edirəm."

"Mən ABŞ-ı ürəkağrısı ilə və bezmış şəkildə tərk edirəm. Bir zamanlar qulluq etdiyim ölkədən utanıram."

Həyat tərzini itirmək qorxusu

"Biz gey cütlüyük və iyunda toy etməyə hazırlaşırdıq," Jim Brunk yazıb. Lakin, cütlük, nikah şəhadətnaməsini yanvarın sonu alıb. "Partnyorum müsbət İİV (İnsanda İmmunçatışmazlığı Virusu) xəstəsidir və yəhudidir. Yeni qurulan respublikada artıq bizi hədəfə alan, üç cür silah var".

"Haraya köçəcəyimizdən əmin deyilik, çox güman ki, Kanadaya. Mən mennonitəm (Xristianlıqda cərəyan) və Mennonit Mərkəzi Komitəsindən Kanadaya girə bilməmiz üçün kömək istəmək fikrindəyəm".

Fotonun müəllifi robertharding / Alamy Stock Photo
Image caption Bəziləri üçün xaricə müvəqqəti köçmə, artıq həmişəlik və ya uzun-müddətli gedişə çevrilir

Phil Morel köçmək üçün ciddi düşünməlidir: "Həyat yoldaşım meksikalıdır və özüm Aİ pasportuna sahibəm. Hətta, Kaliforniyada yaşamağımıza baxmayaraq, özümüzü fanatizm, kəskin dil və təhlükəli məqamlara seçilmiş insanlara görə hüquqsuz hiss edirik."

Alexa Tenjou diqqətli və ehtiyatlı davranır: "Mən xaricdə dərs verirəm və geri qayıtmaq haqqında düşünmürəm," o yazıb. "Qaradərili bir amerikalı və qadın kimi, hadisələr mənim əksimə cərəyan edir."

Catherine Hannah gələcəyi o qədər qarışıq görür ki, sevgilisi ilə birlikdə ölkəni gec olmadan tərk etmək istəyir. "Biz ucqar ərazidə yaşayırıq və burada insanlar artıq Trump-a səs verdikərinə görə peşman olmağa başlayıblar. Biz onlara xəbərdarlıq etməyə çalışsaq da, dini vədlər gözlərini kor etmişdi," Hannah deyir.

O, Kaliforniyadandır və burada özünü digərlərindən fərqli sayır. Düşünür ki, gəldiyi ştat daha proqressivdir. "Biz yarım-təqaüdçülərik, sosial təminat və təqaüd alırıq, lakin, Trump-ın hakimiyyəti altında bunun nə qədər davam edəcəyindən əmin deyilik."

"Mal-qaramız da daxil olmaqla, hər şeyimizi qoyub gedirik... Dəyişikliklərin uzaq olmadığını görürük, genişmiqyaslı axının yaranması isə sadəcə zaman məsələsidir".

Gözdən itib, geri qayıtmamaq

Bəziləri üçün xaricə müvəqqəti köçmə, artıq həmişəlik və ya uzun-müddətli gedişə çevrilir və Amerikaya geri qayıtma planlarını dəyişir.

"Mən Birləşmiş Krallıqda yaşayan ABŞ vətəndaşıyam. Keçən dekabr ayında magistr dərəcəmi bitirib ABŞ-a qayıtmağı planlaşdırırdım. Trump seçkilərdə qalib gəldikdən sonra, geri köçməmi təxirə saldım," Angelina Velarde yazıb.

"Xoşbəxtlikdən ərim, Britaniya vətəndaşıdır. Buna görə də, 2.5 il müddətinə evlilik vizası əldə etmişəm."

Fotonun müəllifi PSL Images / Alamy Stock Photo
Image caption Təqaüdçü və nasaz olanların xaricə köçmək şansları daha azdır

Emily Ann Granger Sidneyə dekabrda köçüb. O, buna 2016-cı ilin əvvəllərində qərar veribmiş. "Mənim partnyorum Avstraliya vətəndaşıdır və biz onun ABŞ-a köçməsini nəzərdə tutmuşduq. Lakin, ölkəmdə baş verənləri və baş verəcəkləri nəzər alaraq, doğru qərar verdiyimiz üçün çox şadıq [ABŞ-dan Avstraliyaya köçməklə].

Məhdudiyyətlər və sosial mülahizələr

Amma, bəziləri üçün xaricə köçmək asan olsa da, bəziləri üçün şəxsi məhdudiyyətlər ABŞ-dan köçməyi mümkünsüz edir.

John Lebsack yazıb: "Tərk edə bilsəm, düşünmədən gedərəm. Yaşım və nəvəm məni buraya bağlayır."

Jeanne Dross üçün isə yaşı və əlverişli səhiyyə sistemi imkanlarını məhdudlaşdırır.

"Mən təqaüdçüyəm, eləcə də bir çox dostlarım: xal sistemi bizi, demək olar ki, bütün Avropa ölkələri, Avstraliya və Yeni Zelandiyadan kənarlaşdırır," o yazıb.

"Portuqaliya, Bolqarıstan, Kosta-Rika və Panama kimi bir neçə ölkəyə köçə bilərik, lakin, sağlamlıq sığortasının bahalığı bizim büdcəmizlə üst-üstə düşmür. Baxmayaraq ki, Səhiyyə [vergisi] pulunu illərdir ödəmişik, ölkənin sərhədini keçdiyimiz an, xidmət dayanacaq."

Və əlbəttə ki, çoxları qalmağın getməkdən daha dəyərli olduğun qəbul edir.

Simon Derry, misal üçün, gedərək daha çox problemlər yaranacağına inanır. "[Trump] siyasətinin daha çox ünvanlandığı insanların (yoxsul şəhərlilər, azlıqlar və s.) köçmək üçün kifayət qədər maddi imkan, bacarıq və təhsilinin olmamalarını görmək kədərlidir," o yazıb.

"Bəzi mükəmməl insanlar [köçməyə hazırlaşan] ABŞ-da qalaraq burada əziyyət çəkəcək adamlara kömək edə bilərlər. Başa düşüləndir, amma çox heyf".