Din planetimizi necə xilas edə bilər?

Adama elə gəlir ki, din, bizi ekoloji təmiz və təbiətsevər edir. Amma, həqiqət, düşündüyümüz qədər sadə deyil.

Dünyada 10 adamdan səkkizi özünü dindar hesab edir. Rəqəmlər, dinin bir zamanlar olduğu qədər həyatımıza hakim olmadığını göstərsə də, hələ də böyük təsiri var.

Ekoloji hərəkat nə deməkdir? Allaha və ya ilahi gücə inam, insanları təbiətə və heyvanlara qarşı qayğıkeş edirmi?

Suala cavab vermək üçün hekayələr qoşmaq asandır. Fikirləşə bilərsiniz ki, din, dünyanın dağılacağı ideyasını irəli sürür. Bu halda deyə bilərsiniz ki, əgər axirət günü gələn həftədirsə ,qoy tropik meşələr qırılsın.

Amma dinlər, mərhəmət üzərində qurulub və Cainizim kimi dinlər, heyvan öldürməyi də qadağan edir. Bu da dinə inananları təbiətə qarşı daha rəhmli etməlidir.

Lakin, bunlar yenə də hekayələrdir. Bəs insan davranışı üzrə elm bizə nə deyir?

Fotonun müəllifi Jon Bower USA / Alamy Stock Photo
Image caption Xristianlıq ən məşhur dinlərdən biridir (Mənbə: Jon Bower ABŞ/Alamy)

Gəlin Xristianlıqdan başlayaq. Tarixçi Lynn White 1967-ci ildə tanınmış Elm (Science) jurnalında yazırdı ki, xristianlıq vəhşi təbiət üzərində etik hökmranlıqla onun qorunmasını müdafiə edir. Çünki İncildə, təbiət üzərində "hökmranlıq"dan bəhs olunur.

Buna görə də White iddia edirdi ki, Xristianlıq ona inanalara "Allah insanın təbiətdən özünə uyğun şəkildə istifadəsini" istəyir.

Bu isə mübahisəli idi. Digər tarixçi və teoloqlar White-ın İncili yanlış anladığını bildirərək deyirdilər ki, İncil bizdən təbiətə qarşı qayğıkeş olmağı tələb edir. White, xristianların münasibət və ya davranışları ilə bağlı heç bir sübut təqdim edə bilməmişdi.

2013-cü ildə araşdrımaçılar, hər hansı bir ölkənin əsas dini ilə ərazisinin ehtiva etdiyi mühüm bio-müxtəliflik arasındakı münasibəti öyrənmək üçün sorğu keçirirlər. Onlar, xristian, xüsusilə də katolik ölkələrin digərlərinə nisbətən, daha çox təbii ərazi saxladıqlarını müəyyələşdiriblər.

Amma, bu, White-ın tamamilə səhv olması demək deyil. Başqa tədqiqatlar göstərib ki, mühafizəkar xristianlar, digər məzhəblərin nümayəndələri ilə müqayisədə, təbiətə qarşı daha az diqqətlidirlər.

1993-cü ildə çap olunan bir tədqiqatda, kahin və sosioloq Andrew Greenley, amerikalıların öz ətraf-mühitlərini qorumağa qarşı nə dərəcə meylli olduqlarını müəyyənləşdirmək istəyir.

O, təbiətə qarşı xristian fundamentalistlərin daha az, katoliklərin isə daha çox maddi yardıma həvəsli olduğunu görür. Bu isə insanın təbiətə qarşı münasibətini, xristian yox, hansı növ xristian olması ilə izah edir.

Eyni zamanda, Xristianlığın digər dinlər ilə münasibəti də, təbiətə qarşı insanların qayığısına təsir edir.

Fotonun müəllifi Anup Shah
Image caption Keniyada xristianlar meşələri iblis qismində görürlər (Mənbə: Anup Shah/naturepl.com)

Britaniyanın Canterbury şəhərində yerləşən Kent Universitetində fəlsəfə elmləri doktoru üzrə dissertasiyası əsasında Emma Shepheard-Walwyn, keniyalıların müqəddəs məkanlara qarşı münasibətini öyrənməyə çalışıb.

Buraya icmalar tərəfindən ənənəvi din əsasında yaradılan və qorunan bioloji və mənəvi əhəmiyyətə malik yerlər daxildir.

Shepheard-Walwyn müəyyənləşdirib ki, "sorğuda iştirak edən bəzi xristianlar, meşələrin şeytan tərəfindən yaradıldığına inanaraq, onların məhv edilməsini istəyirlər".

Hətta bir xristian deyib ki, "ənənə artıq cadulanıb". Digərləri müqəddəs məkanları, iblis və xurafatla bağlayıblar.

Bu da, müxtəlif inanca sahib insanların qorunan ərazilərə qarşı münasibətinin təsiri arasındakı ziddiyyəti sübut edir. Xüsusilə də, ənənəvi dinlərdən uzaqlaşmaq, təbiət üçün pis ola bilər.

Fotonun müəllifi Wim van den Heever
Image caption İnsanların şirlərə qarşı münasibəti dəyişkəndir (Mənbə: Wim van den Heever/naturepl.com)

2006-cı ildə aparılan bir araşdırmada Şir Qəyyumlarından Leela Hazzah, ənənəvi dindən evangeliya xristianlarına çevrilən maasayilərin, ənənəvi dini saxlayanlara nisbətən, şirləri öldürməyə daha çox meylli olduğunu aşkara çıxarıb.

"Bu dəyişilən protestantların, milli parklar və vəhşi təbiətə qarşı münasibəti yaxşı deyildi," Hazzah deyir.

Maasayilərin televiziya və digər media vasitələrinə çıxışı olmadığından, dünya haqqında məlumat üçün keşişlərinə arxayındırlar. Əgər keşiş öz nəsihətlərində təbiət barəsində yaxşı fikirlər söyləmirsə, kilsəyə gedənlər də təbiətə qayğı haqqında məlumat əldə edə bilməyəcəklər.

Evangeliya kilsələrində bəzən bir həftə çəkən dini mərasimlərdə mal-qara fermerləri də iştirak edirlər. Bu, o deməkdir ki, heyvanlara hücum edilən zaman həyətyanı sahədə heç kim olmur. İki çoban, belə bir tədbir zamanı, 35 inəyini itirib.

Hazzah onlardan mal-qaranı bu qədər uzun müddətə başsız qoymalarının səbəbini soruşduqda, bir kişi cavab verib: "Allahın evində olduğum müddətdə öz evimə qayıtmağa ehtiyac yoxdur. O, mal-qaramı təhlükədən qoruyacaq."

Bütün bunlar, xristianlığın necə və ya ümumiyyətlə təbiət haqqında düşünüb-düşünmədiyimizdə rol oynadığını göstərir. Bəs başqa dinlər?

Fotonun müəllifi funkyfood London/Paul Williams/Alamy

2016-cı ilin avqustunda çap edilən bir tədqiqatda hindistanlıların böyük ətyeyən heyvanlara qarşı münasibəti öyrənilib. Bəlli olub ki, buddistlərin ətyeyən heyvanlara qarşı münasibəti, müsəlmanların münasibətindən daha yaxşıdır.

Buddizmin bütün heyvanlara ziyan verilməsinə qarşı olduğunu nəzərə alsaq, bu təəccüblü deyil. Fəqət, nəticələr göründüyü kimi sadə deyil.

Dini ayinləri daha çox icra edən buddistin, canavar və qar bəbirinə qarşı daha yaxşı münasibəti olur. Başqa sözlə, buddizm ilə təbiətsevənlik arasındakı əlaqə, daha çox dərin inanclı buddistlərə şamil olunmalıdır.

Amerikalı xristianlarla bağlı olan araşdırmadakı kimi, əsas məsələ insanın dindar olub-olmamasında yox, dinə hansı formada riayət etməsində və nə dərəcədə bağlı olmasındadır.

Hindistanın Mysore şəhərində yerləşən Mühafizəkar Təbiət Fondunun baş yazarı Saloni Bhatia, nəticələri, tamaşaçılardan asılı olaraq, mühafizəkarların mesajları müxtəlif formalarda təqdim edə bilməsi ilə bağlayır.

"Biz, müsəlman icmalar və dini liderlərinin təbiəti idarə etməni irəli sürdükləri halda, buddist icmaları və liderləri arasında təbiətə qarşı mühafizənin daha güclü olduğunu vurğulamalıyıq," Bhatia deyir. "Dindarlar və liderlərin təbiətin qorunması üzrə potensial gücə malik olmaları danılmazdır."

Amma, mühafizəkarlar ilə dini liderlər arasında dərin uçurum mövcuddur.

Fotonun müəllifi Jurgen Freund
Image caption Balıqçı, dinamitlənmiş balıqları toplayır (Mənbə: Jurgen Freund/naturepl.com)

Shepheard-Walwyn, təbiət mühafizəçilərinin dini inkar etmək səbəbini "elm ilə dinin qarışmaması, yaxşı alim olmaqdan ötrü din ilə məşğul olunmaması, elm adamalarının dindarların elmə daha az töhfə verəcəyini düşünməsi kimi yanlış anlayışlarla" bağlayır.

O, həmçinin düşünür ki, təbiəti mühafizəçilərlə dindarların təbiət haqqında düşüncə tərzlərində də problemlər mövcuddur.

Lakin, bəzi qruplar bu ayırım arasında körpü salmağa çalışır.

Dinlər və Təbiəti Mühafizə İttifaqı (DTMİ), dini liderlərin öz inanc və dini ayinləri əsasında ekoloji proqramlar yaratması üzrə işləyən dünyəvi orqandır.

Onların ən uğurlu layihələrindən biri Tanzaniya sahillərində yerləşən bir adada baş tutub. Balıqçılar, gündəlik tutum məqsədilə tez və asan yol olan dinamitdən istifadə edirdilər. Lakin, balıqçılığın bu üsulu çox dağıdıcı, mərcanlara ziyan vuran və yetişməmiş balıq və tısbağaları öldürəndir.

Yerli mühafizə təşkilatları, balıqçıları maarifləndirməyə çalışsalar da, onlar bunu qulaqardına vrurudular. Hökumət, üsulu qadağan etsə də, balıqçılar bunu nəzərə almırlar. Bu məqamda DTMİ işə keçir.

Fotonun müəllifi Jurgen Freund
Image caption Balıqçılar islamın köməkliyi ilə balıqları dinamitləməkdən əl çəkirlər (Mənbə: Jurgen Freund/naturepl.com)

DTMİ üzvləri, görürlər ki, balıqçılar müsəlmandırlar və yerli şeyxlərin icmaya təsiri böyükdür. Beləliklə onlar, şeyxlərə Quranda təbiətə qorumaq üçün yazılan ayələr nümunə gətirir və balıqları dinamitləməyin dinə qarşı olduğunu sübut edirlər.

Şeyxlər, məlumatı yayır və inanclı müsəlmanlar buna əməl edirlər.

2007-ci ildə Xristian Elm Monitorinqi-nin (Christian Science Monitor) müsahibə aldığı bir balıqçı deyib: "Mən, balıqçılıq üsulumla təbiətə ziyan verdiyimi öyrəndim. Bunu bizə mzungu-lar deyil, [Suahili dilində "ağ adam"] Quran buyurub."

Balıqçıların maarifləndirilməsi ilə məşğul olan təşkilat təkcə DTMİ olmayıb. Həlledici rollardan birini də Ekologiya və Ətraf-Mühit Elmləri üzrə İslam Fondu (EƏEİF) oynayıb.

Onun qurucusu Fazlun Xalid təşkilatı 80-ci illərdə yaradıb və buna səbəb onun təbiətə qarşı sevgisi olub. Universitetdə teologiya təhsili aldıqdan sonra Xalid, İslamın son dərəcə təbiətsevər din olduğunu görür.

Amma, o, həmçinin, müsəlmanların təbiətə qarşı biganəliyini anlayır. Buna səbəb isə, insanların zənginliklərini artırmaq üçün məşğul olmaları idi.

Buna görə də, o, EƏEİF-i qurur və müsəlmanlara Quranın əsasında ətraf-mühit etikasının dayandığını öyrətməyə başlayır.

Fotonun müəllifi GHF
Image caption İndoneziyada meşələr qırılır (Mənbə: Steve O. Taylor (GHF)/naturepl.com)

Bioloji müxtəlifliklə zəngin, lakin, inkişafın verdiyi təhlükə ilə qarşı-qarşıya qalan İndoneziyada EƏEİF, tropik meşələrin yenidən salınması üçün məktəblərlə işləyir.

Eynilə də Tanzaniyada onlar kimsəsizlər üçün İslam eko-kəndi qurublar. Burada təşkilat, bərpa oluna bilən enerji zavodları və təkraremal layihələri üzərində işləyirlər.

"Bu eko-kənd təbii ehtiyatlardan istifadəni peyğəmbərimiz buyurduğu kimi istifadə etməklə qurulub," Xalid deyir.

Xalid, təbiəti qorumağa can atan bir yeni dini hərəkatın yarandığına inanır. "Dini əsaslı təşkilatlar son iqlim dəyişikliyi ilə bağlı danışıqlarda mühüm rol oynayıblar və EƏEİF, İqlim Dəyişikliyi ilə bağlı İslam Bəyannaməsinin yaranmasının həlledici təşkilatlarından biridir," o söyləyir.

Bu yanaşmanın işə yarayacağı ilə bağlı ilkin sübutlar da mövcuddur.

2013-cü ildə İndoneziyada aparılan bir tədqiqatda, İslam vaizlərinin çıxışlarındakı mesajlar, həm ictimai maarifləndirmə, həm də narahatçılıq səviyyəsində dəyişikliyə səbəb olub.

"Həmin andan İndoneziya, vəhşi həyata qarşı qeyri-qanuni ov və hücuma qarşı fətvalar verib," Kent Universitetinin aparıcı yazıçısı Jeanne McKay deyir.

Bundan əlavə, DTMİ iddia edir ki, təbiəti mühafizəçiləri, insanları cəlb edərək dəstək almaq üçün dindən çox şey öyrənə bilərlər. Necə də olsa, bir məqsədlə inanclı kütləsi yığmaq üçün din, əla vasitədir.

Fotonun müəllifi Yashpal Rathore
Image caption Fillərin xilası bizdən çox asılıdır (Mənbə: Yashpal Rathore/naturepl.com)

DTMİ bildirir ki, hər şeydən öncə, dinlər insanları həvəsləndirmək və məlumatlandırmaq üçün hekayələrlə zəngindir. Onlar həm də, itirdiklərimizə köklənməkdənsə, sahibi olduqlarımız üçün şükr etməyi aşılayırlar. Mühafizəkarlar, nümunələri ilə diqqətli olmalıdırlar.

"Dini əsaslı yanaşmalardan istfadə, irəliyə aparan pozitiv bir üsul ola bilər. Əlbəttə ki, din, çatılması çətin məqsədlərə çatmaq üçün potensial olaraq görülməlidir. Elmi əsaslı yanaşma ilə kifayətlənməkdənsə, bu yaxşıdır," McKay söyləyir.

Qarşımızda dayanan ekoloji təhlükəyə qarşı bunu etməmək, axmaqlıq olar. Bunu həll etmək üçün, təbiəti mühafizəkarlar, dinlər kimi ümidin və optimizmin gücünə inanmalıdırlar.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuyun.