Asiyadan mühacirətin yüksəlişi

  • 14 Fevral 2017

Asiyadan köçən mühacirlər, Qərbdən köçənlərə nisbətən artıqdır. Kate Mayberry bu demoqrafik trendi araşdırıb.

Wan Norafli Razali restorandan çıxır və avtomobilinin sol tərəfinə keçib əlini qapıya atır. Birdən xatırlayır ki, o, artıq vətəni Malayziyadadır və sürücünün oturacağı digər tərəfdədir. "Görürsünüz," o gülür. "Uzun zaman uzaqda olmuşam."

38 yaşlı kimya mühəndisi, özünə Afli kimi müraciət edilməsini bəyənir. O, ailəsi ilə birgə Dubayda yaşayır və Amerika neft servis xidməti olan Lubrizol Korporasiyasında işləyir. Xaricdə karyera qura bilmək onun çoxdankı arzusu olub.

2001-ci ildə Birləşmiş Ştatlarda universitetdən məzun olduqdan sonra, o bir müddət Malayziyada işləyir və neft servisi şirkəti Schlumberger-də işə düzəldikdən sonra, 2006-cı ildə yenidən ABŞ-a qayıdır.

Tam mühacir paketi olmasa da, yaxşı maaş, ev və nəqliyyat xərcləri ilə təmin olunduğunu deyir.

"Mən Ştatlarda ömürlük qalmaq istəyirdim," o, McDonalds kartoflarından yeyə-yeyə xatırlayır. "Amerika xəyalı ilə yaşayırdım."

"Motivasiyam isə, xaricdə işləyib, mümkün qədər təcrübə toplamaq idi."

Fotonun müəllifi Wan Norafli Razali
Image caption Malayziyalı mühacir Wan Norafli Razali (solda) Misir, İsgəndəriyyənin Aralıq dənizi sahillərində neft platformasında işləyib (Mənbə: Wan Norafli Razali)

On il sonra o, dünyanın hər tərəfindən gələn mühacirlərlə işləyir. "Sənin müdirin Cənubi Koreyadan, mühəndisin Çindən, praktikantın Amerikadan və həmkarların yerli ərəblər ola bilər. Çox yaxşı bir mühit yaranır."

Keçmişə nəzər saldıqda, mühacirlərin qərbli orta yaşlı və evli kişilər olduğunu görmək mümkündür. Bu, artıq tamamilə dəyişib. Bu gün, ekspatlar, daha çox asiyalılardır.

"Tipik mühacir işçi demoqrafiyası dəyiş[diril]ib," qlobal məkan xidmətləri şirkəti ECA Beynəlxalq, 2016-cı il Mobilliliyin İdarəsi Sorğusunda qeyd edib. "Asiya, Qərbi Avropa və ya Şimali Amerika kimi mühacirlər mənbəyidir."

Şərq növbəsi

Bu, Asiya şirkətlərinin qlobal genişlənməsi ilə əlaqədar bir dəbdir və 1980-ci illərdə yaponların xaricə çıxışı ilə başlayıb. 2008-ci il iqtisadi böhranından sonra, Çinin də axına qoşulması ilə hərəkat daha da yüksəlib.

"Asiya şirkətləri Qərbdəki şirkətlərdən daha çox, xaricə işçi göndərməyə meyllidirlər," ECA-nın Asiya üzrə regional direktoru Lee Quane deyir.

"Bir Qərb şirkəti çox güman ki, bir neçə menecerini xaricə göndərər və qalan işçiləri yerlilərin arasından seçər. Asiya şirkətləri, ən sadə vəzifələr üçün belə, daha çox işçi göndərməyə can atırlar. Çin ən bariz nümunə olsa da, Yaponiya və Koreyanın da adını qeyd etmək lazımdır.

Onlar, əsas rəhbərlik, orta rəhbərlik və hətta, kiçik rəhbərlik və peşəkarlar üçün də işçi göndərirlər. Bunun bir səbəbi kommunikasiya olsa da, digər səbəbi etibar məsələsidir."

Əksər Asiya şirkətləri - Çin, Koreya, Yaponiya və Hindistan - ChapmanCG-ə sahibdirlər. Bu qlobal işəgötürmə şirkəti, insan resursları rolunda mütəxəssisləşib və "güclü bacarıq gündəliyi" əsasında işləyir.

Cənubi Koreyada beynəlxalq təcrübə, böyük korporasiyalarda yüksək vəzifələrə çatmaq üçün şərt sayılır. Çinin əsas hissəsində hakimiyyət, "Kənara Çıxmaq Siyasəti"nin bir hissəsi kimi böyük şirkətləri beynəlxalq səviyyədə genişlənməyə çağırır.

Nəticə, bir sıra satınalma və birləşmələrə gətirib çıxarıb və Çin şirkətləri dünyanın bir çox şəhərlərində ofislərini açıblar və davam edirlər. Belə ofislərdə daha çox Çindəki mərkəzdən göndərilən işçilər işə götürülür.

Fotonun müəllifi Daniel Berehulak
Image caption Britaniyalı mühacirlər, Kraliça II Elizabeth-in Brilyant Yubiley mərasimini Yeni Delhidə izləyirlər. "Tipik ekspat anlayışı - adətən qərbli kimi bilinir - dəyişir (Mənbə: Getty Images)

Mobil işçi qüvvəsi

Asiya istedadına tələb artdıqca, asiyalılar özləri karyeralarını inkişaf etdirmək üçün könüllü şəkildə xaricə getməyə razılaşırlar.

Qlobal işəgötürmə şirkəti Hays Asiya, bu yaxınlarda fəaliyyət göstərdiyi beş Asiya ölkəsində sorğu həyata keçirib və müəyyən edib ki, Sinqapur ən mobil işçi qüvvəsinə malik ölkədir.

İştirakçıların 97% xaricdə iş əldə etmək istəyiblər. Onlardan 85% daha yaxşı iş imkanları, karyera inkişafı və özünü inkişaf üçün getməyə hazır olduğunu bildirib.

Çində 96%, Honkonqda 94% və Malayziyada 93% insan, xaricdə vəzifəyə yiyələnmək istədiklərini dilə gətiriblər.

"Xaricdə iş əldə etmək istəyən professionallar agahdırlar ki, işəgötürənlər, beynəlxalq təcrübə və düşüncəyə malik yerli istedadlara üstünlük verirlər," Hays Asiyanın icraçı direktoru Christine Wright deyir.

"Geri qayıtdıqda onlar, yerli adətlərdən agah, qarışıq qlobal düşüncə və xaricdə işgörmə təcrübəsinə malik insanlara çevrilmiş olurlar."

Bu, üstünlükdür

42 yaşlı Eric Yap, bununla razıdır. Yap, ABŞ Kolumbiya ştatında Missuri Universitetindən elektrik mühəndisi kimi məzun olub və təhsilini başa vurduqdan sonra, Malayziyaya geri qayıtmağı planlaşdırırmış.

Lakin, Yaponiyada keçirdiyi təhsil ili, onun həyatında yeni bir cığır açır və təhsilini bitirər-bitirməz Tokioda Goldman Sachs-ın İT bölməsində işə başlayır. Hazırda Amazon Web Service-də işləyən Yap, ölkəni tərk etməyib.

"Hər hansı praktiki təcrübənin bir gün Malayziyaya qayıtdıqda üstünlük olacağını düşünmüşəm. Xüsusilə də, Malayziyadakı qlobal korporasiyalarda," o, göndərdiyi e-maildə deyir. "Fəqət, Yaponiyada bu qədər qalmağı heç zaman planlaşdırmırdım."

Fotonun müəllifi Hinterhaus Productions
Image caption Bir çox Asiya şirkətləri, öz vətəndaşlarını işə götürərək, onları öyrətmək və ən yaxşılarını xaricdəki yüksək vəzifələrə təyin etmək istəyirlər (Mənbə: Getty Images)

Yap əlavə edir ki, hazırda çoxdilli (özü dörd dildə danışır) və başqaları ilə anlaşmağı bacaran mədəni həssaslığa malik insanlara tələbat çoxdur.

ChapmanCG-in sədri Matthew Chapman, xarici təcrübəyə malik insanların "yüksək qiymətləndirildiyi" fikri ilə razıdır. Xüsusən də, Avropa və Şimali Amerikaya nisbətən, iqtisadiyyatı sürətlə inkişaf edən Asiya ölkələrində.

"Asiyalıların iş görmə tərzinə və Asiyada işləmiş qlobal liderlərə hörmət böyükdür," Chapman bildirir. "Yüksək vəzifə alacaq olan onlardır. Regiondan gələn strategiya və ideyalara böyük ehtiyac mövcuddur."

Onun həmkarı Foo Siew Chin da deyilənlərlə razıdır. İki il yarım bundan öncə Sinqapura qayıtdıqdan sonra o, Asiya şirkətlərinin daha çox yerli istedadların inkişafına üstünlük verdiyini görüb.

"Bu təkcə, asiyalıların Asiyanı daha yaxşı tanımalarından irəli gəlmir, həmçinin, korporativ və müxtəliflik perspektivindən də asılıdır," Chapman ilə birgə işləyən Foo deyir. "Şirkətlər, liderlik proqramına nəzər saldıqda anlayırlar ki, Asiyada müxtəliflik ilə zəngin liderliyə daha çox ehtiyac var."

Xərcləri nəzərə alma

Ekspat profilinin dəyişilməsi, həm də şirkətlərin mühacir xərclərini nəzərə alması deməkdir. Bir çox hallarda, "evə" uçuşlar, biznes yox, ekonom sinifdə baş tutur, ev xərcləri həyət evi deyil, mənzil üçün nəzərdə tutulur və nəzarətdə olan uşaqların məktəb xərcləri bəzən ödənilmir.

Sorğusunda ECA müəyyənləşdirib ki, asiyalı ekspatlar, daha qısamüddətli tapşırıqları yerinə yetirirlər və onların onundan dördü ailəsiz səyahət edirlər.

Fotonun müəllifi robertharding / Alamy Stock Photo
Image caption Wan Norafli Razali-in yaşadığı Dubay, müxtəlif milli mənsubiyyət və mədəniyyətlərdən olan işçi mühacirləri ilə məşhurdur (Mənbə: Alamy)

"Bir çox şirkətlər, ekspatlatın xərclərini azaltmağa çalışır," Chapman söyləyir.

"Bu, vacib boşluğun həmin səlahiyyətdə doldurulması mümkün olmadıqda, çox əlverişlidir. Lakin, Asiya istedadına və xarici əsasa sahib olmaq, yerli mənada daha zənginləşib. Ev, uçuş biletləri və avtomobilin daxil olduğu ekspat paketində mühacir olmaq üçün çox yaxşı səbəb olmalıdır."

Dubayda Afli və ailəsi, bir gün Malayziyaya dönməyi gözləyir. Amma haraya köçməklərindən asılı olmayaraq, qərar daha çox ailə qayğılarına əsaslanacaq, nəinki pul və üstünlüklərə.

"Yaşlandıqca, baxış dairən də dəyişir," o deyir. "Əvvəl yalnız pulu düşünürsən, amma, övladların dünyaya gəldikdən sonra, təhsil, din və həyat yoldaşını. O, xoşbəxtdirmi? Yoxsa heç bir yerə gedə bilməzsən."

  • Bu məqalənin orijinalını ingilis dilində BBC səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuyun.