40 yaşdan sonra 25 saatdan çox iş insanı keyləşdirir

Yaşınız qırxdan çoxdursa və həftədə 25 saatdan artıq işləyirsinizsə, bu sizin zəkanıza təsir edə bilər, yeni araşdırmada deyilir.

Əgər yaşınız qırx və ya üzərindədirsə, tam ştat işdən sonra IQ testi etməyin. Nəticə sizi məyus edə bilər.

Yaşınız qırxdan çoxdursa və həftədə 25 saatdan artıq işləyirsinizsə, bu sizin zəkanızı zəiflədə bilər, Avstraliyada yerləşən Melburn Tətbiqi İqtisadi və Sosial Araşdırmalar Institutunun fevralda dərc olunan araşdırmasında deyilir.

Komanda, 40 yaşından yuxarı 6000 insan üzərində oxuma, nümunə və yaddaş testləri aparıb. Onlar iş saatlarının idrak qabiliyyətinə təsirini araşdırıblar.

Araşdırmada müəyyənləşib ki, həftədə 25 saat işləmək (yarım ştat və ya həftədə üç gün) idraki fəaliyyət üçün optimal zamandır. 25 saatdan az işləmək isə, həm kişi, həm də qadınların beyin çevikliyi üçün zərərlidir.

"İş, yaşlı işçilər üçün beynin fəaliyyətinə təkan verə və idraki funksiyaların qorunmasına kömək edə bilər, bir növ 'itir və ya istifadə et hipotezisi' kimi," Tokioda yerləşən Keio Universitetinin iqtisadiyyat üzrə professoru və aparıcı tədqiqatçı Colin McKenzie deyir.

Fotonun müəllifi nobeastsofierce Science / Alamy Stock Photo
Image caption Tədqiqatçılar müəyyənləşdiriblər ki, həftədə 25 saat işləmək idraki fəaliyyət üçün optimal zaman olduğu halda, daha az işləmək, beyin çevikliyi üçün zərərlidir

"Lakin, eyni zamanda, gərgin şəkildə uzun saatlar işləmək, halsızlıq və fiziki və/və ya psixoloji stressə səbəb ola və bu da idraki fəaliyyəti zədələyə bilər."

Bəs niyə 40 yaş?

McKenzie-ə görə, bizim informasiyanı nə dərəcədə yaxşı qavramamız olan 'axıcı zəka' təxminən 20 yaşda aşağı enməyə başlayır və 'kristallaşmış zəka' və ya bacarıqlar, bilik və təcrübəmizi istifadə etmək qabiliyyəti isə 30 yaşdan sonra, zəifləməyə doğru üz tutur.

McKenzie deyir ki, 40 yaşadək bir çox insanlar yaddaş testləri, nümunənin tanınması və əqli çeviklik tapşırıqlarında daha pis nəticə göstərirlər.

Hazırda bir çox ölkələr, təqaüd yaşını artırıblar, lakin, McKenzie-in idraki yorğunluq haqqındakı son araşdırması çox vacibdir.

"İş iki başlı qılınc ola bilər, beyin fəaliyyətini artırdığı kimi uzun saatlar işləmək və müəyyən növ tapşırıqlar yorğunluq yaratmaqla bərabər, idrakı zədələyə bilər," o deyir.

Arxasında elm dayanır

McKenzie-i iqtisadiyyatın bizi əvvəlki nəsillərə nisbətən daha uzun işləməyə məcbur etdiyini desə də, 40 yaşdan sonra bioloji və emosional olaraq zehnimiz ola bilsin ki, həftədə beş gün saat doqquzdan beşə qədər işləmək qabiliyyətində deyil.

Müxtəlif yaş qrupları ilə aparılan əvvəlki araşdırmalar göstərib ki, artıq işləmək xroniki stress, zehni zəifləmə və əqli xəstəliyə yol aça bilər.

1996-cı ildə Boston Xalq Sağlamlığı Universitetinin apardığı bir tədqiqat göstərib ki, artıq iş, avtomobil sənayesi işçiləri, xüsusilə də hissələrin yığılması kimi işlərdə iştirak edənlərin əqli sağlamlığına təsir edir.

Fotonun müəllifi Blend Images / Alamy Stock Photo
Image caption Keçmiş araşdırmalar artıq işləmənin zehni zəifləmə yaratdığını göstərsə də, McKenzie-n araşdırması bunun 40 yaşdan artıq insanlara təsiri olduğunu ortaya çıxarıb

McKenzie-in tədqiqatı əvvəlkilərdən fərqlənir. Onun komandası bənzəri sağlamlıq və zehni problemlərin əvvəl düşünüləndən daha aşağı həddə - 40 yaşından yuxarı insanlarda baş tutduğunu aşkarlayıblar.

Stresin zehnə neqativ təsiri nevroloji tədqiqatlarla təsdiq olunub. Stress idrakı fəaliyyətə, hormonlar vasitəsilə təsir göstərir.

Xüsusilə də, steroid hormonları və beyində yerləşən və qısamüddətli yaddaş, konsentrasiya, inhibisya və rasional düşünməyə təsir edən stress hormonu kortizol vasitəsilə.

Lakin, 40 yaşın dönüş nöqtəsi olmasında rol oynayan digər faktorlar da ola bilər.

McKenzie-in komandası hazırda "sendviç illəri" adlandırılan illərin arxasında dayanan faktorları araşdırmağa çalışırlar.

Bu elə bir yaş həddidir ki, insan tam ştat işləməklə yanaşı, özündən asılı bir nəfərin də qayğısına qalır. Məsələn, uşaq və ya yaşlı valideyn. Bu, iş üzərində iş əmələ gətirir ki, şəxsin istirahəti nadirləşir.

Fotonun müəllifi Alistair Heap / Alamy Stock Photo
Image caption Yaxınının qayğısına qalmaq stress dolu "iş içində iş" yaradır

Yuxu faktoru

Yuxu, həftəlik tam ştat iş üçün önəmli rol oynayır. Son dövrlərə qədər uğurlu insanlar, az yatmaqları ilə fəxr edirdilər. Britaniyanın keçmiş baş naziri Margaret Thatcher deyirdi ki, o, gecə yalnız dörd saat yatmaqla daha effektiv iş görə bilir.

Arxivdən aşkarlanan videolarda isə onun gün ərzində yuxuladığı nəzərdən qaçmır.

Bəs insan nə qədər yatmalıdır? ABŞ Milli Yuxu Fondu 26 yaşdan yuxarı insanlara, gecə yeddi saatdan artıq yatmağı məsləhət görür.

Öyrənmə və yaddaş, yuxu və istirahətdən asılıdır. Bunu Florida Dövlət Universitetindən psixologiya professoru Karl Ericsson deyir. McKenzie-in tədqiqatı da Ericsson-un tədqiqatından fərqli nəticə verməyib.

"Rahat yuxu, yüksək səviyyəli fəaliyyət üçün vacibdir," Ericsson deyib.

İşləmək ehtiyacı

Bu yaxşıdır və əladir, fəqət, əgər həftədə 40 saatdan da az işləyərək daha yaxşı nəticələr əldə edəcəyimizi müzakirə ediriksə, bir çoxumuz üçün işləmək yaşaya bilmək üçün gərəklidir.

40 yaşından yuxarı insanların da əksəriyyəti 40 saatdan az işləmək haqqında düşünmürlər və bunun onlara stimul verdiyini deyərək tədqiqatla razılaşmırlar.

Avstraliyanın Sidney şəhərində Blue Mountains-da yaşayan 58 yaşlı Richard Salisbury də onlardan biridir. Özü və başqa şirkətlər üçün həm yarım, həm də tam ştat işləmiş informasiya texnologiyası meneceri kimi o, azın yaxşı olduğu fikrini rədd edir.

Fotonun müəllifi KIRILL KUDRYAVTSEV
Image caption Az yataraq işləmək, fəaliyyətə təsir göstərə bilər

"Daha çox təcrübə yığdıqca və ya yaşlandıqca müəyyənləşdirdim ki, tələblərimi vaxtında və asanlıqla yerinə yetirə bilirəm," Salisbury deyib.

"25 saatın hədd olması fikrini isə əfsanə sayıram," o deyib. "İşlədiyim əksər insanların həftədə 35 və ya 40 saat işləməsi onlara heç bir zehni problem yaşatmayıb."

Londonda yaşayan 50 yaşlı Penny Evans, bir xeyriyyə təşkilatının siyasi məsləhətçisidir. O, həftədə 4 gün işləyir, lakin əvvəllər həftədə 3 gün olmaqla 25 saat işləyib. Üç gün və dörd gün işləməyin hansının beynin fəaliyyətinə təsir etdiyini izah etməyə çalışır.

"Həftədə üç gün işləmək şəxsi həyat üçün çox münasibdir, xüsusilə də, uşaqların varsa. Lakin, işdən azacıq geri qalırsan. Dörd gün işləmək isə, işlə daha çox əlaqədə qalaraq, şəxsi həyat üçün əlavə bir gününün olması deməkdir".

Fotonun müəllifi mediaphotos
Image caption Uzun saatlar işləmək və müəyyən növ tapşırıqlar yoğunluq yaratmaqla bərabər, idrakı zədələyə bilər, McKenzie deyib

"Lakin, həftəlik ideal iş saatının nə qədər olmasını söyləmək çətindir. Cavan ikən daha az məsuliyyətim olduğu üçün, bu daha asan idi, lakin, indi e-mail və sosial media dövründə bunun necə təsir edəcəyini bilmirəm."

Sağlam iş

Cambridge Universitetinin dəstəyi ilə (heç bir QHT daxil olmadan) keçən il baş tutan Britaniyanın Ən Sağlam Şirkəti Mükafatlandırma Mərasimində idman malları, əcza və IT şirkətləri, ən sağlam şirkətlər qismində iştirak ediblər.

Onların hər biri tətil götürmək və fiziki sağlam qalmaq üçün işçilərinə icazə verirlər. Məsələn, bu şirkətlərdən bəziləri işçilərinə işdən tez çıxmaq haqqı tanıyır, Sweaty Betty kimi şirkətlər isə günorta yeməyi zamanı işçilərinə idman dərsləri təklif edir.

Cambridge Universitetinin Newnham Kollecinin müdiri və Britaniyanın Ən Sağlam Şirkəti Məsləhətçi Qrupunun həmsədri Carol Black isə yaşlı işçilərin yaxşı fəaliyyəti üçün daha az işləməsindən əmin deyil.

"İş ilə bağlı ən vacib məqam, onun 'yaxşı iş' olmasındadır. Əgər işin yaxşıdırsa, yarım və ya tam ştat işləməyin heç fərqi yoxdur," o yazıb.