İntiqam hissi bir işə yarayırmı?

intikam Fotonun müəllifi Getty

Təkamül dövründə intiqam duyğusu olduqca yararlı bir məqsədə xidmət edir: hətta onu gözləmək belə insana zövq verir. Bəs niyə intiqam hissi var?

İntiqam hekayələri həm acı, həm də şirindir. Götürək, Homerin İliada dastanını. Paris Eleni qaçırdıqda, əri Kral Menelaus buna dözməyib və Paris-ə hücum etməyə qərar verir.

Troya böyük bir ordu ilə girir və minlərcə insanın öləcəyi böyük bir dava başlayır. Dastanda intiqam ilə dolu başqa hadisələr də var.

Yer üzündə var olduğumuz müddətdə intiqam insan davranışının bir hissəsi olub. Tarix boyunca yunan faciəsindən tutmuş Shakepeare-in Hamletinə qədər ədəbiyyatda da bu hissə yer verilib.

Bəs insanı intiqam almağa məcbur edən nədir? Araşdrımaçılar buna dair bəzi məlumatlar əldə edib və intiqamın gözlənməyən bəzi faydaları olduğunu aşkarlayıblar.

İntiqam insanı hərəkətə keçirən güclü bir duyğu tətiyidir.

Uzun müddətdir intiqam və bağışlama hissləri üzərində araşdırma aparan Miami Universitetindən təkamül psixologiyası mütəxəssisi Michael McCullough deyir: "Sizə zərər verən birinə qarşı qəzəb hiss etmə və incitmə istəyi hər cəmiyyətdə anlaşılan bir vəziyyətdir."

Image caption Tarixdə bir çox hekayə kimi Hamlet də intiqam duyğusu ilə hərəkət edib

Araşdırmalar cinayətlərin 20%-in, məktəblərə edilən silahlı hücumların 60%-in intiqamdan qaynaqlandığını göstərir.

Donald Trump-ın prezident seçilməsini belə "sürətlə qloballaşan iqtisadiyyatın özlərini tərk etdiyi duyğusuna qapılan ağdərili işçi sinfinin intiqamı olaraq dəyərləndirən məqalələr belə olub.

Hücum mövzusunda araşdırma aparan Virginia Universitetindən David Chester, zorakı bir hücumdan əvvəl başqa şeylərin hərəkətə keçdiyini görüb.

Təhrikedici hal ilə intiqam arasındakı hissləri "psixoloji vasitələr" olaraq adlandıran Chester, misal olaraq birinin təhqiredici davranışı qarşısında hücumla reaksiya vermənin qaynağını intiqam duyğusu ilə bağlayır.

Chester-in araşdırmaları, təhqir edilən və ya sosial baxımdan istənməyən bir insanın kədərə qapıldığını və buna hücum ilə reaksiya göstərənlərdə beyinin kədər ilə bağlı bölgələrinin daha aktiv olduğunu göstərib.

Fəqət, istənməmə duyğusu başlanğıcda kədər versə də, intiqam almaq fürsəti ortaya çıxdıqda bu, zövq ilə maskalana bilir.

Hücum ilə cavab versinlər deyə təhrik edilən insanlar, beyinlərindəki mükafat bölgəsinin hərəkətə keçməsilə, həqiqətən də şirin bir intiqam hissinə qapılırlar.

Image caption Richard Nixon "düşmən siyahısı" ilə məşhur idi

"Psixologiyanın atası" bilinən Sigmund Freud də, hücum ilə zövq arasındakı əlaqədən söz açırdı, amma, intiqamın ayrı bir zövq verdiyi aşkarlanıb.

Chester-in komandası ilə birlikdə etdiyi bir təcrübənin nəticələri keçən ay, Personality and Social Psychology jurnalında dərc olunub.

Kompüterdə oynanan bir top fırlatma oyununda bilərəkdən qrupdan kənarda saxlanan insanların intiqam nümayişi olaraq virtual bir cadu oyuncağını iynələdikləri ortaya çıxıb.

Eyni təcrübəni laboratoriyada aparıdıqda oyundan kənarda qalan insanların intiqam hissi ilə rəqiblərini narahat edəcək formada yüksək səs çıxararaq, bir düyməyə uzun müddət basdıqları müşahidə edilib.

Image caption İntiqam duyğusu insana müvəqqəti bir zövq verir

Bəs bu qədər zərərli bir davranış təkamül boyunca necə mövcud olub?

Bu, təkamül prosesinin hər hansısa bir xətası deyil, intiqamın çox yararlı bir iş görməsinə görə belədir.

"İntiqam alacağınızın bilinməsi, insanların sizə sataşmasını və ya sizdən yararlanmasının qarşısını alan bit təsir olacaqdır", Chester deyir.

Leonardo di Capriao-un Oscar mükafatı almış Diriliş (The Revenant) filmində baş qəhrəman, oğlunu öldürənlərdən intiqam alma hissi ilə həyatda qalır.

İntiqam təhlükəsi bəzi hücumların qarşısını ala bilir.

2006-cı ildə aparılan bir araşdırmada, kişilərin intiqama daha yaxın olduğunu, intiqam hissindən daha çox zövq adıqlarını ortaya çıxarıb.

"İstənməmə duyğusunu hiss edən" hər kəs şiddətə al atmır. Bəziləri özlərinə zərər verərək bu duyğu ilə savaşırlar.

Bəzi psixoloji taktikalar sayəsində intiqam hücumuna meylli insanlar da istəklərini idarə edə bilirlər. Chester-in təcrübələrində bu, insanların beynində gözlənilməz hərəkətlərin basdırılması və məntiq irəli sürmədə vacib rolu olan qismin aktiv olduğu görülüb.

Yəni intiqama qapılmaq məcburiyyətində deyilik.

Bizə yanlış davranan insana qarşı intiqam hissi ilə alışarkən, bu duyğunun o an üçün yaxşı təsir edəcəyini, amma uzun davam etməyəcəyini bilmək lazımdır.

Bu duyğunun var olma səbəbinin, əcdadlarımızın təhqir edilməkdən və alçaldılmaqdan qorunmaq olduğunu unutmayaq.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular