Adam içində danışmaq qorxusu karyeranıza təsir göstərirmi?

Умеете ли вы сочувственно слушать? Fotonun müəllifi Getty Images

Adam içində danışmaq qorxusu, karyeranıza pis təsir göstərə bilər. Amma, bunun öhdəsindən gəlmək mümkündür.

Glen Savage səhnəyə çıxmağa hazırlaşır. O, mələk qanadları və halə geyinib. Həm də çox həyəcanlıdır.

1961-ci ildir və beş yaşlı Savage, Avstraliyanın Brisbane şəhərində yerləşən Müqəddəs James Məktəbində təşkil olunmuş Milad tamaşasında mələk Cəbrayılın rolunu ifa edir. O, cəmi bir cümlə işlədəcək: "Körpə mələklər, buraya yığışın."

Həmin an o haradan bilərdi ki, keçirdiyi qorxu və həyəcan bütün karyerasına təsir göstərəcək.

"Ancaq yadımda bunu bacara bilməyəcəyim qalıb. Bu qədər insanın qarşısında çıxış edə bilməzdim," Savage xatırlayır. "Pərdə qalxarkən həyəcandan əsirdim. Səsim titrəyirdi və gözlərimi yerə zilləmişdim... Ondan sonra mən istənilən ictimai çıxışdan qaçmağa başladım."

Məktəbi bitirdikdən sonra, o, əczaçı olur. Müştəriləri ilə onu ayıran şüşə, Savage üçün daha rahat idi.

2000-ci ildə ondan əczaçılıq ilə bağlı təlim çıxışı etmək istənilir.

"Öz əczaxanamda işçilərlə işləmək əvəzinə mən, 400 başqa əczaxana işçilərini inkişaf etdirmək imkanı əldə etmişdim. Və 'Bu ki əladır' ... fikirləşən an, yadıma həyəcanlı balaca oğlan düşdü."

Yenidən "Körpə mələklər, buraya yığışın" baş verəcəkdi. Bunu bacaracağından əmin deyildi.

Qorxu faktoru

Əksəriyyətimiz adam içində çıxış etməkdən utanırıq.

2014-cü ildə Chapman Universiteti tərəfindən aparılan bir sorğuda, iştirakçıların 25.3%-i ən böyük qorxularının izdiham qarşısında çıxış etmək olduğunu bildiriblər.

Təəssüf ki, bu qorxu, karyera imkanlarımıza da təsir göstərə bilər.

2014-cü ildə 600-dən çox işəgötürən arasında aparılan sorğuda müəyyənləşib ki, onlar işçilərdə ilk olaraq "şifahi ünsiyyətə" nəzər yetirirlər. "Təqdimat bacarıqları" dördüncü yerdə gəlib. "İnzibati fəaliyyətin idarəsi" kimi ənənəvi idarə bacarıqları isə sonuncu kimi qiymətləndirilib.

2014-cü ildə 2031 ABŞ işçisi arasında aparılan onlayn sorğuda, onların 12%-n işdəki mövqelərinə təsir göstərsə də belə, təqdimat çıxışını digərlərinə həvalə etməyə razı olduğu müəyyənləşib. İştirakçılardan 70%-i razılaşıb ki, bu, onların işdəki uğurları üçün çox mühümdür.

İnsanların ictimai çıxış qorxusu və onun həyatlarına təsiri ilə bağlı çoxlu sənədli filmlər mövcuddur.

İşdəki həyəcanın mümkün uğurların qarşısını alması barəsində çoxlu araşdırmalar da aparılıb.

Financial Times-n guşə yazarı Lucy Kellaway, ictimai çıxış qorxusunun karyerasına pis təsir etdiyini söyləyib.

Face time

İş dünyası kompüter ekranları arxasından idarə olunsa da, görüntü və eşidilməyə olan tələbat hələ də böyükdür.

BBM-n (Beynəlxalq Biznes Maşınları) dərc etdiyi hesabatların biri, qadın menecerlərin daha yüksək vəzifələri necə əldə edə biləcəkləri ilə bağlıdır.

Buraya bloq və Twitter hesabları vasitəsilə mütəmadi paylaşımlar etməklə yanaşı, könüllü danışıq və müzakirələrə də qoşulmaq kimi məsləhətlər daxildir.

Biznes məsləhətçisi və Özünü Gücləndirmək (Empowering Yourself) adlı əsərin müəllifi Harvey Coleman, uğurlu karyera üçün üç mühüm faktor olduğunu deyir: 'fəaliyyət', 'imic' və 'ifşa'.

Lakin, bunlar, bərabər bölünməyib, o deyir. İfşa 60%, imic 30% və fəaliyyət 10%.

"İctimai çıxış, artıq professional həyat üçün seçim imkanı deyil," nitq məşqçisi və Təqdimat və İctimai Çıxış Bələdçisi (The Authority Guide to Presenting and Public Speaking) adlı kitabın müəllifi Steve Bustin deyir.

Fotonun müəllifi Hero Images/ Getty
Image caption Video konfransları belə, təqdimat bacarıqları tələb edir

"Bu, digər bacarıqlar kimi öyrənilməsi və sınanılması gərəkən biznes bacarığıdır," o deyir.

"Bir çox iş müsahibələri, xüsusilə də yüksək vəzifələr, hazırda yüksək səviyyədə təqdimat bacarığı tələb edirlər."

Video konfranslar telefon zənglərini əvəzlədikcə, bir çox işçilər eyni anda daha çox həmkarları ilə üzləşməli olurlar.

"Bir nəfərin bir neçə nəfər ilə eyni anda görüşməsi ideyası, hal-hazırda çox yayılıb," Bustin deyir.

"Bəzi konfranslarda çıxış etmək üçün işçilər, işə gəlmək məcburiyyətində qalmırlar. Onlar evdən videonu qoşurlar, siz də ofisdən qoşursunuz".

TED çıxışlarının populyarlığı və təsiri, tamaşaçıların da gözləntilərini dəyişib.

1984-cü ildə Kanadanın Vancouver şəhərində texnologiya və dizayn ilə bağlı illik konfrans kimi başlayan bu çıxışlar, 2006-cı ildən internetə yerləşdirilməyə başlandı və hazırda daha çox mədəni fenomenə çevrilib. Çıxışların devizi "ideyaları yaymağa dəyər"dir.

Müxtəlif məsələlər üzrə mütəxəssislərin 20 dəqiqəlik çıxışına milyardlarla baxış olur və onlardan 100-dən artıq dilə tərcümə olunublar.

Fotonun müəllifi Greg Blatchford / Alamy Stock Photo
Image caption TED çıxışlarının populyarlığı tamaşaçıların da gözləntilərini dəyişib, Bustin deyir

Bu natiqlərin danışıq bacarıqları, bizim gözləntilərimizi artırıb, Bustin deyir.

"Siz artıq böyük çıxışları YouTube-dan izləyə bilərsiniz və insanlar, konfrans və ya iş tədbirlərinə gedərkən çıxışların ən az o qədər yaxşı olacağını gözləyirlər".

İctimai çıxışı sevməyən insanlar üçün bu, heç də yaxşı xəbər deyil.

İldə bir neçə dəfə təqdimat çıxışı etmək məcburiyyətində olan insanlar, bu bacarığı inkişaf etdirməkdə çətinlik çəkirlər, İngiltərənin Brighton şəhərindən Peşə psixoloqu və biznes məsləhətçisi Gary Luffman deyir.

"İşlədiyim insanların bəziləri ildə bir neçə dəfə və ya hər rüb bir dəfə çıxış edirlər və bu halları idarə etmək çox asandır."

Döyüş yoxsa uçuş?

Qorxunun səbəbi, təbii olduğu qədər dərindir.

Beynimiz təhlükəni mükafatdan üç-dörd dəfə daha çox görür, Luffman deyir.

"Bir qrup insanın qarşısına çıxdıqda çaşbaş qalırıq... Biz adətən, təhlükə rejimini seçirik."

Sonra isə beynimiz, "döyüş yoxsa uçuş" rejiminə keçir. Belə halda bədəndə adrenalin ifraz olunur və ürək döyüntüsü artmağa başlayır. Bu, qaçarkən və ya döyüşərkən əla nəticə verir, amma sakit dayandıqda enerji boğazı tuta bilir və qızarma və tərləməyə səbəb olur.

Uğurlu çıxışın sirri hazırlıqdır, həm Bustin, həm də Luffman təsdiqləyir.

Bütün çıxışı əzbərləməkdənsə, onlar, ilk bir neçə cümləni və ya ilk bir neçə dəqiqəlik cümlələri yadda saxlamağı məsləhət bilirlər.

Sonra isə kartlar və ya slaydlardan istifadə edərək nitqi davam etdirmək olar.

Luffman, təqdimatı öncədən göz önündə canlandırmağı təklif edir. Məsələn, otağın görünüşü, harada dayanmaq.

"Beyin düşünmə kimi, hərəkətlərə də eyni reaksiya verir."

Fotonun müəllifi Hero Images/ Getty
Image caption Özlərinə köklənən insanlar tez-tez unudurlar ki, ictimai çıxış tamaşaçıların diqqətini cəlb edə bilməkdir

"Əgər əvvəlcədən xəyalınızda zəngin vizual şəkil canlandırmağı bacarsanız, həyəcanı azaltmış olacaqsınız."

Lakin, insanların qarşısında məşq etməkdən yaxşısı yoxdur.

Bir çoxları, beynəlxalq ictimai çıxış təşkilatı Toastmasters-n təklif etdiyi məşğələlərə müraciət edirlər.

Glen Savage da bunu edib.

O, 2000-ci ildə gələn təklif ilə seçim qarşısında qalır. Ya əczaçılıq piştaxtasının arxasından müştərilərə xidmət etmək, ya da ki, təlim çıxışlarına qoşulmaq.

Savage qorxusu ilə üzləşməyi seçir.

NLP - şəxslərin dil quruluşu və davranış nümunələrin əsasında Neyro Linqvistik Proqram - təliminin də köməyi sayəsində o, narahatlıq və həyəcanına qalib gəlməyi bacarır.

Onun üçün hər şeyi dəyişən məsləhət isə bu olur: "Bu sənin üçün yox, dinləyici üçündür. Danışıq qorxusu ilə üzləşən bir çox insan daha çox özünə köklənir. 'Birdən bacarmasam? Birdən alınmasa?' ... Əslində isə mühüm olan şey, mesajı dinləyicilərə çatdıra bilməkdir. Əgər səni bəyənsələr, bu sadəcə sənin üçün üstünlükdür."

50 ildən sonra 2015-ci ildə Savage, qorxusunu yenərək dörd gün davam edən APP - Avstraliya Professional Əczaçılıq konfransı - konfransında çıxış edir.

" 'Ah, bu qorxuludur' fikirləşmək əvəzinə artıq düşünürdüm ki, bu insanların qarşısında çıxış etmək və bəzi ideyaları paylaşmaq imkanı zövqvericidir..."

O, hazırda mütəmadi konfrans çıxışları edir və başqalarına qorxularını dəf etmək üçün təlimlər keçir.

Bəs Savage qorxusuna qalib gəlməsəydi, nə baş verərdi?

"Əminəm ki, karyeram bu qədər inkişaf etməyəcəkdi. Düşünürəm ki, elə yerimdə sayacaqdım".

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Capital saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Bu barədə daha geniş