Qulaq müsafiri olmaq işinizə necə təsir göstərir?

Подслушивающий офисный работник Fotonun müəllifi iStock

Səs-küylü və açıq planlı ofisdə, istəmədən söhbətləri eşitmək kifayət qədər mümkündür.

Amma, istəmədən eşitmək ilə bilərəkdən qulaq müsafiri olmaq arasında ciddi fərq var.

Varun Mathure-n işdəki masası mətbəxə yaxın yerləşir və buna görə də londonlu marketinq müdiri, mətbəxdə edilən bütün söhbətlərin xəlvəti ortağına çevrilir.

Lakin, çox güman ki, həmkarları bundan xəbərsizdirlər. Günah onlarda deyil.

Qulaqcıqlarını taxmış vəziyyətdə - əksər vaxt musiqiyə qulaq asmır - oturan Mathure-dən heç kim şübhələnmir.

Bəzən söhbətlər o qədər yüksək tonda gedir ki, onları eşitməmək mümkün olmur. Bu isə onun fikrini mühüm işlərindən yayındır.

Amma, qulaq müsafirliyinin üstünlükləri də var, o deyir.

Mathure vəziyyəti qeybət kimi qiymətləndirmir. Əksinə, bu söhbətlər onun həmkarları ilə dil tapmasında böyük kömək olur. Mathure ən qayğısız söhbətlərin qeydlərini aparır və sosial baxımdan münasib zamanda onlardan istifadə edir.

Fotonun müəllifi Getty Images
Image caption Açıq planlı ofislərdə söz-söhbətləri eşitməmək qeyri-mümkündür

Həmkarınla onların film seçimi, gələn səfərləri və həftəsonu planları haqqında danışmaq iş prosesində də isti münasibətin təminatçısına çevrilir, o deyir. "Bunlar yaxşı münasibət qurmaqda köməkdir."

Amma, Mathure həddini aşmır.

Qulaq müsafiri olmaq istəmədiyi mövzu isə şəxsi söhbətlərdir.

İşdə gizli eşitdiklərindən istifadə etməyi bacaran təkcə Mathure deyil.

Bu, yəqin ki, bir çoxumuzun başına gəlib.

Eşitmişəm ki...

Açıq planlı ofislərdə söz-söhbətləri eşitməmək qeyri-mümkündür. Amma, eşitdiklərimizin nəticəsi həmişə eyni olmur.

Nəyisə eşitmək və ya özünü eşitməməzliyə vurmaq - bəzən - həmkarlar ilə yaxşı münasibət qurmaq, menecerin gözünə yaxşı görünmək və ya şirkətin yeni qərarının arxasında yatan səbəbi anlamaq üçün əla vasitə ola bilər.

Lakin, bundan manipulativ şəkildə istifadə etmək karyeramıza ziyan vurmaqla yanaşı, etibarsız kimi görünməmizə də yol aça bilər.

Bəs işdə istəmədən eşitdiyimiz şeyləri necə cilovlamaq olar?

Chicago-da yerləşən icraedici məşğələlər şirkətinin vitse-prezidenti Andrew Challenger-ə görə bu, informasiyanı necə və nə zaman istifadə etdiyimizdən asılıdır.

Fotonun müəllifi iStock
Image caption Həmkarlarımızı tanımaq yaxşı münasibətə yol açsa da, onlar haqqında həddən ziyadə məlumatlı olmaq, bizə olan inamı sarsıda bilər

"Bilə-bilə gizli qulaq asmaq, yarımçıq və ya tamamlanmış bir hal yaradır," Challenger deyir. Amma, digər tərəfdən, "insanların bir-biri və müştərilərlə necə münasibət yaratdığını öyrənmək üçün əlverişlidir və bu, məxsusi ofis mədəniyyətini qavramaq üçün bir üsuldur."

İstəmədən eşitmək və ya bilərəkdən qulaq asmaq?

İstəmədən eşitmək ilə bilərəkdən qulaq asmaq arasındakı fərqi anlamaq, çox vacibdir. Bu bizim reputasiyamıza təsir göstərən amildir. Buna görə də, karyeramıza yaxşı təsir göstərən danışıqlara qulaq vermək daha məsləhətlidir.

Bilərəkdən qulaq müsafirliyi, işçilərin eşitməməli olduqları məlumatı eşitməsidir. İstəmədən eşitmək isə, adətən açıq planlı ofislərdə baş tutur.

"Təsadüfən nəyisə eşidirsinizsə, bu başqa məsələ," Mathure deyir.

Psixoloji baxımdan təsadüfi eşitmək, niyyət olunmamış bir refleksdir və "kokteyl parti təsiri" adlanır.

Belə ki, ətrafda gedən söhbətlər, sizin öz söhbətinizə mane olur və ya əlinizdəki işdən yayındırır, Princeton Universitetindən psixologiya üzrə professor Lauren Emberson deyir.

Bilərkdən qulaq müsafiri olmaq isə, qəsdən diqqətinizi qarşınızdakı şəxs və ya işdən yayındırıb qulaq asmaqdır. Bu aşkarlanarsa, pis nəticəyə səbəb ola bilər, o deyir.

"İnsanlar, [yaxınlıqda danışan həmkarlarına] diqqət etməməyə çalışsalar da, bu alınmır," Emberson söyləyir.

"Beynimiz dayanmadan ətrafa nəzarət edərək, bilinən və gözlənilməz şeyləri nəzərdən keçirir - və anidən təəccüblü nə isə hiss edərsə, avtomatik olaraq ona tərəf can atır."

Fotonun müəllifi Getty Images
Image caption İstəmədən eşitmək ilə bilərəkdən qulaq müsafiri olmaq arasında ciddi fərq var

Eşidilənlər

Açıq planlı ofislər ictimaiyyət ilə şəxsi danışıqlar arasındakı xətti yox edib, New York-da yerləşən TripleMint adlı əmlak şirkətindən Joshua Jineau deyir.

İş yoldaşına, müştərinin alışdan imtina etdiyi haqqında şikayət edərkən otağın digər tərəfindəki həmkarı, həmin ev üçün əla alıcı tapdığını deyir.

Nəticədə onların ofisində artıq hamı qulaqlarını yeni xəbərlər üçün bağlayıblar. (Çox şəxsi məsələlər üçün Juno, pıçıltıdansa mesajlaşma proqramlarına üstünlük verir.)

"Xüsusilə də, daşınmaz əmlak alış-verişində qəsdən qulaq asmaq yoxdur," o deyir.

"Hamımız çox şeyi eşitdiklərimizdən öyrənirik."

Bilərkdən qulaq müsafir olmağı heç də hamı pis qəbul etmir.

New York-da yerləşən Overheard (Təsadüfən eşitmək) adlı bloqun həmtəsisçisi Morgan Friedman deyir ki, qəsdən qulaq asmaq geniş yayılmış tendensiyanın bir hissəsidir.

Bir çoxları yaxşı bilir ki, açıq ofisdə deyilənləri hər kəs eşidir. Bu yolla mühüm məlumatlar əldə etmək mümkündür.

"Biz, hər kəsin bilərəkdən nəyisə bölüşdüyü və başqalarının qulaq asdığı bir mədəniyyətə doğru addımlayırıq," o deyir.

"Dediklərimizin hər kəs tərəfindən eşidələcəyi zənni ilə sözə başlayırıqsa, ucadan danışmaq daha əlverişlidir."

Ehtiyatla qulaq asın

Qulaq asdığınız anlaşılarsa, karyera nöqteyi-nəzərindən bu ziyanlı ola bilər, Challenger deyir.

"İnsanlara yaxınlaşıb onlara gizlin qulaq asdığınızı deməyəcəksiniz, əlbəttə ki," o deyir.

"Həmkarlarınızın etibarını qazanmaq çox mühümdür."

Şəxsi səviyyədə belə, diqqətinizi yayındırıb başqa söhbətlərə köklənmək, kiçik problemlərə yol aça bilər. Gördüyünüz iş ilə qulaq asdığınız söhbət arasında var-gəl etmək heç də xoş hal deyil, Emberson araşdırmasında müəyyənləşdirib.

Fotonun müəllifi iStock
Image caption Hərdən eşitməsəniz daha yaxşıdır

Nəticədə işinizin ləngiməsinə səbəb olursunuz.

"Diqqətinizi bölər-bölməz, nəticə pisləşir," o deyir.

ABŞ-da St. Louis-də yerləşən Washington Universitetindən təşkilati davranış üzrə professor Hillary Anger Elfenbein-ə görə, qəsdən qulaq asanlar üçün az olan belə çoxdur.

Həmkarlarımızın nə düşündüklərini eşidib, ümumi məlumata sahib olmaq əlverişli olsa da, onun araşdırmasına əsasən, işçilər hərəkətə keçirə bilmədikləri zərərli məlumatı öyrəndikdə böyük gərginlik keçirirlər.

"Heç bir işə yaramayan bir məlumatı bilmək, insanı narahat edir," o deyir.

"Bundan istifadə etmək mümkün olmursa, demək ki zərərlidir."

  • Bu məqaləni ingilis dilində BBC saytında oxuya bilərsiz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun

Əlaqəli mövzular