Niyə insanlar sekslə daha az məşğul olur?

cütlük Fotonun müəllifi Getty

Seks həyatı ilə bağlı araşdırmalar onun azaldığını göstərir və bu, öz əksini müasir cəmiyyətin yaşadığı problemlərdə tapır, Simon Copland deyir.

Biz, insanlığın seksual baxımdan ən çox azad olduğu bir dövrdə yaşayırıq

Ötən 40 il ərzində texnologiya sayəsində əldə etdiyimiz kontraseptiv həblər və ya Grindr və Tinder kimi tətbiqetmə proqramları, qarşımızda yeni imkanlar dünyası açıb.

1970-ci illərdə baş verən seksual inqilabla sosial normalar aradan qalxmağa başladı: homoseksuallığın qəbulu, boşanma, evlilikdən öncə seks və eyni anda bir neçə nəfərlə cinsi münasibətdə olmaq və qrup seksi kimi alternativ münasibətlər.

Bütün bunlara baxmayaraq, tədqiqatlar göstərir ki, biz əvvəlkindən daha az sekslə məşğul oluruq.

Mart ayında amerikalı tədqiqatçılar Jean Twenge, Ryne Sherman və Brooke Wells-n Seksual Davranışlar Arxivləri (Archives of Sexual Behaviour) adlı jurnalda bir məqaləsi çap olunub.

Burada amerikalıların 1990-cı illərin sonuna nisbətən 2010-cu illərin əvvəlində 9 dəfə daha az sekslə məşğul olduğu yazılır. Bu isə ildə 62 dəfədən 53 dəfəyə enərək arada 15% boşluq yaradıb.

Fotonun müəllifi Getty
Image caption Araşdırmalara görə bu gün insanlar əvvəlki illərə nisbətən daha az sekslə məşğul olurlar

Tənəzzül cins, irq, ərazi, təhsil səviyyəsi və iş statusundan asılı olmayaraq bütün evli insanlar arasında eyni dərəcədədir.

2013-cü ildə Britaniyanın Cinsi Münasibətlər və Yaşam Tərzi üzrə Milli Araşdırma mərkəzi müəyyənləşdirib ki, 16 yaş ilə 44 yaş arasındakı insanlar ayda vur-tut beş dəfə cinsi əlaqədə olurlar.

Bu, kişilərin ayda 6.2 dəfə və qadınlar 6.3 dəfə sekslə məşğul olduğunu göstərən 2000-ci ilə araşdırmasından aşağı idi.

2014-cü ildə Avstraliya Seksual Fəallıq üzrə Milli Araşdırma mərkəzi bildirib ki, heteroseksual insanlar həftədə ortalama 1.4 dəfə sekslə məşğul olurlar ki, bu da 10 ilki həftəlik 1.8 göstəricisindən aşağıdır.

Yəqin ki, ən pis göstərici Yaponiyadadır. Belə ki, son məlumata əsasən 16 və 25 yaş arasındakı qadınların 46 və kişilərin 25 faizinin "seksi görməyə gözləri yoxdur".

Bəs nə baş verir?

Babalı pornoqrafiyanın boynuna

Ağıla gələn ən birinci şey əlbəttə ki, texnologiyadır. Adətən iki texnologiya nəzərdə tutulur: onlayn pornoqrafiya və sosial media.

Tədiqatçılar, onlayn pornoqrafiyanın inkişafı asılılıq potensialına köklənirlər. Bəziləri "internet seks aludəçiliyini" rəsmi ruhi pozğunluq kimi qələmə verirlər.

Bundan əlavə, pornoqrafik məzmunun real seks həyatını əvəz edərək yataqdakı istəyimizi azaltdığı da iddia olunur.

Fotonun müəllifi Alamy
Image caption Seksual həyatımızın günahkarları kimi tez-tez sosial media və pornoqrafiya misal çəkilir

Pornoqrafiya həmçinin reallıqdan uzaq görüntülər ilə insanlara təsir edir. Tədqiqatçılar "seksual anoreksiya" və ya "pornoqrafiyadan qaynaqlanan seksual disfunksiya" kimi simptomların mövcudluğunu vurğulayırlar.

İtaliyada 2011-ci ildə aparılan bir sorğuda 28000 pornoqrafiya izləyicisinin pornoqrafik səhifələrdən aşırı istifadə etdiyi ortaya çıxıb.

Tədqiqatçı Carlo Foresta-ya görə, pornoqrafiyadan gündəlik yararlanan insanlar "hətta, şiddət ehtiva edən" görüntülərin də aludəçisinə çevrilirlər.

Nəzəriyyəyə əsasən, bu reallıqdan uzaq təsvirlər xüsusilə də, kişilərin reallıqda şəhvətlənə bilməməsinə yol açır.

Bəzi tədqiqatçılar porno ilə evlilik sayı arasında bir əlaqə olduğuna da inanırlar.

2014-cü ildə Michael Malcolm və George Naufal-n etdikləri bir araşdırmada, ABŞ-da 1500 nəfər iştirak edib.

Tədqiqatçılar, 18 və 35 yaş arası insanların internetdən necə istifadə etdikləri və bunun onların romantik həyatlarına nə dərəcədə təsir göstərdiyini nəzərdən keçiriblər.

Şərq İqtisadi Jurnalında dərc olunan nəticələrdə, internetdən daha çox istifadə ilə daha az evlilik qurmaq həvəsi arasında güclü əlaqə ortaya çıxıb.

Burada rolu təkcə pornoqrafiya oynamır.

Sosial media da insanların seksual həyatları əvəzinə ekranlarına köklənməsinin səbəbidir.

Lakin, hər iki mülahizəni sual altında qoyan məqamlar var.

Məsələn, 2015-ci ildə Seksual Tibb jurnalında çap olunan bir məqalədə həftədə 40 dəqiqə porno izləməyin insanların libidosunu və seksual istəyini artırdığı deyilirdi.

Bu araşdırma 280 kişinin libidosunu ölçərək onların pornoqrafiyadan istifadəsi üçün istifadə etmişdi.

Araşdırma nəticəsində ortaya çıxıb ki, porn izləməyə sərf olunan vaxt seks istəyi arasında güclü nisbət mövcuddur. Həftədə iki saatdan çox pornoqrafik video izləyənlərin cinsi istəyinin daha yüksək olduğu müəyyənləşib.

Twenge, Sherman və Wells bu nəticəni öz araşdırmalarına da tətbiq ediblər. Onlar cinsi münasibətlərin azaldığını aşkarlasalar da, tez-tez pornoqrafiya izləyənlərin seksual fəallığında heç bir dəyişklik olmadığı da ortaya çıxıb.

Fotonun müəllifi Getty Images
Image caption Tanışlıq proqramları seksual partnyor axtarışını asanlaşdırsa da, əsrimizin nümayəndələri sekslə daha az vaxt ayırırlar

Eyni şeyi sosial media haqqında da demək olar.

Sosial alətlər fikir yayğınlığına səbəb olsalar da, "bir düymə ilə seks" əldə etməmizə yardım olurlar. Hətta, bir araşdırmada müəyyənləşib ki, Grindr və Tinder kimi proqramlar insanların seksual həyatını daha da sürətləndirə bilər.

İş masasından asılılıq

Görünən odur ki, iş də insanın həyatına təsir edir. İş saatları Qərbdə son dərəcə uzundur.

Aparılan bir son tədqiqatda ABŞ-da işçilərin həftədə 47 saat işlədiyi ortaya çıxıb.

Heç təəccüblü deyil ki, yorğunluq və stres seksual fəallığımızın azalmasına səbəb olur.

1998-ci ildə Janet Hyde, John DeLamater və Erri Hewitt tərəfindən aparılan araşdırma Ailə Psixologiyasında dərc olunur. Burada istər evdar, istərsə də yarım və ya tam ştat işləyən qadınların seksual aktivliyi və istəyində heç bir fərq olmadığı müəyyənləşmişdi.

Twenge, Sherman və Wells-n əldə etdiyi nəticələr isə tamamilə fərqlidir.

Fotonun müəllifi Alamy
Image caption Sürətli həyat insanları narahat, yorğun və depressiv edə bilir və bütün bunlar seksual həyatımıza birbaşa təsir göstərir

Əsas məsələ isə işin sayı yox keyfiyyətindədir.

Pis işə sahib olmaq əqli sağlamlığa işsizlikdən pis təsir göstərə bilər.

Xüsusilə də stres, seksual fəallıq və seksual xoşbəxtliyin tənəzzülünün əsas səbəbi kimi qəbul olunur.

Hər şey müasir həyatdan asılıdır

Seksual həyatımızı korlayan səbəblər arasında əqli sağlamlıq və güzəranın da rolu var.

Twenge, Sherman və Wells pornoqrafiya və iş saatlarının seksual fəallığa təsirini müəyyənləşdirsələr də, bunun xoşbəxtliyin dərəcəsindən asılı olduğunu düşünürlər.

Xüsusilə də, Qərb cəmiyyətləri son bir neçə onillikdir ki, depressiya və narahatlıq əsasında əqli sağlamlıq epidemiyası yaşayırlar.

Tədqiqatçılar bu əqli sağlamlıq epidemiyasını müasir həyatın etibarsız təbiəti ilə bağlayırlar. Əsasən də gənc nəsillər üçün.

Tədqiqatçı Jean Twenge-ə görə, seksual fəallığı ən çox azalan nəsil də elə gənclərdir.

Buna isə iş və ev, iqlim dəyişikliyi qorxusu və kommunal məkanlar və sosial həyatın dağılması kimi şeylər səbəb olur.

İş, etibarsızlıq və texnologiya birləşərək müasir həyatın stresslərini formalaşdırır.

Fotonun müəllifi Alamy
Image caption Son onillikdə depressiya və narahatlıq diaqnozu dayanmadan artır

Bəziləri seksual fəallığın azalmasını, seksual alışqanlıqların yumşalması kimi qiymətləndirir. Lakin, seks vacibdir.

O, xoşbəxtliyi artırır, insanı sağlam edir və hətta, işdə də uğurlu olmağa yardımçı olur. Və ən mühümü insanların əksəriyyəti üçün seks əyləncədir.

Buna görə də dünyanın müxtəlif yerlərində insanlar bu məsələ ilə bağlı addımlar atmağa başlayıblar.

Bu ilin fevral ayında İsveçin Overtornea qəsəbəsinin bələdiyyəsinin bir üzvü Per-Erik Muskos, bələdiyyənin tabeliyində olan 550 nəfər pul təklifi edir.

Əvəzində onlardan hər həftəlik iş saatlarını azaladaraq evə tez gedib sekslə məşğul etmələrini istəyib. O, seksin xeyirləri haqqında söz açaraq təklifinin "cütlüklərin yalnız özlərinə aid vaxt yarada biləcəklərini" deyib.

Yaponiyada isə bu problem üzrə uzun illərdir ki, işlər görülür. Artıq uşağı olan valideynlərə dövlət nağd pul verir.

Şirkətlər isə işçilərinə daha çox tətil vaxtı versinlər deyə müxtəlif tədbirlər aparılır. Əyalətlərdə böyük ailələrə bazarlıqları üçün yardımlar edilir.

Avstraliya hökuməti 2014-cü ilə qədər hər uşaq üçün əlavə pul verirdi.

İşdən daha çox vaxt götürə bilmək və dövlətin stimulverici siyasətləri yaxşı səslənsə də, bunun arxasında yatan əsas səbəbə diqqətdən kənarda qalır. İnsanların seks həyatına kölgə salan şey, onların özlərini xoşbəxt hiss etməməsidir.

İş və ev problemləri, iqlim dəyişikliyi qorxusu və kommunal və sosial məkanların azlığının aradan qaldırımlası təkcə insanların seks həyatına yox, sağlamlıq və güzəranlarına da yaxşı təsir göstərəcək.

  • Bu məqaləni ingilis dilində BBC saytında oxuya bilərsiz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun

Əlaqəli mövzular

Bu barədə daha geniş