Avropanın “kameralı seks paytaxtı” - Buxarest

model in front of greenscreen

İnternet vasitəsilə kamerayla söhbət və ya seks qlobal pornoqrafiya bazarının ən sürətlə inkişaf edən sahəsidir.

Rumıniyada minlərlə qadın studiyalardan və ya evlərindən "kamera qızı" kimi fəaliyyət göstərirlər. 7/24 saat davam edən işin müştərilərinin əksəriyyəti Şimali Amerika və ya Qərbi Avropadan olan insanlardır.

Buxarestin mərkəzində, yüksək bir binanın qarşısındakı səkidə bir qrup qadın toplaşaraq siqaret çəkərək danişıb gülür.

Onları yalnız səhər tezdən parlaq makiyajı, hündür daban ayaqqabıları və parıltılı açıq-saçıq geyimləri ətrafdakılardan fərqləndirir.

Studio 20 binanın 1-ci və 2-ci mərtəbəsində yerləşir. Müxtəlif qadın şəkillərinin asıldığı ağ boyalı dəhlizlərdə 40 otaq var.

Otağın qapısının bağlı olması bu otaqda iş getdiyi mənasını verir. İçəridə bir qadın, internet vasitəsilə canlı yayım quran kamera ilə beynəlxalq müştərilərə canlı bağlantı yaradır.

Qadın otaqda tək olduğu müddətdə etdiyi hər şey qanunidir. Bu virtual əlaqə və seksual dünyada kameranın qarşısındakı qadınlar "model", onları seyr edən kişilər isə "istifadəçilərdir".

Image caption Studio 20-də otağın bağlı olması modelin müştərilə görüşdüyünü göstərir

Lana 8 nömrəli otaqda çalışır. Otaqda üzərində yastıqlar olan yuvarlaq bir yataq və geyimlərin olduğu bir qarderob var.

Lana "Əsasən alt paltarı və dəridən olan geyimlər geyinirəm " deyir.

Otağın bir küncündə böyük bir kompüter, bahalı bir kamera və peşəkar fotoqraf işıqları dayanır. Onlarla cüt göz müxtəlif porno saytları vasitəsilə bağlanaraq Lana-nı internet vasitəsilə canlı izləyir.

Lakin Lana bir müştəri "özəl nümayiş", yəni təkbətək kamera seansı istəməyənə qədər pul qazanmır.

Image caption Lana Studio 20-də işləyir

Gündə 8 saat çalışan Lana ayda 4 min avro qazanır. Bu məbləğ Rumıniyada minimum məvacibin təqribən 10 qatıdır.

Lana-nı işlə təmin edən Studio 20 də onun sayəsində ayda 4 min avro qazanır. Bunun qarşılığında Studio 20-nin təmin etdiyi mövzudan istifadə edən və müştərilərin kredit kartlarından pulu toplayan LiveJasmin adlı sayt isə iki qatını, 8 min avro əldə edir.

LiveJasmin dünyanın ən böyük kameralı söhbət və seks saytıdır. Saytı hər gün 35-40 milyon insan ziyarət edir və hər an 2 min model qaynar xəttdə olur.

Kameralı seks sənayesinin ötən il təxminən 2-3 milyard dollar gəliri necə əldə etdiyini anlamaq elə də çətin deyil.

Fotonun müəllifi Lorenzo Maccotta
Image caption Müştərini əyləndirməyə hazırlaşan model

Lana 2008-ci ildə, Rumıniyada iqtisadi vəziyyət pisləşənə qədər əmlak sahəsində çalışan bir univeristet tələbəsi olub. O, bu işə iqtisadi böhrandan sonra başlayıb. Kamera qarşısındakı ilk gününü hələ də unuda bilmir.

"Otaqda tək idim və ətrafımda yüzlərlə kişi varmış kimi hiss etdim. Mənə nə söylədiklərini, nə istədiklərini təqib edə bilmədim. Şokdaydım. Daha sonra pul xərcləmək istəyən müştəriləri və ya pulsuz vaxt keçirmək istəyənləri ayırd etməyi öyrəndim".

Təkbətək veb-kamera seansında nə baş verir?

"Çoxusunda söhbət edirik. Bəzən rola girirəm, çox kiçik qismini də çılpaqlıq və masturbasiya təşkil edir " deyir.

Lana deyir ki, bəzi müştərilər etmək istəmədiyi şeyi tələb etsələr də, iplər onun əlindədir.

Əhəmiyyətli olan, hər dəqiqəyə pul ödəyən müştəriləri mümkün qədər uzun müddət xəttdə saxlamaqdır.

Studio 20-nin ictimai əlaqələr departamentinin müdiri Andra Chirnogeanu "10 dəqiqə ərzində seksual və cəlbedici olmalısınız. Lakin sonra danışmaq üçün başqa şeylər də lazımdır. Əks təqdirdə müştəri qalmaz", deyə bildirib.

Fotonun müəllifi Studio 20
Image caption Andra Chirnogeanu Studio 20-nin ictimai əlaqələr departamentinin müdiridir

Studio 20-də bunun üçün təlimçilər, psixoloqlar və ingilis dili müəllimləri də işləyir. Müştərilərin əksəriyyəti Şimali Amerika vətəndaşları və avropalılardır.

Bilavasitə modellərin müştərilərlə əlaqə qurması üçün ingilis dili çox əhəmiyyətlidir. Lakin ingilis dli müəlliməsi Andrea-nın vəzifəsi müəllimlikdən çox uzaqdır.

"Onlara fetişi öyrədirəm, fetiş nədir, niyə bir insanın fetişi vardır… Freydi öyrənirik və psixoloji cəhətdən hazırlaşırıq, jest və mimikalar kitabı ilə işləyirik. Çünki qadınlar hissiyatlı, ağıllı və gözəl olmalıdırlar" deyir.

Image caption Modellər müştəriləri hər gün ismarıc yazmağa təşviq edirlər

Modellərin müştərilərin vətənləri barədə söhbət etmələri üçün coğrafiyanı da bilməyi də çox vacibdir.

"Bəzi insanların düşündüyü kimi, bu sadəcə seks deyil. Modellər internet vasitəsilə müştərilərlə normal bir münasibət yaşayırmış kimi danışırlar. Bir çox mövzu haqqında danışa bilmək hər iki tərəfi də rahatlandırır." Andrea deyir.

Studio 20 dünyanın ən böyük veb-kamera şirkətidir. Rumıniyada birində eynicinsli kişilərə xidmət göstərən "kamera-kişiləri"nin çalışdığı 9 şöbəsi var. Digər şöbələri isə Kolumbiyanın Cali, Budapeşt və Los-Angeles şəhərindədir.

Fotonun müəllifi Lorenzo Maccotta

Modellərin hamısı studiyada fəaliyyət göstərmir. İki universitet məzunu Sandy Bell evdən fəaliyyət göstərən qadınlardan biridir.

Memarlıqlə məşğul olaraq əldə etdiyi gəlirə əlavə olaraq buradan gününə 100 avro qazanır. Onun bir üstünlüyü müstəqil olması və birbaşa bu saytla iş qurmasıdır. Bunun sayəsində o, müştərilərin ödədiyi puldan daha çox pul əldə edir.

"Onların əksəriyyəti yaxşı insanlardır. Çılğın tiplər deyillər. Müştərilərin çoxu sevgi və bir münasibət axtarır. Bəziləri onlara adlarıyla müraciət etməyimizi istəyirlər. Ya da rəqs edərək onlarla danışmağımızı istəyirlər. Onlara düzgün davranıram. Sevgilimin olduğunu və real həyatda onlarla sekslə məşğul olmayacağımı bilirlər", deyir.

Sandry Bell sevgilisiylə birlikdə Buxarestdən kənarda bir binada yaşayır. Sevgilisi onun nə işlə məşğul olduğunu bilsə də, ata-anası bundan xəbərsizdir.

Studiya sahiblərinin belə bu işi ailələrindən və dostlarından gizli saxlamaları çox rast gəlinən bir vəziyyətdir. Elə buna görə də, BBC-ə müsahibə verən modellər ya qondarma adlarını ya da sadəcə ilk adlarını söyləyirlər.

Seks sənayesində çalışanların çoxunun təhülksizlik baxımından narahatlıqları yoxdur.

"Bir istifadəçi mənə nə edə bilər ki? Əgər həddini aşarsa, hətta bir az kobud davranarsa o zaman bir kliklə mən hər şeyi saxlayıram. Saytın menecerinə söyləyirəm və o, İP hesabını blok edir və bundan sonra qondarma adını dəyişdirib yenidən istifadəçi olsa belə təkrar sayta daxil ola bilmir.

Bundan başqa bu insanlar məndən minlərlə kilometr uzaqdadırlar. Kimsə sizə toxunmur. İnternetə daxil olub tək başına işləyirsiniz. Bunun fahişəliklə bir əlaqəsi yoxdur ".

Bəs Sandy Bell bir qurbandırmı? Qurban olmadığını deyir. Lakin İrina Ilisei kimi feministlər məsələnin göründüyündən daha qarışıq olduğunu düşünürlər.

"Bunu etməyə məcbur edilən qadınlardan danışırıqmı? Bunu həqiqətənmi qadınlar seçir? Bəlkə də psixoloji baxımdan manipulyasiya edildiklərindən və ya yaxşı yaşamaq üçün bunu edirlər. Bəlkə də bütün bu amillərin birləşimi onları buna məcbur edir " İrina Ilisei deyir.

Ilisei qadınları bu sahəyə cəlb edən amillərin arasında ölkədəki yüksək gənc hamiləlik faizinin və universitet məzunlarının 30 faizinin iş tapa bilməməsinin olduğuna inanır.

Image caption İrina Ilisei bəzi qadınların bu sektora sürükləndiyini hesab edir

Kameralı seks-söhbət sənayesi qadınları bu sahəyə cəlb etmək üçün əlindən gələni edir.

"Universitet şəhərciklərində reklamlar var. Tələbələrə Facebook ismarıcı ilə birbaşa iş təklif edilir. Bundan başqa bu studiyalar da böyük şirkətlər kimidir. Gənc qadınları gücləndirmək, müstəqil olmaq, yeni bacarıqlar əldə etmək və dostlarını da bu işə cəlb edəcəkləri təqdirdə bonus qazanacaqları kimi iş dünyasına xas ifadələrdən istifadə edərək cəlb edirlər ", deyə İrina bildirib.

31 yaşlı Lana bu işin, qızını tək başına böyüdə bilməsinə imkan verdiyini bildirir və "ölkəyə pul gətirəcək" bir sərmayə etməyi planlaşdırdığını deyərək iki il müddətində bu işdən imtina edəcəyini əlavə edir.

Lakin hər qadının Lana kimi seçim etmək şansı yoxdur. 28 yaşlı Oana seks sənayesinin əlindən xilas olmuş bir qadın olduğunu düşünür. O, Hələ 16 yaşı olarkən onu görüntülü söhbət etməyə razı salan bir kişiyə aşiq olub.

"Mənə sadəcə danışmaq lazım olduğunu söylədi. Hər şey bundan ibarət idi. Ancaq mənimlə otaqda etdiyi pornaqrafiya idi " .

Rumıniyada kişi və qadınalrın birlikdə kamera qarşısında olması qanuna ziddir. Amma bu qaydanın Oana-nın anlatdığı kimi hansı dərəcədə pozulduğunu söyləmək çox çətindir.

Oana Buxarestə gəlib yeni həyat qura biləcək cəsarəti tapana qədər Almaniyada seks işçisi kimi fəaliyyət göstərib. İndi isə gənc qadınlara videolu söhbətin təhlükəli olmasına dair xəbrdarlıqlar edir.

"Sadəcə kameranın qarşısında dayanıb pul qazanacağını düşünən qızlar var. Lakin orda etdikləri hər şey onların baxışlarını dəyişəcək. Bunun sonrakı adı fahişəlikdir. Mən bunu indi başa düşürəm ".

Lana bu fikirlərə qatılmır.

"Məsələ beyninizi satmaqdır, vücudunuzu deyil", deyərək belə davam edir:

"Bu bir nümayişdir. Amma hər kəsə görə bir iş deyil. Çoxlu qızlar var ki, bir neçə həftə və ya bir neçə gün sonra bu işdən imtina edir.

Çünkü bədənlərini satdıqlarını düşünürlər. Bu işdə əsas iş məsələyə necə baxdığınızdır. Mənim özümə görə sərhədlərim var və mən özümü istismar edilmiş kimi hiss etmirəm ".

Studio 20-nin ictimai əlaqələr şöbəsinin müdiri Andra Chirnogeanu bu işin riskli və ya psixoloji cəhətdən zərərli olması fikrini rədd edir.

"Əslində bir ofisdə 12 saat oturub minimum məvacib almaq psixoloji cəhətdən ziyandır".

Lakin modellərin əksəriyyəti nə iş gördüklərini gizlətmək məcburiyyətindədirlər.

Lana və Sandy Bell digər bacarıqlarını ya da iş təcrübələrindən istifadə edərək yaxşı bir həyat tərzi keçirə bilsəydilər, hələ də New York, Frankfurt və ya Londondakı müştərilər üçün soyunardılarmı?

Əlaqəli mövzular

Bu barədə daha geniş