Ağızdan gələn pis qoxu barədə ən böyük miflər

Ağızdan pis qoxu barədə ən böyük miflər

Ağızdan pis qoxunun gəlməsi nadir hal deyil, amma bu məsələ ilə bağlı insanlarda formalaşmış stereotip və miflər bu problemə düzgün yanaşmağa heç də kömək etmir.

Mif: Ağızdan pis qoxu gəldiyini nəfəsi ovuca üfürməklə bilmək olur

Məsələ ondadır kı, nəfəsi ovuca üfürərkən ağız nahiyəsinin arxa hissəsindən gələn hava söhbət zamanı ağızdan yayılan hava ilə eyni deyil.

Nəticədə, ovuca üfürəndə, dilin arxa hissəsində əmələ gələn qaz, olduğu kimi ovuca gəlib çıxmaya bilər.

Dilin arxa hissəsi ağızda pis iyi yaradan əsas zonadır.

Həkimlər pis qoxunu yoxlamaq üçün 3 üsuldan istifadə edir.

Onlar bunu özləri pasiyentin nəfəsindən gəldiyi iyi 5 sm məsafədən iyləməklə və dilin üst səthini qaşıqla qaşıyıb, həmin qaşığı iyləməklə müəyyən edə bilər.

Buna oxşar üsul mumlanmamış sapı arxa dişlərin arasına keçirib və ya pasiyentin tüpürcəyində isladıb 37C dərəcədə 5 dəqiqə ərzində saxlamaqdan ibarətdir.

Bəzi qazları müəyyən edən kiçik monitorlar da mövcuddur, lakin həmin cihazların müxtəlif qaz nümunələrini tanımaq imkanı məhduddur.

Nəhayət, "qaz xromotoqrafiyası" üsulu da mövcuddur - bu texnikanın köməyi ilə mürəkkəb qaz qarışıqlarını təhlil etmək mümkündür. Bu yolla havada kükürdün miqdarı ölçülür, lakin bu üsul xüsusi avadanlıqdan istifadəni nəzərdə tutur, həmin avadanlıq isə həkimlərdə nadir hallarda olur.

Əgər kiməsə elə gəlirsə ki, onun ağzından pis iy gəlir, əslində, bu heç də həmişə belə olmur.

Həmin adamlar həmsöhbətlərinin geriyə addım atmasını və ya üzlərini kənara çevirməsini düzgün qiymətləndirmir və bu cür hallar heç də halitozla, yəni ağızdan pis iyin gəlməsi ilə bağlı olmaya bilər.

Bir tədqiqata əsasən, ağızdan pis iyin gəlməsi ehtimalı 27 faiz təşkil edir.

Əhalinin neçə faizinin ağzından pis iy gəlməsinə dair yekdil bir fikir yoxdur - müxtəlif mənbələrə görə, bu dəyərləndirmənin 22%- 50% olduğunu zənn etmək olar.

Mif: Ağızdan pis qoxunun səbəbi xəstəliklə bağlı ola bilər.

Pis qoxu yaradan, əsasən uçucu kükürd birləşmələridir.

Pis qoxunun əmələ gəlməsində əsas rollardan birini oynayan iylənmiş yumurta qoxusu verən hydrogen-sulfid qazıdır.

Lakin bundan da daha pis qoxu yaradan qaz etil-merkaptan maddəsidir. Bu qazın yaratdığı qoxu kələm çürüntüsü iyini verir.

Yemək qalıqları və bakteriyalar dilin arxa hissəində ilişib qalanda həmin qaz komponentləri ifraz olunur.

Ümidverici cəhət budur ki, bu hal müvəqqəti ola bilər, misal üçün sarımsaq və soğan yeməyin, kofe içməyin və siqaret çəkməyin nəticəsi kimi.

Lakin bütün halların təxminən dörddə üçündə, diş xəstəliklərinin bu məsələdə rolu olduğu qeyd edilib.

Pasiyentlərin dişində, damağında şiş, yara, infeksiya və ya dilin üzərində ərp əmələ gəlməsi ağızdan gələn iyi ağırlaşdıra bilər.

Bir sıra hallarda ağızdan pis qoxu gəlməsinin səbəbi orqanizmin digər hissələrindəki problemlərlə bağlı ola bilər - qulaq, burun vı boğazda və ya böyrək, ciyər və bağırsaqda.

Lakin belə hallar baş verəndə bunun simptomları təkcə halitozla məhdudlaşmır.

Fotonun müəllifi Getty Images
Image caption Ağızdan pis qoxunu yox etmək üçün hətta London zooparkındakı begemotun da dişlərini fırçalamaq lazım gəlir.

Mif: Ağızın yaxalanması pis qoxunu aradan götürür

Çoxları zənn edir ki, ağızdan pis iy gəlirsə, ilk növbədə ağızı nanə və ya mixək məhlulu ilə yaxalamaq lazımdır.

Əlbəttə qısa müddət üçün yaxşı qoxusu olan məhlul ağızdakı qoxunu zəiflədə bilər və bazarda olan bir çox hazır gigyenik ağızyaxalama məhlullarında antiseptik də olur.

Məqsəd pis qoxu yaradan bakteriyaları ağızda məhv etməkdir.

Müəyyən müddət üçün bu, işləyə bilər. Lakin belə məhlullara alkoqolun da əlavə edilməsi suallar doğurur. Çünki alkoqol susuzlaşmanı gücləndirir. Daha quru ağızdan gələn iy isə daha ağır olur.

Gün ərzində suyun içilməsi həm ağızdakı yemək qalıqlarını yuyub aparır, həm də ağızı qurumaqdan qoruyur.

Britaniyada Cochrane tədqiqat qrupu ağız qoxusuna dair elmi məqalələri hazırda nəzərdən keçirməkdədir.

Ağızyaxalama məhlullarının 2008-ci ilə aid icmalında göstərilib ki, ağızyaxalama üçün nəzərdə tutulan məhlullara antibakterial təsirə malik xlorqeksidin, setilpiridinium xloridi, xlor-dioksid və sink qatılırsa, o zaman həmin məhlullar xoşagəlməz qoxunu müəyyən dərəcədə zəiflədir və dəyişdirir.

Lakin müəlliflər bu sahədə təcrübələri davam etdirməyə çağırıblar.

Ümid edilir ki, həmin təcrübələrin nəticəsi düzgün məhlulun seçilməsi üçün daha çox informasiya verə bilər.

Alternativ üsul dilin üstünü xüsusi təmizləyici alətlə qaşımaqla təmizləməkdən ibarətdir.

Bu üsüla da Cochrane tərəfindən keçirilmiş son icmalda diqqət yetirilir.

Qeyd olunub ki, bu üsuldan da istifadə etmək mümkündür, lakin onun təsiri qısa müddət üçün nəzərdə tutulub.

O da var kı, bu üsul yerinə yetirilərkən, dilin zədələnməsi riski yaranaır.

Diş fırçası ilə dili təmizləmək istəyəndə, əmin olmaq lazımdır kı, diş fırçasının tükləri yumşaqdır.

Fotonun müəllifi Fox Photos
Image caption Dişi yaxalama heç də həmişə arzuolunan nəticə vermir.

Mif: ağızda bakteriyanın olması pisdir

Hər bir fərdin ağzında təxminən 100-200 arası mikrob yaşayır.

İnsan orqanizmindəki bakteriyaların müsbət rolu başa düşüldükcə, onların tamamilə ağızdan təmizlənməsi əvəzinə, alimlər bakteriyaların düzgün kombinasiyasını axtarır, müəyyən bakteriyaları yox etmək üçün hədəfləyir və ya bəzi bakteriyaların ağızda çoxalması üçün probiotiklərdən istifadə edir.

Bu təcrübələrin bir neçə mərhələsi artıq baş tutub və dişin çürüməsinə səbəb olan bakteriyaların məhv edilməsi üsulu sınaqdan keçirilib.

Bunun üçün alimlər dişə klinika şəraitində yaxılan xüsusi geldən istifadə edir.

Növbəti addım, dişi ağartmaq üçün klinika şəraitində xüsusi geldən istifadə edilməsi olacaq.

Buna bənzər texnologiya gələcəkdə eyni yolla ağızda pis qoxu yaradan bakteriyaların məhvini də mümkün edə bilər.

Hələlik isə, ağızdan pis qoxunu aradan qaldırmaq üçün diş fırçası və diş sapından istifadə etmək, kifayət miqdarda su içmək, siqaret çəkməmək, balanslaşdırılmış pəhriz tutmaq və diş ətində problem yarandıqda gecikmədən diş həkiminə baş çəkmək lazımdır.

Bu xəbəri ingiliscəorijinalda səhifəsində oxuya bilərsiniz.

Dərgu rubrikamızda digər xəbərləri isəburadaoxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş