Gördüyü işdən daha bacarıqlı olan yüksək ixtisaslı işçilər

2 Fotonun müəllifi Radharc Images / Alamy Stock Photo

Əgər vəzifənizi həddindən artıq yaxşı icra edirsinizsə, bu şirkətiniz üçün nə dərəcədə faydalıdır?

Kanadanın Calgary şəhərində rabitə direktoru kimi çalışan Amanda Hiebert, bir neçə il əvvəl vitamin şirkətində işləyib. Həmin şirkətə işə girən gündən, bu işin onun üçün çox asan olduğundan da əmin olub.

Onu cəlb edən yüksək məvacib və böyük şirkət üçün işləmək imkanı olub.

İş onun üçün çox yüngül imiş və çox az vaxtını alırmış.

"Darıxdırıcı idi, heç bir çətinlik yox idi və özümü mənasız bir işlə məşğul olan kimi hiss edirdim," Hiebert deyir.

O, iki ildən sonra, həmin şirkətdən ayrılır.

Fotonun müəllifi Portland State University
Image caption Menecment üzrə professor Berrin Erdoğan deyir ki, vəzifəsinə nisbətən yüksək ixtisasa malik və işini darıxdırıcı sayan işçilərdə neqativ münasibət formalaşa bilər

Britaniyada altı işçidən biri gördükləri iş üçün daha bacarıqlıdır və universitet məzunlarının 58%-i diplom tələb etməyən işlərdə çalışırlar.

ABŞ-da isə hər dörd universitet məzunundan birinin vəzifəsi üçün daha bacarıqlı olduğu düşünülür.

Bir çox işəgötürənlər, universitet məzunu olmayan insanların görə biləcəyi ənənəvi işlər üçün diplomu artıq standart işəgötürmə tələbi sayırlar. Belə olduqda işçilərin çətin olmayan işlərlə təmin olunma şansı artırır.

Bu, işəgötürənlərin xeyrinə olsa da, reallıq tamamilə başqadır. Bir araşdırma göstərib ki, vəzifəsi üçün çox bacarıqlı olan işçiləri işə götürməklə, şirkətlər özlərinə ziyan vurmuş olurlar.

Narazı abu-hava

Yüksək ixtisaslı, əvəzsiz bir işçiyə sahib olmaq ilk baxışdan bir nemət kimi görünə bilər. Amma vəzifəsinə nisbətən yüksək ixtisası malik işçilərdə, bacarıqları barədə yüksək ixtiyar sahibi olmaq və işini darıxdırıcı saymaq kimi neqativ münasibət formalaşa bilər və bu, bütün ofisdə təsirsiz ötüşməz, Portland Dövlət Universitetindən menecment üzrə professor Berrin Erdoğan deyi.

Fotonun müəllifi Carlo Allegri/ Getty
Image caption Bir çox işəgötürənlər, universitet məzunu olmayan insanların görə biləcəyi ənənəvi işlər üçün diplomu artıq standart işəgötürmə tələbi sayırlar

"Bu ixtiyar hissi, hər kəsə pis təsir edir. Xüsusilə də komanda şəklində işləyən işçilərə," o deyir.

Onun apardığı tədqiqat göstərib ki, özünü daha bacarıqlı sayan insanlar həmkarlarına qarşı fərqli münasibət bəsləyə bilərlər. Bu da təcrid və təkliyə apara bilər.

Bundan başqa, belə insanlar tapşırıqları da "özlərindən aşağı" sayıb, onları tamamlamamağa meyllənə bilərlər, liderlik təlimləri üzrə mütəxəssis və Menecerlərin Üzləşdiyi 27 Çətinlik (The 27 Challenges Managers Face) adlı kitabın müəllifi Bruce Tulgan deyir.

"Onlar, aşağı əhvala görə darıxa bilərlər və hətta, öhdələrinə düşən işə yerinə yetirmək də istəməzlər," o deyir.

Tulgan-a görə, bu problemlərə yol açan yüksək ixtisas düşüncəsi, xüsusilə də gənc işçilər arasında çox yayılıb.

"Əvvəlki nəsillərlə müqayisədə, həməsrlərimizin özlərindən və işəgötürənlərdən gözləntiləri daha böyükdür," Tulgan deyir.

Florida Alantic Universiteti tədqiqatçılarının bu ilin əvvəli apardığı bir tədqiqat göstərib ki, gənc işçilər daha yüksəyinə layiq bacarıqları olduğunu düşündüklərinə görə, adətən işdə gərgin və əhvalsız olurlar.

Belə işçilər işə gec gələrək, işdən tez çıxaraq, oğurluq edərək və hətta, həmkarlarına qarşı təhqiramiz davranaraq daha çox üsyankar davranış sərgiləyirlər, universitetin menecment bölməsinin dosenti Michael Harari deyir.

Şöhrət payı

Amma həmişə belə olmur. Erdoğan və Durham Universiteti Biznes Məktəbinin dosenti Hong Deng tərəfindən aparılan son bir araşdırmada, yüksək ixtisaslı işçilərin istənilən iş yerinə uyğunlaşmasında müəyyən xasiyyətlərin rol oynadığı müəyyənləşib.

"Belə işçilər yaxşı təsir qabiliyyətinə malikdirlər. Beləliklə onlar həmkarları ilə daha münasib dillə ünsiyyət qura bilirlər və başqaları onları daha səriştəli və xoşagəlimli görür," Deng deyir.

"Həmin işçilər məşhur və hər kəs tərəfindən yaxşı qarşılanırlar. Buna görə də pozitiv iş davranışına girməyə meylli olurlar."

Ətrafa alışmaq, dostyana münasibət formalaşdırmaq və işini və ya müdirini pisləməkdən çəkinmək kimi ən sadə şəxsi təsir yollarını misal gətirmək olar.

Bu yanaşmanı tutan işçilər, ofisin ən effektiv üzləri olurlar, deyə Deng əlavə edir.

Bu məqamda güclü rəhbərliyin də rolu çox böyükdür. Yüksək ixtisaslı işçini daim məşğul saxlamaqdan ötrü rəhbərlik, ona daha yaradıcı tapşırıqlar verməli, uzunmüddətli layihələri həvalə etməli və ya şirkət tərkibində başqa şöbələrlə birgə işbirliyi haqqı tanımalıdır, Cranfield Menecment Məktəbindən liderlik üzrə professor Elisabeth Kelan deyir.

Amma bu yolu seçən "rəhbərlik unutmamalıdır ki, diqqət mərkəzində olan həmin şəxsə qarşı narazılıq yarana bilər," o xəbərdarlıq edir.

"Buna görə də niyə məhz həmin insanın xüsusi tapşırıqlar üçün seçildiyini üzvlərə izah etmək lazımdır."

Fotonun müəllifi Jeff J Mitchell/ Getty
Image caption Yüksək ixtisaslı işçilər tapşırıqları tamamlamamağa meylli ola bilərlər

Rəhbərlik üçün yüksək ixtisaslı işçilər arasındakı neqativ hissləri dəf etməyin başqa bir yolu da səmimiyyətdir. Bir dəfə bir işə qəbul meneceri ilə söhbət edən Erdoğan deyir ki, həmin menecer işçiyə vəzifə üçün çox bacarıqlı olduğunu deyib və məsləhət görüb ki, yalnız səbirli olsun.

"Menecer işçiyə deyib ki, əgər bir il bu vəzifədə qalsa, daha yüksək bir vəzifəyə keçəcək," o söyləyir.

"Həmin işçi isə yüksək əhvalla bildirib: 'Əla! Bu vəzifədə həmişəlik qalmayacağam və daha yaxşı işim olacaq'."

Siz də belə hiss edirsinizmi? Eyni səmimiyyət vəzifələri görə ixtisasının yüksək olduğunu düşünən hər kəsə kömək olar bilər.

Bir çox iş axtaranlar özlərini Hiebert kimi hiss edə bilərlər: təcrübə və məharət müraciət edilən vəzifə ilə üst-üstə düşməyə bilər.

Tulgan məsləhət bilir ki, belələrinə işi niyə istədiyi və şirkətdə necə rol oynaya biləcəyini izah etmək kömək ola bilər.

"Tərcümeyi-halınızı və nailiyyətlərinizi gizlətməyə çalışmayın," o deyir.

"Səmimi və dürüst olun."

Əlaqəli mövzular

Bu barədə daha geniş