Məqsəd seçməyin uyğun vaxtı

Fotonun müəllifi Alamy Stock Photo

Bir çox insanlar həyatında dəyişikliyi müəyyən günlərdə etməyi üstün tutur, misal üçün, bazar ertəsi və Yeni il günləri.

Alimlər həmin günləri "müvəqqəti təqvim günləri" kimi işarələyir - təqvimin həmin günləri insana boş vaxtını təşkil etməyə və görüləcək işlərin ardıcıllığını nizamlamağa kömək edir.

Ekspertlər hesab edir ki, insan seçdiyi məqsədin yerinə yetirilməsinə müəyyən vaxtlarda başlayanda həmin məqsədə çatmaqda daha inamlı olur.

Bunun üçün seçdiyi vaxt insan üçün özəl əhəmiyyət kəsb etməlidir.

Hengchen Dai, Los Angeles-də California universitetinin Anderson İdarəçilik Məktəbinin mütəşəkkil rəftar üzrə dosentdir.

O, "yeni start" fenomenini araşdıran bir neçə tədqiqatçıdan biridir.

Dai deyir ki, hər bir insanın özü üçün "psixoloji cəhətdən mühüm saydığı keçid anları" mövcuddur.

Həmin məqamlarda insan müəyyən qüsurları, uğursuzluqlarını geridə qoymağa, unutmağa və yenidən nəyi isə başlamağa həvəsli olur.

"Həmin məqamların insan üçün hansısa özəl bir mənası olanda, seçilmiş məqsəd istiqamətində işə başlamaq motivasiyası daha güclü olur".

Fotonun müəllifi Alamy Stock Photo
Image caption Hengchen Dai hesab edir ki, Yeni il günü kimi tarixlərin əvəzinə şəxs üçün özəl məna kəsb edən tarixlərin seçilməsi, müəyyən edilmiş məqsədə nail olmaq üçün daha böyük səmərə verə bilər.

Həmin zaman kəsikləri həftəlik, rüblük və ya mövsümü səciyyə daşıya bilər, bu zaman, təqvimin müəyyən günlərinə bağlanmaq ehtiyacı yaranmır.

Misal üçün yeni start üçün yeni işə qəbul gününü və ya yeni tədris semestrinin başlanmasını seçmək olar.

Həmin məqsəd üçün ad günləri də seçilə bilər.

New York universiteti və California universiteti professorlarının bir məqaləsinə əsasən, yaş baxımından hər dəfə növbəti onilliyini xərcləməyə başlayan insan həmin anadək keçdiyi həyat yolu barədə düşüncələrə dalmağa və ya yeni mühüm qərarlar qəbul etməyə daha meyilli olur.

Keçirilmiş tədqiqatlara əsasən, insan yeni mühüm qərarları 9 rəqəmi ilə bitən yaşlarında verməyə daha həvəsli olur, misal üçün, 29 və ya 39 yaşında.

Fotonun müəllifi robertharding / Alamy Stock Photo
Image caption İnsan yeni mühüm qərarları 9 rəqəmi ilə bitən yaşlarında verməyə daha həvəsli olur, misal üçün, 29 və ya 39 yaşında.

Dönüş nöqtələri

New York-da mənzillənən, peşəkar karyera qurulması üzrə ekspert Rebecca Kiki Weingarten deyir ki, insan adətən həmişə nəyisə yenidən başlamağı düşünür, lakin bunun üçün fürsət gözləyir.

"Bəziləri bunu məzuniyyətdən sonraya saxlayır, digərləri isə, misal üçün, idmançılar bunun üçün müəyyən tarixlərdən, deyək ki, idman mövsümünə start verilməsindən istifadə edir", - Weingarten qeyd edir.

Onun sözlərinə görə, bəzilərinin isə motivasiyası ad günü, yubiley və ya sevdikləri insanın vəfatı tarixi ilə bağlı olur.

Nəticə sığortalanmayıb

Verilən qərarın uğurlu nəticə verəcəyi ehtimalı daha çox hallarda, uzun müddətə nəzərdə tutulan və bir dəfə atılan addımla bağlı olur.

Belə situasiya, misal üçün, gələcəkdə daha yüksək təqaüd təmin edilməsi məqsədilə pensiya fondu üzvlüyünə yazılanda, yarana bilər.

Lakin Pennsylvaniya universitetinin The Wharton məktəbinin davranış iqtisadiyyatı üzrə profesoru Katherine Milkman qeyd edir ki, yeni fəaliyyətə başlamaq üçün müəyyən əhəmiyyət kəsb edən tarixin seçilməsi, heç də həmin işin mütləq uğurlu olacağı demək deyil.

Bu fikirlə professor Hengchen Dai razıdır.

"Uzunmüddətli zaman kəsiyi üçün verilən qərarın hansı nəticə ilə bitəcəyi müxtəlif amillərdən, o cümlədən, müvəqqəti təqvim tarixlərindən də asılıdır, bu məsələ hələ açıqdır və bu istiqamətdə tədqiqatlarımız davam edir", - Dai deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş