Doğuşla bağlı tibbi miflər: dəqiq tarix, acı yeməklər və suyun gəlməsi

Новорожденный с матерью Fotonun müəllifi iStock

Körpənin doğulması barədə bəzi miflər, doğuşa təsir edən amillər və doğuşun necə keçməsi barədə fikirlər çoxdan yaranıb və bizim yaddaşımızda möhkəm qorunub saxlanılıb. BBC Future-nin şərhçisi onlardan üçünə aydınlıq gətirib.

1. İlk hamiləlik zamanı doğuş prossesi gec baş verir

Həqiqət ondadır ki, yalnız körpələrin 4%-i vaxtında doğulurlar. Çox tez-tez hallarda doğuş vaxtından gec baş verir. Lakin doğuşun vaxtından əvvəl baş verməsi hallarına də tez-tez rast gəlinir.

Olin Texniki Kollecinin (Massachusetts, ABŞ) alim-kompüter mühəndisi Allen Downey federal agentlik tərəfindən 2002-ci ildə keçirilən xəstəliklərə nəzarət edilməsi və qarşısının alınması üzrə sorğunun nəticələrini nəzərdən keçirib.

Alim aşkar edib ki, ilk hamiləlik zamanı doğuşlar ikinci (və ya sonrakı) hamiləliklərdən fərqli olaraq çox az ehtimalla vaxtında baş verir.

Bəli, onun təhliləri məlumatları təsdiqləyib: ilk körpə doğuş vaxtından daha gec doğulur. Lakin körpənin vaxtından əvvəl (ikinci və üçüncü körpə ilə müqayisədə) doğulması ehtimalı da bu qədər yüksəkdir.

Downey həqiqətən aşkar edib ki, ilk hamiləlik zamanı doğuş prossesi orta hesabla sonrakılardan bir qədər gec baş verir.

Lakin bu cəmi 16 saat (orta rəqəmlə) fərq edir, əgər biz tamamilə tam doğulmuş körpədən danışırıqsa. Əgər biz bütün körpələrlə bağlı məlumat əldə etmək istəyiriksə, o zaman vaxtından əvvəl doğulmuş körpələri də tədqiqatımıza daxil etsək ədalətli olarıq.

Fotonun müəllifi iStock
Image caption Bu qəribə görünə bilər, lakin körpələrin çox azı vaxtında doğulur

16 saat - o qədər də çox deyil. Ona görə də, ilk hamiləlik zamanı körpələrin adətən vaxtından bir neçə gün gec doğulması barədə təsvirlər düzgün deyil.

Əlbəttə ki, bəzən belə hallar baş verir və bu barədə adətən şahidlərin dillərindən eşitmək olar. Lakin əgər biz ümumi tendensiyanı öyrəniriksə, ayrıca şəxsi hekayələr çox güman ki bizə kömək edə bilməz.

Kiməsə çox az körpənin vaxtında doğulması qəribə görünə bilər. Amma çox güman ki, burda təəccüblü hec nə yoxdur.

Doğuş tarixi adətən sonuncu aybaşı tarixinə əsasən hesablanır. Lakin qadınların çoxu bu günü dəqiq xatırlamır belə.

Bundan başqa, böyük bir sual yaranır. Biz hər hamiləliyin eyni həftə sayında davam etməsini gözləməliyikmi?

Tədqiqatlardan biri zamanı alimlər hər gün hamilə qalmağa çalışan qadınların sidiyində hormonların səviyyəsini yoxlayıblar.

Bu, onlara mayalanmanın nə vaxt baş verdiyini dəqiq müəyyən etmək və hamiləliyin düzgün müddətini hesablamaq imkanı verib.

Nəticələr onu göstərib ki, doğuş müddətində bəzi hallarda 5 həftə fərq yarana bilər (Bir sıra mütəxəssislərin fikrincə, ümumiyyətlə qadınların hesablanmış vaxtda doğuş keçirmək şansı 4-5%-dir).

İkinci və üçüncü hamiləlik zamanı doğuşun hesablanmış tarixi hamiləliklər arasındakı fasilədən asılı ola bilər.

Tədqiqata görə, əgər dölləşmə prossesi ilk körpənin doğulmasının ilk ili ərzində baş veribsə, o zaman ikinci hamiləlik adətən qısa olur.

Bəziləri hesab edirlər ki, ümumiyyətlə doğuşun dəqiq tarixini göstərməyi ləğv etmək lazımdır. Bunun əvəzinə qadınlara daha gec tarix demək lazımdır, hansı ki, bu tarixə qədər artıq onlar doğmuş olsunlar.

Bu isə ona gətirib çıxaracaq ki, ilk körpələrini gözləyən cütlüklərin 96%-i sonsuz narahatlıqdan və "düzgün" doğuş tarixi sterssindən xilas olacaqlar.

2. Acı yeməklər doğuşa təkan verə bilər

Hesablanmış doğuş tarixinin vaxtı keçir, körpə isə doğulmaq barədə heç düşünmür.

Belə olan halda qadınların yarısı bu işi öz öhdələrinə götürürlər. Hər halda bir tədqiqatın nəticələrinə görə bu belədir.

Doğuş prossesinə təkan vermək istəyən beş amerikalıdan biri kömək üçün acı yeməkdən istifadə edirlər.

Bununla bağlı nəzəriyyə belədir: çox acılı yemək peristalsisi intensivləşdirə bilər (yemək borusu, mədə, bağırsaq, sidik qovucu orqanların daşıdıqlarının xaricə çıxışını təmin edən əzələlərin ritmik şəkildə, dalğavari yığılması- red.), bu da öz növbəsində uşaqlığın yığılmasına səbəb olacaqdır.

Bu üsul heç vaxt elmi cəhətdən tədqiq edilməyib. Bəzi vaxtlarda doğuş prossesinin başlanmasına nəyin mane olmasını anlamaq üçün geniş miqyaslı tədqiqatların keçirilməsinə dair çağırışlar səslənir.

Fotonun müəllifi iStock
Image caption Ta qədimdən acı yeməyin doğuş prossesinə təkan verdiyi hesab edilirdi

Hətta əgər acı yemək bəzi qadınlarda doğuş prossesinə təkan verirsə, bu vasitənin effektliyi həm də acı yeməyin fərdi qəbulundan və sizin bu cür yemək vərdişinizdən asılıdır.

Əgər siz hər gün acılı yeməklər yeyirsinizsə, o zaman bu doğuş prossesinə təsir edə bilməz və ya güclü effekti ola bilməz.

3. Amniotik mayelər həmişə qəfildən və böyük miqdarda gəlir

Biz filmlərdə hamiləliyin son həftələrində olan qadını canlandıran aktrisanın ondan maye axdığına görə üzündə qorxu hissi yarandığını çox görmüşük.

Həmin anda qadında sancılar başlayır, qadın qarnını tutur və onu dərhal doğum evinə aparırlar.

Əslində hər şey adətən heç də tam olaraq belə baş vermir. Doğuş sancıları su gəlməzdən əvvəl də başlaya bilər. Bəzən isə bu ümumiyyətlə baş vermir və həkimlər onu süni yolla təşviq edirlər.

Çox nadir hallarda döl qişası dağılmır və uşaq "köynəkdə doğulur" (iddialara görə, Sigmund Freud məhz belə doğulub) .

Lakin əksər hallarda su gəlibsə və müddətlə hər şey üst-üstə düşürsə, o zaman demək doğuş yaxındadır (əgər artıq başlamayıbsa). Böyük bir tədqiqat göstərib ki, suyu gələn qadınların dördə üçü yaxın 24 saat ərzində heç bir təsir olmadan doğurlar.

Suyun gəlməsi zamanı güclü axın görməyi gözləyənlər məyus olacaqlar: lakin bunu da doğuşun ilk siqnalı hesab etmək olar, amniotik maye sadəcə süzülə bilər.

Yazının orijinalını buradan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş