Notting Hill karnavalı: Londonda bayram
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Notting Hill karnavalına 1 milyondan çox adam gəlib

Londonda 50 ildir ki, keçirilən Notting Hill karnavalına bu il də bir milyondan çox adam gəlib.

İlk dəfə 1960-cı illərin sonunda keçirilən festival, karib mədəniyyəti, yeməkləri, musiqisi və rəqslərinin bayramı hesab olunur.

Karnavalın tarixi 60-cı illərdə başlayıb. O zamanlar Karib ölkələrindən gələn icmalar Notting Hill rayonundakı zallarda, bu icmaların nümayəndələrinin yaşadıqları məkanlarda toplaşırdılar.

İlk karnavalların şüarı - "Xalqın sənəti, onun azadlığının mənşəsidir" olub.

Ənənəyə görə karnavallarda kalipso musiqisi çalınır. Bu afro-karib musiqisinin kökləri, qulların plantasiyalarda oxuduqları musiqidədir. Qullar üçün danışmaq qadağan idi, beləliklə oxumaq - onlar üçün söhbət üsuluna çevrildi.

Vaxt keçdikcə Notting Hill karnavallarında reggae, funk və hip-hop musiqisi də çalınmağa başladı.