İslam Kərimov: dünyanın ən qəddar liderlərindən biri
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Dünyanın ən qəddar liderlərindən biri kimi tanınan İslam Kərimov vəfat edib

İslam Abduqaniyeviç Kərimovun Özbəkistan prezidenti seçilməsi, 1991-ci ildə Sovet İttifaqının parçalanmasından sonra baş verib.

Bundan sonrakı seçkilərdə Kommunist Partiyasının keçmiş liderinə qarşı real müxalifət durmayıb.

Onun tənqidçiləri və opponentləri operativ şəkildə həbs, yaxud da sürgün edilib.

Cənab Kərimov radikal islama bağlı olmaqda ittiham olunan minlərlə müsəlmanı həbs edib. Onun dediyinə görə, Özbəkistan demokratiyanın özünəməxsus versiyasını tətbiq edirdi.

Lakin bu demokratiyada azad söz və din azadlığı heç vaxt qəbul olunmurdu.

Özbəkistanı nə gözləyir? Tənqidçilərinin nifrət etdiyi və ən qəddar diktatorlardan biri kimi tanınan Prezident İslam Kərimovun öldüyü üçün bu sualın cavabı qeyri-müəyyəndir.

Əlaqəli mövzular