İlham Əliyev İslam Kərimovu Heydər Əliyevlə müqayisə edir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Arxiv: İlham Əliyev İslam Kərimovu atası Heydər Əliyevlə müqayisə edir

27 sentyabr 2010-cu ildə keçirilən geniş tərkibdə görüşdən sonra İlham Əliyev və İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış ediblər.

İlham Əliyev cənab Kərimova təşəkkürlərini bildirərək deyib ki, Heydər Əliyev və İslam Kərimov "Özbəkistan və Azərbaycanın təməlini" qoyublar.

Cənab Əliyevin fikrincə "bu ölkələrin gələcəyi məhz sizin uzaqgörənliyiniz, müdrikliyiniz və siyasi istəyinizdən asılı olub".

İslam Kərimovun ölümü barədə məlumat sentyabrın 2-də Özbəkistan tərəfindən təsdiqlənib.

1989-cu ildə, hələ sovet vaxtlarında Özbəkistan Kommunist Partiyasının katibi olandan bəri İslam Kərimov həmişə bu ölkənin lideri olub.

1990-cı ildə o, artıq ölkəyə Sovet Özbəkistanının kommunist lideri yox, müstəqil Özbəkistanın prezidenti kimi rəhbərlik etməyə başlamışdı.

1995-ci ildə keçirilmiş referendum onun prezidentlik müddətini 2000-ci ilədək uzatmışdı. 2000-ci ildə isə o, rəqibsiz keçirilən seçkidə qalib gəlmişdi.

2002-ci ildə keçirilmiş daha bir referendum isə prezidentlik müddətini 5 ildən 7 ilə uzatmışdı. Buna baxmayaraq, 2007-ci ildə Kərimovun prezidentlik müddətinin başa çatması bir elə diqqətə səbəb olmamışdı.

O 2007-ci ilin dekabrında və 2015-ci ilin martında keçirilən seçkilərlə daha iki müddət əldə etmişdi. Onun opponentləri bu seçkiləri rüsvayçılıq adlandırırdılar.

Cənab Kərimov müxalifətin istənilən formalarına qəddar reaksiya verir və ölkədə vətəndaş haqlarının olmamasına İslam ekstremizmi təhlükəsi ilə haqq qazandırırdı.

Əlaqəli mövzular