Bayılda evlər niyə sökülür?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bayıl sakinləri: "Biz mənzildən çıxmayanda birinci işığımızı kəsdilər" (Arxiv)

Bayıl qəsəbəsində Qurban Abbasov küçəsi 27 ünvanında yaşayan sakinlər binalarının sökülərək yerində yenisinin inşa olunmasına etiraz edir.

Bu ilin may ayı əraziyə gələn yerli icra orqanların nümayəndələri deyib ki, 19-cu əsrin sonlarında inşa olunan bina qəzalı vəziyyətdədir.

Bina sökülməli və yerində hündürmərtəbəli bina inşa olunmalıdır.

Bunun müqabilində sakinlərə 18 aydan sonra həmin yüksəkmərtəbəli binada hazırki mənzilinin sahəsindən 10 faiz böyük olan mənzil təklif olunur.

Binada məskulaşan 42 ailədən 10-nu təkliflə razılaşıb evlərini tərk etsə də yerdə qalanlar buna şübhə ilə yanaşır.

Ətraflı müxbirimiz Elnarə Məmmədovanın 4 avqust 2016 tarixli reportajında.