Məzahir Pənahov pozuntu iddiaları barədə
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

MSK sədri Məzahir Pənahov referendumda pozuntu iddiaları barədə

"Əmin ola bilərsiniz ki, əgər Mərkəzi Seçki Komissiyası üzvlərində zərrə qədər şübhə yaransa ki, haradasa səsvermə [prosesinin] pozulması... nəticələrə təsir etmə səviyyəsindədir, bu nəticələr ləğv olunacaq".

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə axşamı günü ilkin nəticələri bəyan edəndən sonra keçirilən mətbuat konfransında deyib.

Cənab Pənahovun sözlərinə görə, əgər bu hallar "nəticələrə təsir göstərmək gücündə olmasa belə" bu hallar araşdırılacaq.

Pozuntuların baş verdiyi komissiyalar "bizə lazım deyil" - MSK sədri belə deyib.

Sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklər və əlavələr üzrə referendumun ilkin nəticələrinə əsasən seçicilərin əksəriyyəti təkliflərin lehinə səs verib və bütün yenilikləri dəstəkləyiblər.

Lakin sosial mediada yayılan görüntülərə və BBC Azərbaycanca müxbirlərinin müşahidələrinə əsasən müxtəlif məntəqələrdə pozuntular baş verib.