Binəqədi və Hövsanda yağış
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Binəqədi və Hövsanda yağış

Çərşənbə günü axşam saatlarında Bakı şəhərinə yağan güclü yağış bir çox narahatlığa səbəb olub.

Şəhərin müxtəlif yerlərində sellər yaranıb, saatlarla davam edən tıxac isə həm sürücülərin, həm də ictimai nəqliyyat istifadə edənlərin narazılığına səbəb olub.

Bəzi ərazilərdə yaşayış məkanlarının da su basması məlumatları var.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, çərşənbə günü yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Nazirlik, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb etdiyini və aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfəri təhlükəsiz əraziyə təxliyyə etdiyini qeyd edir.

Ancaq müxbirimizin mü.ahidələrinə əsasən hadisədən bir gün keçməsinə baxmayaraq Bakının müxtəlif ərazilərində hələ də su gölməçələri qalmaqdadır.