"3 gündü evdə bir qismət çörək tapa bilmirəm"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sabunçu vağzalı ətrafındakı evlər su altında qalıb

Sulutəpə və Sabunçu ərazisində yaşayan sakinlər bazar ertəsi yağmış güclü yağışlardan sonra evlərinin su altında qalmasından şikayətçidir.

Sulutəpə qəsəbəsində su əvvəlki hündürlüyündən bir az çəkilsə də Sabunçu vağzalı ətrafında yerləşən evlərdə vəziyyət daha acınacaqlıdır.

Ərazidə sakinlər hətta uzun çəkmələrlə belə rahat hərəkət etməkdə çətinlik çəkirlər.

Bir çox mağaza və kafelər hərəkət çətinliyi səbəbindən bağlanıb. Sakinlər uşaqlarını günlərdir məktəbə göndərə bilmirlər, bəziləri isə dayanacağa qədər irəliləyə bilmədiyi üçün bir neçə gündür işə getmir.

Bəzi sakinlər isə sadəcə evi tərk edərək qohumların yanında yerləşib.

Evlərinə su dolmuş sakinlər islanmış əşyaları həyətə çıxarıblar. Həm uşaqların, həm böyüklərin ayağında uzunboğaz çəkmələr var.

Ərazidə toplanan yağış suları kanalizasiya töküntüləri ilə qarışıb, üfunət iyi çox kəskindir, müxbirimiz xəbər verir.

Sakinlər bildirir ki, güclü yağışların ilk günü əraziyə toplanana suyun hündürlüyü bir metr 20 sm olub.