Almaniya türkləri Konstitusiya referendumu barədə nə deyir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Almaniya türkləri Konstitusiya referendumu barədə nə deyir?

Aprelin 16-na təyin edilən Konstitusiya referendumu Türkiyədə prezident hakimiyyətinin gücləndirilməsini nəzərdə tutur.

Ölkənin əsas müxalif partiyası CHP bildirir ki, referendum nəticəsində prezident Recep Tayyip Erdoğanın “avtoritar üsul-idarəsi” daha da möhkəmlənə bilər.

Hökumət isə hesab edir ki, islahatlar qərarların verilməsini sadələşdirəcək.

Türkiyədən xaricdə yaşayan üç milyon nəfərin referendumda iştirak etmək hüququ var.

Onların təqribən yarısı Almaniyada yaşayır.

Ankara bu kəsimin dəstəyinə ümid bəsləyir. Bəs görəsən türklərin özü bu barədə nə düşünür?

Bu suala aydınlıq gətirmək üçün BBC Türkçənin müxbiri Aylin Yazan Berlindəki türk icmasının nümayəndələrilə görüşüb.

Əlaqəli mövzular