"Otlaq sahələrini bir neçə adam zəbt edib", Ağstafa sakini
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Otlaq sahələrini bir neçə adam zəbt edib", Ağstafa sakini

Rayonun Poylu kəndinin sakini Elxan Qasımov heyvandarlıqla məşğuldur. O, bu işlə illərdir məşğul olduğunu deyir.

Təsərrüfatçı deyir ki, əhali suvarma problemlərinə görə, əkinlə məşğul deyil. Amma bu ərazidə heyvandarlıq geniş yayılıb.

Lakin son illərdə bu sakinlərin başqa problemi yaranıb. Elxan Qasımov deyir ki, onların ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaqlar sakinlərin əllərindən alınıb.

Kənd sakini deyir ki, sahələri "zəbt edən" şəxs onlara hədə qorxu gəlir.

Elxan Qasımov Ağstafa çayında da kənd sakinlərinin çıxışının əngəlləndiyindən şikayət edir.

Sahələrin qanunsuz zəbt olunması iddiası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Kənd sakini ilə Günel Səfər söhbət edib.