Türkiyə referendumda "Hə" dedi: müxalifət narahatdır
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Türkiyə referendumda "Hə" dedi: müxalifət narahatdır

Türkiyənin əsas müxalifət partiyası bundan əvvəl prezident səlahiyyətlərinin genişləndirilməsinə mümkün etmiş referendumun nəticələrini sorğulayacağını bildirib.

Hesablanan bülletenlərin 99.97 faizinə görə, "Hə" kampaniyası 51.41, "Yox" isə 48.59 faiz qazanıb.

Bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğanı 2029-ci ilə qədər vəzifəsində saxlaya bilər.

Erdoğan tərəfdarları bildirirlər ki, parlament sisteminin icraçı prezidentlik sistemi ilə əvəzlənməsi ölkəni müasirləşdirəcək.

Qalibiyyət Türkiyədə bayram və etirazlarla müşahidə edilib.

Sevincli Erdoğan tərəfdarları böyük şəhərlərdə nümayişlər keçiriblər, İstanbulda referendumun əleyhdarları isə ənənəvi etiraz kimi qazan və tavaları bir-birinə vuraraq etiraz bildiriblər.