Sovet İttifaqı və din: "Qurani Kərim ölüyə lazımdır"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sovet İttifaqı və din: "Qurani Kərim ölüyə lazımdır"

Sovet hakimiyyəti dövründə Azərbaycanda din xadimləri təzyiqlərə məruz qalırdılar.

Sovet İttifağı dağıldıqdan sonra milli təhlükəsizlik arxivləri açıq elan ediləndə yüzlərlə din xadiminin naməlum aqibətinə aydınlıq gəlib.

Ağdaşın Xosrov kəndinin din xadimlərinin bəzilərinin aqibəti isə bu günə qədər bilinmir.

Sovet dövründə babasının kənd imamı olduğu üçün sürgün edildiyini deyən Qoşqar Əfəndiyev bir əsrə yaxın tarixi olan məscidlə bu günə qədər rəsmi qurumların maraqlanmadığını deyir.

Məscid qorunmadığından yağış və qar divar üzərindəki yumurta sarısı ilə rənglənmiş boyaları yuyub.

Videonu BBC Azərbaycanca üçün Elnarə Məmmədova hazırlayıb.

Əlaqəli mövzular