Yerevanda 1 may yürüşü: "Respublikada elm, təhsil, mədəniyyət var idi"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yerevanda 1 may yürüşü: "Respublikada elm, təhsil, mədəniyyət var idi"

Ermənistan Kommunist Partiyası 1 may gününü ənənəvi olaraq nümayişlə qeyd edib.

Bir neçə yüz insan bu gün əllərində Sovet Ermənistanı bayraqları və gerbi, dünya və sovet kommunist hərəkatı liderləri Marks, Lenin, Şaumyan, Myasnikyanın şəkilləri ilə paytaxt Yerevanın mərkəzi prospekti ilə addımlayıblar.

Nümayişçilərin başları üzərində dalğalanan al qumaş üzərində “Zəhmətkeşlərin 1 May beynəlxalq həmrəylik günü”, Sovet İttifaqı və Sovet Ermənistan Kommunist partiyalarını tərənnüm edən şüarlardan başqa, hakimiyyətə ünvanlanan “siz daha tükənmisiniz, aralanın”, “hakimiyyətə etibar etmirik ” kimi çağırışlar həkk olunub.

Məktəb yaşlı uşaqların əllərindəki Yer kürəsi fonunda ağ göyərçin şəklinin altındakı yazıda “müharibəyə yox” deyilir.

Nümayiş Hrazdan şəhər musiqi məktəbi müdavimlərinin açıq havada konserti ilə başa çatıb.

Əlaqəli mövzular