Xalça istehsalçısı: Əsasən siyasətçilərlə maraqlanıram
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Xalça istehsalçısı: Əsasən siyasətçilərlə maraqlanıram

Xalça istehsalçısı Dağlar Səfərov 1960-cı ildə Qəbələ rayonu Laza kəndində doğulub.

O, Neft-Kimya institutunu bitirdiyini deyir. Uzun müddət Risiyada neft sahəsində işlədikdən sonra 1992-ci ildə Azərbaycana qayıdıb və xalçaçılıqla məşğul olub.

O, 25 ildir məşğul olduğu bu sənəti "müqəddəs" adlandırır.

Şəhərin mərkəzində bir kiçik emalatxana sahibi olan Dağlar, siyasətçilərin portretlərinin əks olunduğu xalçaların toxunmasına maraq göstərir.

O deyir ki, bu günədək 30-a yaxın siyasətçinin portreti əks olunmuş xalça toxuyublar. Özünün isə 20-yə yaxın siyasətçi ilə şəxsən görüşdüyünü və xalçanı təqdim etdiyini deyir.

Onun emalatxanasında təkcə Rusiya prezidenti Vladimir Putinin rəsmi əks olunmuş 10-a yaxın xalça toxunub.

Bundan başqa onlar ABŞ prezidnetləri George Bush, Barack Obama, Donald Trump, Rusiyanın baş naziri Dmitri Medvedev, Türkiyənin keçmiş baş naziri Ahmed Davutoğlu, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ukrayna prezidenti Petro Poroşenko, bir sıra ərəb şeyxləri, Fidel Castro, Qəddafi kimi siyasətçilərin portretləri əsasında xalçalar toxuyublar.

Dağlar Səfərov deyir ki, onların sonuncu işi Fransanın yeni seçilmiş prezidenti Emmanuel Macron-un portretini bitki toxumlarından hazırlamaq olub.

Onun sözlərinə görə, Macron-un rəsmi əks olunmuş xalça da artıq hazırlanır.

Onunla Günel Səfər söhbət edib.

Əlaqəli mövzular