Qonaqpərvər dağ kəndinin gənc müəllimləri: "Biz də olmasaq buradakı uşaqlara kim dərs desin"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qonaqpərvər dağ kəndinin gənc müəllimləri: "Biz də olmasaq, buradakı uşaqlara kim dərs desin"

Bu gənc müəllimlər Şamaxının dağ kəndi- Ərçiman məktəbində dərs deyirlər.

Şahsuvar 9 ildir kənd məktəblərində çalışır. 3 il Yardımlıda Horavar kəndində, son 6 ildə isə Ərçimanda işləyib.

Bu il İsmayılla Tehranın ilk dərs ilidir.

Müəllimlər dağ kəndində işləməkdən zövq aldıqlarını deyirlər.

Kəndin özü Şamaxı şəhərinin mərkəzindən 30 km aralıdadır.

Bu yolun 5 km-ini keçmək sakinlərə də, müəllimlərə də çətindir.

Şahsuvar Sumqayıtdan, İsmayıl Bakıdan, Tehran isə Qubadan bu kəndə gedib.

Ərçiman kənd məktəbi 9 illikdir. Kəndin həm sakinləri, həm də müəllimləri məktəbin 11 illik olmasını arzu edirlər.

Amma müəllimləri bu çətinliklər yormur.

Günel Səfərovanın filmi.