"Qrupun tərkibində kifayət qədər təcrübəli dağçılar olduğundan, ümid edirik salamatdırlar", həvəskar dağçı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Həvəskar dağçı: "Qrupun tərkibində kifayət qədər təcrübəli dağçılar olduğundan, ümid edirik, salamatdırlar"

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb.

Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

BBC Azərbaycancanın müxbiri Günel Səfərovaya danışan həvəskar dağçı və bələdçi Toğrul Cəfərov dağçıların salamat olduğuna ümid etdiklərini bildirib.